Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Makron Avropada "2-ci anti-Tramp cəbhənin" yaradılmasına baş vurdu...

Image


Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli Rusiya-ABŞ nümayəndələrinin danışıqları olub. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan bəri ilk belə görüşdür. Hər iki tərəf bu görüşü ölkələr arasında dialoqun qurulması, eləcə də Ukraynada mümkün sülh danışıqları istiqamətində ilk addım kimi qiymətləndirir.

Orada prezidentlərin sammitinə hazırlıq məsələləri də müzakirə olunub. Ukrayna və digər ölkələrin nümayəndələri görüşə dəvət olunmayıblar. Görüş ikitərəfli formatda keçirilib. Avropa İttifaqı bu görüşə buraxlmayıb. Elə bu da qurumda ABŞ-dan ciddi narazılıq yaradıb.

Nümayəndə heyətlərinə xarici siyasət idarələrinin rəhbərləri - ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq ediblər. Sergey Lavrov bildirib ki, ABŞ rəsmiləri ilə görüş zamanı yaxın vaxtlarda Ukrayna nizamlanması prosesinin başlanması barədə razılıq əldə olunub. Lavrov ABŞ nümayəndələri ilə söhbəti faydalı adlandırıb: “Biz sadəcə dinləmədik, bir-birimizi eşitdik. Düşünməyə əsas var ki, Amerika tərəfi bizim mövqeyimizi daha yaxşı anlamağa başlayıb, biz bunu prezident Putinin çoxsaylı çıxışları əsasında bir daha ətraflı və konkret misallarla izah etdik”. Onun sözlərinə görə, tərəflər iki ölkənin səfirlərinin mümkün qədər tez təyin olunmasını təmin etmək barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, qarşıda çox iş var, bu görüş uzun və çətin yolda ilk addımdır. O əlavə edib ki, ABŞ Ukraynada davamlı və ədalətli sülhün bərqərar olmasına çalışır. onun sözlərinə görə, Rusiya ilə ABŞ Moskva və Vaşinqtondakı səfirliklərində şəxsi heyətin sayını bərpa etmək barədə razılığa gəliblər. Rusiya nümayəndə heyətinin üzvü Yuri Uşakov danışıqların pis getmədiyini, tərəflərin bütün məsələlərlə bağlı ciddi söhbət apardıqlarını deyib. Uşakovun sözlərinə görə, Ukrayna ilə bağlı məsələləri müzakirə etməyə başlayacaq danışıqlar qrupları yaradılacaq. ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Rusiya ilə ABŞ arasında münasibətlərdə qıcıqlandırıcı məsələləri aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəlinib. Bunlar fonunda ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni bitirmək üçün razılaşmaya nail olunacağına daha çox əmin olduğunu bildirib. O, bu ay Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini qeyd edib. O, həmçinin rəsmi Kiyevin Səudiyyə Ərəbistanındakı danışıqlardan kənarda qalması ilə bağlı narahatlığını rədd edib: “Rusiya ilə münaqişə kontekstində Ukraynanın mövqeyindən məyus oldum. Onların üç ili var idi. Ukraynaya verdiyimiz bütün pullar hara getdi? Zelenskinin özü ABŞ-ın ayırdığı vəsaitin yarısının harada olduğunu bilmir. Ukrayna danışıqlar masası arxasında oturmaq istəyirsə, seçkiyə ehtiyacı var. Zelenskinin ukraynalılar arasında reytinqi 4 faizdir. Rusiya çox sürətlə Ukrayna şəhərlərini, o cümlədən Kiyevi 100% məhv etməyə qadirdir, lakin bunu etmək istəmir. Zelenski administrasiyası müharibənin davam etməsinə icazə verdi”. Tramp əlavə edib ki, Ukrayna seçkilər keçirməlidir: “Bu, Rusiya ilə bağlı məsələ deyil, bu, məndən və digər bir çox ölkələrdən gələn bir çağırışdır”. Lakin Ukrayna Konstitusiyası hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsini qadağan edir. Ölkədə hərbi vəziyyət rejimi Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğalına başlaması ilə tətbiq olunub və dəfələrlə uzadılaraq bugünə qədər qüvvədə qalır. Ukrayna prezidenti Volodimir Zelenskinin beşillik müddəti martda keçiriləcək seçkilərdən sonra 2024-cü ilin mayında başa çatmalı idi. Vladimir Putin isə daha əvvəl Zelenski ilə danışıqlar aparmayacağını bildirib, çünki onun sülh sazişinə imza atmaq səlahiyyətinin olmadığını iddia edib.

Tramp Avropanın Ukraynaya sülhməramlı qoşun göndərmək ideyasına qarşı olmadığını bildirib. Bu ideya fevralın 17-də Parisdə keçirilən sammitdə müzakirə olunub. Tramp bildirib: “Əgər onlar bunu etmək istəyirlərsə, mən tam dəstək verirəm”. Lakin Tramp əlavə edib ki, ABŞ-nin qUkraynaya təhlükəsizlik təminatı vermək məqsədilə göndəriləcək hər hansı qoşun kontingentində iştirak etmək planı yoxdur. Bu fonda Britaniya baş naziri Kir Starmer bildirib ki, o, davamlı bir sülh sazişi olarsa, Britaniya qüvvələrini digər qüvvələrlə birgə Ukraynada yerləşdirməyi nəzərdən keçirməyə hazırdır. ununla belə, o əlavə edib ki, ABŞ-ın dəstəyi olmalıdır, çünki yalnız Vaşinqtonun təhlükəsizlik zəmanəti Rusiyanı Ukraynaya növbəti hücumu həyata keçirməkdən effektiv şəkildə çəkindirmək üçün yeganə yoldur. Almaniya kansleri Olaf Şolts sülhməramlıların göndərilməsi məsələsini tamamilə vaxtından əvvəl və müharibə davam edərkən son dərəcə uyğunsuz adlandırıb. Şolts əlavə edib ki, onun fikrincə, Ukraynanın təhlükəsizliyi ilə bağlı məsuliyyət məsələsində Avropa və ABŞ arasında heç bir bölgü olmamalıdır: “NATO həmişə birlikdə hərəkət etdiyimiz və riskləri paylaşdığımız prinsipə əsaslanır, beləliklə, biz təhlükəsizliyimizi təmin edirik. Bu, sual altına alınmamalıdır”. Bu arada Fransa prezidenti Emmanuel Makron Ukraynaya dəstək üçün Avropa liderlərinin yeni sammitini çağırıb. Rusiyalı politoloq Sergey Markov bu fonda bildirir ki, Makron Trampa qarşı koalisiyaya rəhbərlik edir: “O, ikinci sammiti çağırıb. Bu dəfə Parisdə keçirilən ilk iclasda iştirak etməyən ölkələr dəvət edilib. Kanada da daxil olmaqla. Ukrayna böhranı rəsmi olaraq müzakirə olunur. Amma əslində bu, Trampla qarşıdurmadır. Makron Trampa ultimatum verir: Rusiyaya qarşı müharibəni davam etdirin! Təbii ki, bütün bu koalisiya ABŞ-dan zəifdir. Amma əgər Makron Trampa qarşı hamını səfərbər etməyi bacarsa, o zaman qarşıdurmanın qiyməti Tramp üçün o qədər yüksək olar ki, o, Makronla və bütün Avropa ilə görüşə gedə bilər. Bu isə Ukraynada ABŞ-Rusiya sülh danışıqlarına mane olacaq. Makron və müharibə partiyası məhz buna nail olmağa çalışır”. Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo qeyd edir ki, bir sıra Avropa ölkələrinin Parisdə Ukrayna ilə bağlı keçirilən ilk sammiti Emmanuel Makron üçün böyük fiasko olub. Filippo həmçinin vurğulayıb ki, Makronun strategiyası qeyri-məhsuldardır, çünki o, Ukraynaya qoşun göndərmək məsələsini gündəmə gətirməklə Parislə müttəfiq ölkələri özündən uzaqlaşdırır. Xüsusilə o, belə təşəbbüslərdə iştirakdan imtina edən Polşanı misal göstərib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ