çərşənbə günü, 22 iyul 2026
     

Erməni almaz qaçaqmalçısı Avroparlamentin korrupsiya sxemlərində - 5 il Qarabağa yol döyüb...

Image


Avropa Parlamenti Azərbaycana qarşı yenə qərəzli mövqedən əl çəkə bilmədiyini nümayiş etdirdi. Qurumun ölkəmizə qarşı qəbul etdiyi növbəti qətnamə bir daha açıq-aşkar ikiüzlülük və ikili standartları nümayiş etdirir. Avropa Parlamentindən beynəlxalq hüquqa zidd olan addımlar bu quruma olan zəif etimadı birdəfəlik alt-üst etdi.

Qeyd edək ki, Avropa Parlamenti Avropa məkanında anti-Azərbaycan təbliğatı ilə məşğul olan təşkilata çevrilib. Dəfələrlə heç bir fakta əsaslanmayan iftiralarla dolu qətnamələri qəbul etsə də, indiyə kimi həmin sənədlərin Azərbaycana hər hansı bir zərəri olmayıb. Ümumiyyətlə, Avropa Parlamentinin qətnamələrinin tövsiyə xarakteri daşıdığı hər kəsə məlumdur və heç bir çəkindirici qüvvəyə malik deyil. Əsas məqam budur ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə erməni lobbisi ilə sıx əlaqədə olan korrupsiyalaşmış qurumun nümayiş etdirdiyi növbəti qərəzdir. Məhz elə bundan irəli gəlir ki, Avropa Parlamenti sonuncu qətnaməsində Azərbaycana qarşı etnik və dini əsasda ayrıseçkiliyini davam etdirərək, ölkəmizin daxili işlərinə qarışıb, ərazi bütövlüyünə və suverenliyinə qəsd edən yanaşma sərgiləyib. Burada xatırladaq  ki, ötən ilin dekabrında polisin həyata keçirdiyi əməliyyat nəticəsində Avropa Parlamentinin sədr müavini  Eva Kayli rüşvət və korrupsiya ittihamı ilə həbs edilib. Korrupsiya şəbəkəsi quran Eva Kayli bu işə vətəndaş sevgilisi Françesko Corcia və atası Pyer Antonio Panserini də qatıb. O və F.Corcia əvvəlcə “Ədalətsiz sülh olmaz” adlı qeyri-hökumət təşkilatı yaradaraq, guya hüquq müdafiəsi ilə məşğul olmağa başlayıblar. Lakin bu təşkilatın əsas işi müxtəlif dövlətlərdən pul alıb E.Kayliyə ötürmək və bu pulun müqabilində həmin dövlətlərin maraqlarını müdafiə edən qərarların Avropa Parlamentində çıxarılmasına nail olmaqdan ibarət idi. Polisin apardığı axtarışlar zamanı Eva Kaylinin evindən 600 min avro, iş otağından isə 20 min avroya yaxın nağd pul tapılıb. Təbii ki, nə E.Kayli, nə onun sevgilisi, nə də İtaliya ərazisində alınan rüşvəti çantada Belçikaya daşıyan atası Panseri bu pulların mənbəyini izah edə bilməyiblər. Bu, Eva Kaylinın adının hallandığı ilk rüşvət və korrupsiya qalmaqalı deyil. Avropa Parlamentinə Yunanıstandan seçilmiş Kayli Avropada fəaliyyət göstərən erməni lobbi qrupları ilə də sıx əməkdaşlıq edib. Bu qruplardan qanunsuz yollarla əldə etdiyi vəsaitlər mövzusunda media gündəminə düşüb.

Bu ilin aprelində isə Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın ediblər. Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır və üzvləri ən çox yerə sahibdirlər. İstintaqla bağlı əlavə məlumat verilməsə də, “Thueringer Allgemeine” qəzeti mənbələrə istinadən bildirib ki, basqın Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədar olub. İstintaq Foyqtun kampaniya zamanı müqavilə bağladığı bir internet şirkətindən mükafat aldığını müəyyən edib. Daha əvvəl isə Avropa Parlamentinin bir çox üzvü, davranış kodeksinin əksinə olaraq, böyük miqdarda ödənilən pullar hesabına iri şirkətlərin maraqlarına uyğun qanunların qəbul olunması üçün lobbiçilik fəaliyyəti ilə məşğul olub. Avropa Parlamentinin bir sıra deputatları hələ 2011-ci ilin martında etiraf ediblər ki, böyük qonorarlar hesabına maliyyə sektoru üçün bank idarəçiliyi haqda qanunun qəbul edilməsinə kömək ediblər. Bundan sonra tezliklə deputatların yeni davranış kodeksi qəbul olunub və bura lobbistlər üçün şəffaflıq reyestri də daxil edilib. Lakin bu kodeks yalnız kağız üzərində qalıb. Bunlar Avropa Parıamentində sadəcə çoxsaylı korrupsiya faktlarından bəziləridir. Belə fonda bəllidir ki, xeyli müddətdir, Avropa Parlamentinin bir sıra üzvləri erməni diasporunun korrupsiyasından istifadə edərək Azərbaycana qarşı qərəzli mövqe formalaşdırır. Avropa Parlamentində təmsil olunan “Ermənistanla dostluq qrupu” bu məsələdə xüsusilə seçilir. Avropa Komissiyasının məmurlarından fərqli olaraq, Avropa Parlamentinin deputatlarından lobbiçilərlə görüşlər barədə hesabat tələb olunmur. “Ermənistanla dostluq qrupu”na üçlü vətəndaşlığa (Yunanıstan, Lüksemburq və Ermənistan) malik olan “Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası”nın rəhbəri Kaspar Karampetyanın federasiyası sponsorluq edir. Karampetyan Afrikanın münaqişə bölgələrindən Belçikaya müxtəlif rəngli almazların qaçaqmalçılığı ilə məşğul olmaqla məşhurlaşıb. Belçikada zərgər butiklərini satın alan Karampetyan almaz ticarətinin geniş qanlı şəbəkəsini yaradıb. O, Afrikanın münaqişə bölgələrindən rəngli uzunsov brilyantları qaçaqmalçılıq yolu ilə Belçikaya keçirərək, burada onları cilalayır. Sonra bu brilyantlar müfəssəl şəkildə tərtib edilmiş korrupsiya sxeminə uyğun olaraq sertifikatlaşdırılır və Avropada marka butiklərə göndərilir. Qaçaqmalçılıqdan pul qazanan Kasparın yaratdığı “Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası” Ermənistanın xarici kəşfiyyatı ilə birgə uzun illər Avropa parlamentarilərini işğal altında olmuş Azərbaycanın ərazilərinə cəlb edib. Amma Vətən müharibəsindən sonra buna son qoyulub. Nəticədə Azərbaycan Baş Prokurorluğu Kaspar Karampetyanı İnterpol xətti ilə axtarışa verib. O, 2014-2018-ci illərdə mütəşəkkil dəstənin tərkibində dəfələrlə Ermənistan ərazisindən keçməklə Azərbaycanın dövlət sərhədini qəsdən və qanunsuz keçərək Xankəndiyə və digər yaşayış məntəqələrinə səfərlər edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə açıq çağırışlar səsləndirib. İndi belə bir təşkilatın Azərbaycana qarşı qərəzli mövqeyini izah etməyə ehtiyac qalmır. Halbuki, hazırda Avropanın Azərbaycana indiyədək heç vaxt olmadığı qədər ehtiyacı var. Enerji böhranı yaşayan qitə Azərbaycanın təbii qazından enerji təhlükəsizliyini təmin etmək üçün yararlanmaq istəyir. Bu təhlükəsizliyin təmin edilməsi üçün böyük potensiala və imkana malik Azərbaycan hər dəfə olduğu kimi etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Təsadüfi deyil ki, 2022-ci ilin iyulunda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Bakıya səfər edərək Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalayıb. Lobbi təşkilatlarının təsiri ilə Azərbaycana qarşı qərəzli qərarlar və qətnamələrin hüquqi əsası olmadığı kimi, mənəvi dəyəri də olmur. Bunu Avropa Parlamentində qərəzli dairələr də qəbul etməlidir. Azərbaycan belə hüquqi qüvvəsi olmayan sənədlərlə yolundan dönən deyil.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan Ermənistanla “əbədi müharibə” təhlükəsini zamanındaca aradan qaldırdı...

Azərbaycana münasibətdə Trampın əvvəlki hökumətlərdən əsaslı fərqi... Cəmi 6 ay lazım oldu...

Məktəblərdə vakant müəllim yerlərinin gizli saxlanması faydadan çox ziyan vurur...(?)...

SON XƏBƏRLƏR

22.07.2026 / 10:37
İranla müharibədə yaralanan amerikalı hərbçilərin sayı 500-ü keçdi...

22.07.2026 / 10:25
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya tutarlı cavab... +VİDEO

22.07.2026 / 10:14
Pentaqonda İran böhranı... Nazirdən ŞOK ETİRAF - Əsgərlərin maaşlarını ödəyə bilməyəcəyik...

22.07.2026 / 09:53
Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil oldu

22.07.2026 / 09:40
İran nüvə obyektlərilə bağlı ABŞ-a xəbərdarlıq etdi - hücum olsa...

22.07.2026 / 09:24
Rusiyada Özbəkistan meyvə-tərəvəzinin idxalı qadağan edildi

22.07.2026 / 09:11
Magistratura imtahanında yüksək nəticə azalıb, orta bal enib - DİM

22.07.2026 / 07:01
ABŞ Müdafiə naziri Konqresdən daha 67 milyard dollar istədi - Yaxın Şərqdəki əməliyyatlar üçün…

22.07.2026 / 06:51
Bolqarıstan ABŞ-a İrana qarşı əməliyyatlar üçün ərazisindən istifadəyə icazə verdi…

22.07.2026 / 00:30
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

21.07.2026 / 22:18
Moldovada Rusiya səfirliyinin əməkdaşları və avtomobilləri saxlandı - səfir Rusiya XİN-ə çağırıldı...

21.07.2026 / 21:50
İran ABŞ-ın həssas nöqtələrinə zərbə taktikasını dəyişir - bu dəfə İordaniya...

21.07.2026 / 21:34
ABŞ Senatı şəxsən Putinin özünə qarşı sanksiyalara start verdi...

21.07.2026 / 21:07
Tramp güzəştə gedir - Üç dövlətin gündəmdə yeni təklifi...İran rüsum yığacaq...

21.07.2026 / 20:51
İran-ABŞ savaşı Suriya ərazisinə transfer edilə bilər...

21.07.2026 / 20:43
"Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq" - Vüqar Rəhimzadə

21.07.2026 / 20:35
Bakıdan zəng İsraildə prosesi dayandırdı - Yeni parlament payızda mövzuya yenidən qayıda bilər?

21.07.2026 / 20:09
Bakıda Angela Merkelin Putinlə gizli danışıqlarının üstü açıldı...

21.07.2026 / 19:50
Rusiyaya qarşı yeni sanksiyalar paketi Avropanı parçaladı - Fransa, Almaniya kimi qatı düşmənlər də...

21.07.2026 / 19:32
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

21.07.2026 / 19:27
Almaniya deputatları Avropa qurumlarında Azərbaycan üçün çox obyektiv işlər görə bilər...

21.07.2026 / 19:12
Ermənilərin məhkəməsində prokurorların çıxışı başladı - FOTO

21.07.2026 / 18:57
Avropa İttifaqının Rusiyaya qarşı sanksiya paketi, ya “İsveçrə pendiri”?..

21.07.2026 / 18:40
Azərbaycan istəsə, Almaniyanın Cənubi Qafqaz və Mərkəzi Asiyada işləri yaxşı gedəcək...

21.07.2026 / 18:27
İran Küveyti yenidən bombaladı - enerji və su infrastrukturunda yanğınlar baş verib...

21.07.2026 / 18:15
Ermənistanda fermerlər yolu bağladılar - nazir "xiyar və pomidor sözü" verdi...

21.07.2026 / 18:00
Hörmüzdən sonra Qırmızı dəniz də neft daşınmasına qapanır - qiymət yenə kəllə-çarxa çıxacaq....

21.07.2026 / 17:36
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı

21.07.2026 / 17:22
MEK-in direktoru Milli Mətbuat Günü münasibətilə Aydın Quliyevi təbrik etdi

21.07.2026 / 17:06
İran raketləri maneələri aşır - 50 min ABŞ əsgəri artıq təhlükəsizlikdə deyil...

21.07.2026 / 17:00
Türkiyə Antalyadakı bərpa olunan qədim məkanlarla mədəni irsin qorunmasına töhfəsini gücləndirir

21.07.2026 / 16:48
Nyu-Yorkun müsəlman meri payızda Netanyahunu həbs etdirəcək - Məmdani Trampla da hesablaşmır...

21.07.2026 / 16:40
"Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir" - Prezident

21.07.2026 / 16:33
Azərbaycana xaricdən diri heyvan gətirənlərin işi xeyli çətinləşdirildi... Əti bahalaşdıran yeni bəhanə...

21.07.2026 / 16:19
"Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır" - Kansler

21.07.2026 / 16:16
"Sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır" - Almaniya Kansleri

21.07.2026 / 16:15
Merts: "Azərbaycan iqtisadi baxımdan Almaniya üçün çox maraqlı perspektivlər təqdim edir"

21.07.2026 / 16:14
"Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb" - Kansler

21.07.2026 / 16:11
Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub

21.07.2026 / 16:06
Prezident: "Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var"

21.07.2026 / 16:05
"Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulub" - Prezident

21.07.2026 / 16:03
Prezident: "Alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülüb"

21.07.2026 / 16:02
"Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir" - Prezident

21.07.2026 / 15:59
Prezident: "Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək"

21.07.2026 / 15:53
"Əminəm ki, bu gün imzalanmış sənədlər əlaqələrimizi yeni səviyyəyə qaldıracaq" - Prezident İlham Əliyev

21.07.2026 / 15:51
Prezident İlham Əliyev və Federal Kansler mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

21.07.2026 / 15:49
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı - FOTO

21.07.2026 / 15:41
Rusiya Gürcüstanın daha bir bölgəsinin rəsmi ilhaqına başlayır...

21.07.2026 / 15:29
TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlayır

21.07.2026 / 15:23
Azərbaycanda indiyə qədərki avtomobil istehsalları iflasa uğradı - Özbəkistanla yeni "Chevrolet layihəsi"nin taleyi...

21.07.2026 / 15:05
Qazax sakini Kəlbəcərdə minaya düşdü...

21.07.2026 / 14:37
WSJ: “İsrail İranın sentrifuqaları Külüng dağına köçürdüyünə inanır”

21.07.2026 / 14:31
“Hörmüz boğazı bağlı qalacaq” - İranlı hərbi mənbə

21.07.2026 / 14:26
Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib - FOTO

21.07.2026 / 14:23
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib - FOTO

21.07.2026 / 14:12
Rusiya Odessa yaxınlığında içərisində hindistanlıların olduğu gəmini vurdu – rus diplomat Hindistan XİN-ə çağırıldı...

21.07.2026 / 13:55
Rumıniya sahillərində qaz tankeri vuruldu – güclü partlayşdan sonra gəmidə yanğın başlayıb...

21.07.2026 / 13:31
Britaniyanın yeni Baş naziri elektrik enerjisinə ƏDV-ni ləğv edir

21.07.2026 / 13:28
Qvineya müstəmləkəçilik dövründə Fransaya aparılmış əlyazmaların qaytarılmasını tələb edir

21.07.2026 / 13:19
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

21.07.2026 / 13:06
İran İordaniyada ABŞ əsgərlərinin olduğu kompleksi vurdu – ölənlər var..

21.07.2026 / 12:54
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

21.07.2026 / 12:47
Taxtakörpü qəsəbəsində həyətində çətən əkən şəxs saxlandı

21.07.2026 / 12:38
Britaniyada süni intellekt üzrə nazir fəaliyyət göstərəcək - dünyada ilk…

21.07.2026 / 12:33
"Qırmızı Körpü"də bəyan edilməyən 300 telefon aşkarlandı...

21.07.2026 / 12:25
Çevik iş vaxtı rejimi hansı sahələrə və şəxslərə tətbiq olunacaq?..

21.07.2026 / 12:13
ŞOK!... “Vital Hospital”da ölü doğulan körpə zirzəmiyə atıldı - Nazirlik hərəkətə keçdi...

21.07.2026 / 12:06
Britaniyanın yeni baş naziri Almaniya kansleri ilə Rusiya əleyhinə yenidən razılaşdılar...

21.07.2026 / 11:50
Ali Məhkəmə işəgötürələrin ən çox istifadə etdiyi bəhanələrindən birini əlindən aldı - bu onların məsuliyyətini aradan qaldırmır...

21.07.2026 / 11:41
Prezident İlham Əliyevlə Ştaynmayer arasında təkbətək görüş keçirilib - FOTO/YENİLƏNDİ

21.07.2026 / 11:40
Rusiya ümidini BMT-nin yeni baş katibinə bağlayıb...

21.07.2026 / 11:32
Üç ölkənin ordusu Livanda “İran Hizbullahına” qarşı birləşdi...

21.07.2026 / 11:08
ABŞ və İran arasında yeni atəşkəs təklifinin DETALLARI ortaya çıxdı – Hörmüzlə bağlı iki variant...

21.07.2026 / 11:06
Prezident Belçika Kralını təbrik etdi

21.07.2026 / 11:02
Gənc rəssamlar "Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində Qəbələdə Alban-Udi İcmasının qonağı oldu

21.07.2026 / 11:01
DYPİ dəhşətli yol qəzası ilə bağlı sürücülərə çağırış etdi...

21.07.2026 / 10:47
Ərəb koalisiyası Səudiyyəni blokadaya salan husilərə meydan oxudu – cavab verəcəyik...

21.07.2026 / 10:32
Son 5 ayda bağlanan nikahların yarısı qədər boşanma qeydə alınıb...

21.07.2026 / 10:22
Azərbaycan nefti bahalaşdı - 93 dollar...

21.07.2026 / 10:10
ABŞ-dan İran qarşı gecə əməliyyatı - dron və raket mərkəzləri yerlə bir edildi...

21.07.2026 / 09:57
Magistraturaya ixtisaslaşma seçimi başladı

Azərbaycanın İslam həmrəyliyinə töhfələri bütün müsəlman aləmi üçün müstəsna rol oynayır...

XƏBƏR ARXİVİ