Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Paşinyanın Avropa Birliyi qanunu Münhendə hesaba alınmadı...

Image


Abutalıb Səmədov: "Avropa Birliyi ölkələrinin Münhen Təhlükəsizlik konfransında Paşinyana göstərdiyi münasibətdə..."

Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər etsə də, məqsədlərinə çata bilməyib. Paşinyanın konfransda üzləşdiyi uğursuzluq erməni mediasında ciddi müzakirə edilir və tənqid hədəfinə çevrilir.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqının genişlənməsi məsələlərinə həsr olunmuş panel müzakirəsində Ermənistan və onun Aİ-yə qəbulu prosesinin “başlanması” barədə bir kəlmə də deyilməyib. Digər paradoks isə odur ki, baş nazir Nikol Paşinyan Aİ-yə daxil olmaq istəyən ölkənin lideri kimi bu müzakirədə iştirak etməyib. Eyni zamanda, Abramyanın sözlərinə görə, Albaniya, Monteneqro, Moldova və Ukraynanın mümkün üzvlüyü ilə bağlı qızğın müzakirələr aparılıb

Qeyd edildiyi kimi, Münhen Təhlükəsizlik Konfransında Avropanın genişləndirilməsi panelində müzakirələrdə nəinki Paşinyanın iştirakı təmin edilməyib, hətta burada Avropa Birliyinin yeni üzvlüyünə namizədlər sırasında Ermənistanın adı çəkilməyib. Göründüyü kimi, konfransda Ukrayna, Moldova, Çernoqoriyanın adı çəkilsə də, Ermənistanı saya salam olmadı, o kənarda qaldı. Ermənistan niyə kənarda qaldı?

"Ermənistanın saya salınmamasında qeyri-adi bir şey yoxdur, bu, Qərbin davranış tərzidir"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Ermənistan üzünü birmənalı şəkildə Avropaya çevirib, bu hakimiyyətin geriyə qayıtmaq yolu yoxdur. "Rusiya ilə bütün körpülər yandırılıb. Geriyə qayıdış üçün mütləq hakimiyyət dəyişməlidir və Paşinyan hakimiyyətdən uzaqlaşdırılmalıdır. Bu da real görünmür. Avropa Birliyi ölkələrinin Münhen Təhlükəsizlik konfransında Paşinyana göstərdiyi münasibətdə qeyri-adi bir şey yoxdur. Avropa liderləri bunu dəfələrlə digər ölkələrə də göstərib. Son nümunə kimi Türkiyəni göstərmək olar. Avropa Birliyinə üzv olmaq üçün ciddi addımlar atan Türkiyə uzun müddət namizəd ölkələr arasında oldu, bu gün də namizəd ölkədir. Ancaq Avropa Birliyinin strukturunda baş verən son dəyişiklikdən sonra Türkiyə namizəd ölkələr içərisindən çıxarılıb Afrika ölkələri ilə bir bölməyə salınıb. Türkiyəyə açıq şəkildə deyildi ki, yaxın onilliklərdə Avropa Birliyinə üzv olacağınızı düşünməyin. Eyni münasibət Ermənistana da göstərilir. Çünki anlayırlar ki, Ermənistanın başqa çarəsi yoxdur, artıq Rusiya ilə bütün yollar bağlanıb. Bu səbəbdən də belə hörmətsiz münasibət göstərirlər. Avropanın, Qərbin mahiyyəti budur".

A.Səmədovun bildirdiyinə görə, Putinin Paşinyana xəbərdarlığına gəldikdə isə, bunu bilməyən yoxdur. "Paşinyan da bilir ki, Rusiya Ermənistana qarşı çox ağır addımlar ata bilər. Söhbət ilk növbədə, təbiidir ki, iqtisadi xarakterli addımlardan gedir. Bu, Ermənistan iqtisadiyyatını son dərəcə ağır duruma sala bilər. Bunu hamı bilir, elə Paşinyan da bilir. O da açıq şəkildə deyib ki, bütün baş verənləri nəzərə alıblar və nəticələrinə qatlaşmağa hazırdırlar. Ola bilər, buna Paşinyan hazırdır, erməni xalqı hazır olacaqmı? Çünki əldə olunan iqtisadi inkişaf ilk növbədə Rusiyanın hesabınadır və Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi çox böyük sürətlə artmaqda davam edir, keçən il 7 milyard yarım səviyyəsində idisə, bu il artıq 12 milyarddan da artıqdır. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Eyni zamanda Ermənistanın çox mühüm müəssisələri Rusiyanın nəzarətindədir. Söhbət həm qaz paylayıcı sistemin "Qazprom"un nəzarətində olmasından, həm dəmir yolunun 30 illiyinə Rusiyaya icarəyə verilməsindən, həm də digər məsələlərdən gedir. Həmçinin Rusiya ilk addım olaraq qazın qiymətini qaldıra bilər ki, bu da Ermənistan iqtisadiyyatına ciddi zərbə olar. Bu gün Ermənistan Rusiyadan 1000 kub metri 165 dollara ucuz qaz alır. Bu, hardasa, Avropa qiymətlərindən 3-4 dəfə azdır. İrandan da yüksək qiymətə qaz alınır, bu qaz elektrik stansiyalarının işləməsi üçün tələb olunan qazdır. Onun müqabilində də Ermənistan İrana elektrik enerjisi verir.

Əslinə qalsa, Ermənistanın saya salınmamasında qeyri-adi bir şey yoxdur, bu, Qərbin davranış tərzidir. Əvvəl kimlərisə öz tərəflərinə çəkmək üçün şirnikləndirici addımlar atırlar, dönüşü olmayan müəyyən vəziyyətə nail olduqdan sonra bu cür davranış sərgiləyirlər. Yaxşı bilirlər ki, artıq Ermənistanın da bu hakimiyyətlə geriyə yolu yoxdur. Ermənistan da Gürcüstanın tutduğu yolu tuta və yenidən Rusiyaya yaxınlaşmaq xəttini götürə bilər. Ancaq Paşinyanın belə bir şansı yoxdur. Bunu Qərb də yaxşı başa düşür. Paşinyanın son günlər dalbadal üzləşdiyi hörmətsiz münasibət də bununla bağlıdır. ABŞ-a səfər edib, heç bir yüksək səviyyədə görüş keçirib müzakirələr apara bilməyib. Sonra Münhen Təhlükəsizlik Konfransında Avropa Birliyi məsələsi müzakirə olunur, Ermənistanı heç saya salan da olmur, Ermənistanın lideri panel müzakirələrdə iştiraka dəvət edilmir. Bu cür davranış, yəqin ki, bundan sonra da davam edəcək".

Qərb dünyasının bütövlükdə çox böyük böhran içində olduğunu vurğulayan A. Səmədov qeyd etdi ki, bunu deməyə kifayət qədər əsaslar var. "Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin çıxışı bir daha göstərdi ki, bundan sonra ABŞ və Avropa arasında münasibətlər ən azı yaxın dörd il ərzində əvvəlki kimi olmayacaq. Eyni zamanda, Ukraynaya münasibətin də əvvəlki kimi olmayacağı göz önündədir. Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya danışıqlarında Tramp administrasiyası iqtisadi maraqlarını hər şeydən üstün tutdu, bunun üçün dünyadakı qaynar nöqtələri, müharibə ocaqlarını söndürmək və maksimum dərəcədə iqtisadi yarar götürmək arzusundadır. Eyni zamanda ekspertlər yaxşı bilirlər ki, ABŞ-ın əsas hədəflərindən biri İranın nüvə silahı istehsalına imkan verməməkdir. Bu məqsədə nail olmaq üçün hətta hərbi müdaxiləni də gözdən çıxarmır, onu da nəzərdə saxlayır ki, hərbi müdaxilə də ola bilər. İrana münasibət, İranla bağlı problemlər ABŞ-ın Azərbaycanla münasibətləri yüksək səviyyədə qurmasını tələb edir. Ermənistanda bunu da yaxşı anlayırlar, dərk edirlər ki, təkcə Avropa Ermənistana bu cür saymazyana münasibət göstərməyəcək, eyni zamanda Amerikanın da Ermənistana münasibəti eyni olacaq.

Paşinyanın ABŞ-a səfərində bir daha aydın şəkildə nümayiş etdirildi ki, dövlət liderlərinin reallıqları nəzərə almadan avantürist addımları uzun müddət keçmədən öz nəticələrini göstərir. Bunu Ukrayna yaşayır, əvvəl Gürcüstan yaşamışdı və indi də növbə Ermənistanındır. Paşinyan reallıqları nəzərə almadan, düşünmədən Rusiya ilə bütün körpüləri yandırdı, özünü Qərbin qoynuna atdı, indi də bu cür düşüncəsiz davranışın nəticələrinə qatlanmaq məcburiyyətindədir"-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ