Qardaş Türkiyə mediasında yayılan məlumatlar Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror əməliyyatının bəzi ilginc məqamlarını üzə çıxarıb.
Xəbərlərə görə, Tehranda səfirliyə silahlı basqın etmiş Yasin Hüseynzadənin qardaşı Rəhman Hüseynzadə də İran xüsusi xidmət orqanlarının əməkdaşıdır. Belə ki, Rəhman Hüseynzadə Urmiyada kitab mağazasında işləyir və İranın İnqilab Keşikçiləri Korpusunun zabitidir. Kitab mağazası xüsusi xidmətlər sistemi üçün universal və xarakterik elementdir. Kəşfiyyatda önəmli fiqurların xaricdə və ölkə daxilində kitab mağazaları ilə bağlı olması çox yayılmış praktikadır.
Malik Hacıyev