çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistan Rusiya əleyhinə ikinci cəbhə açır

Image


Rusiya və Ermənistan arasında münasibətlərin mövcud səviyyəsi hər iki tərəfdə ciddi narazılıq yaratmaqda davam edir. Amma maraqlısı odur ki, tərəflərdən heç biri siyasətində dəyişiklik etmək istəmir. Elə bu fonda Rusiya-Ermənistan gərginliyinin daha da dərinləşməsi gözlənilir.

Məsələ ilə bağlı erməni politoloq Stepan Danielyan etiraf edir ki, son illər Rusiyanın Türkiyə, Ermənistan və Azərbaycana, ümumiyyətlə Qafqaza münasibətdə siyasəti açıq şəkildə dəyişib: “Səbəb odur ki, Moskva bir çox məsələlərdə Türkiyə və Azərbaycandan asılı vəziyyətə düşüb. Ukraynada müharibənin getdiyi bir şəraitdə Moskvaya Qafqazda “ikinci cəbhə” lazım deyil. Ona görə də Ankara və Bakıya müəyyən güzəştlər edir, üstəlik Ermənistanın hesabına. Bu gün yaranmış vəziyyət məhz belə dəyişikliklərdən qaynaqlanır. Yəni ilk növbədə Ermənistanla münasibətlərinə yenidən baxan Moskvadır. Bundan əlavə, Moskvadan daha çox uzaqda olan Ermənistanın indiki siyasəti onunla izah olunur ki, Rusiya hərbi-strateji müttəfiq kimi faktiki olaraq Ermənistanın təhlükəsizliyinin qarantı olmaqdan çıxıb. Biz bunu 2020-ci ildə Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə gördük”. Amma maraqlıdır ki, Rusiya Qafqazda özünə qarşı yeni cəbhənin açılmasına çıxdığı bir vaxtda Ermənistanda əks addımlar atılır. Rusiyanın “arqumenti.ru” saytı yazır ki, Ermənistan Qafqazda ikinci cəbhənin açılmasında əsas vasitəyə çevrilir: “Ukrayna hadisələrinin qızğın vaxtında Cənubi Qafqazın problemləri ikinci, üçüncü və ya onuncu plana keçib. Bu arada bizə “sadiqliyə” and içən tərəfdaşımız, çox güman ki, orada “ikinci cəbhə” açmağa hazırlaşır. Və bu dəfə lehimizə yox, tamamilə bizə qarşı. Rusiya XİN-i isə həmişəki kimi çəkmə ilə döymək lazım olanda barmaqla hədələyir”. Sözügedən rus saytında dərc olunan məqalədə qeyd edilib ki, bu günlərdə Avropa İttifaqının yeni monitorinq missiyası iki il müddətinə Ermənistana gələcək - Ermənistanın tələbi ilə, Bakı ilə razılaşdırılmadan, hətta Moskvanın iradəsinə zidd olaraq: “Rəsmi olaraq missiyanın vəzifəsi “Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdır”. Bunu necə həll etmək olar? Olduqca asan: onun əməkdaşları Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədi boyu ərazini patrul edəcək və yerlərdə vəziyyət barədə məlumat verəcəklər. Nəticədə Rusiyanın maraqları çərçivəsində silahlı qarşıdurma zonasında AB sərhəd monitorinqi aparacaq. Bəli, hətta “qardaş İrəvan”ın da xahişi ilə. ABŞ-ın Ermənistan və Rusiyadakı fövqəladə səfirlərini əvəzləməsinə az adam diqqət yetirdi, amma əksinə olmalı idi. Moskvadakı səfir Linn Mari Treysi ilə tanış olun. Maraqlı tərcümeyi-halı var. Orta Asiya, Pakistan, Əfqanıstan, ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurasında çalışıb. Onu, xarici görünüşə əhəmiyyət verməyərək, "Amerika gürzəsi" adlandırmaq tövsiyə olunur. O bizə birbaşa Ermənistandan gəlib. Onun səfirliyi dövründə İrəvan Moskvadan qopub Qərbə doğru daha çox meylləndi. Amma Ermənistandakı hazırkı səfir Kristina Kvien birbaşa Kiyevdən İrəvana gəlib. Maraqlıdır, elə deyilmi?! O, ABŞ strateji kəşfiyyatında çalışıb. Və artıq gürzəyə oxşamır, birbaşa elə gürzədir. Aydındır ki, o bizi sancacaq. Bəs, biz nə edirik? Ötən il Rusiyadan Ermənistana 3,2 milyard dollar vəsait gedib. 2021-ci ildə bu məbləğ 0,8 milyard idi. İndi isə “irəvanlı qardaş”ın ötən ilin büdcə rəqəmlərinə nəzər salaq: büdcənin xərcləri təxminən 4,44 milyard dollar, gəlirləri 3,94 milyard dollar təşkil edir. Yəni ölkəmizdən Ermənistana ikinci gəlir büdcəsi verilib. Nəticə?”.

Nəticə odur ki, İrəvan Moskvaya xəyanət edir və Qafqazda Rusiyanın çox ehtiyat etdiyi ikinci cəbhəni yaradır. Erməni politoloq Davit Stepanyan isə vurğulayır ki, bu, İrəvana baha başa gələcək: “Düşünmürəm ki, Rusiyanın bu gün təxribatlara əl atmaq, hücumlar təşkil etmək üçün resursları var. Mariya  Zaxarovanın xəbəri olmaya bilər, amma geosiyasi qarşıdurma Vladimir Putinin 2007-ci ildə Münhendə Rusiyanın xüsusi statusunu elan edərək, Moskvanın “soyuq müharibə”nin nəticələrini de-fakto qəbul etməyə hazır olmadığını bildirən məşhur çıxışından sonra başlayıb”. Stepanyan qeyd edib ki, o vaxtdan geosiyasi münaqişə başlayıb: “Həmin toqquşmalar zamanı Rusiya Abxaziyanı, Cənubi Osetiyanı işğal etdi, Rusiya 44 günlük müharibədən sonra Türkiyə ilə bütövlükdə Cənubi Qafqazı bölüşməyə razılaşdı və Ukraynada müharibəyə başladı. Zaxarovanın Cənubi Qafqazda hansı yeni münaqişələr istədiyini bilmirəm, amma əminəm ki, bu gün Rusiyanın bu münaqişələri regiona gətirmək üçün resursları yoxdur. Rusiya üçün bu toqquşmalar növbəti geosiyasi axmaqlıq demək olacaq ki, bunun da nəticəsində Rusiya, böyük ehtimalla, Cənubi Qafqazı tərk edib Qafqaz dağlarının şimalında qalacaq”. “Rusiyada tez-tez qeyd olunur ki, Ermənistan vektoru dəyişmək niyyətindədir, bu doğrudurmu” sualına Stepanyan belə cavab verib: “Bu, vektor dəyişikliyinin başlanğıcıdır. Ümid edirəm ki, bu proses davam edəcək, çünki Rusiya hər şeyə qadirdir ki, bu vektor dəyişikliyinin davam etməsi baş verməsin. Ermənistan çox ayıq olmalıdır. Ölkə daxilində hər şey mümkündür. Ölkə daxilində müxtəlif ssenarilər mümkündür və o ssenarilərin arxasında Rusiya dayanacaq, o cümlədən “beşinci kolon”un iştirakı da ola bilər. Rusiya vektor dəyişikliyinin qarşısını almaq üçün hər şeyi edəcək, amma vektorun dəyişməsinin Rusiyanın təşəbbüsü olduğu göz qabağındadır”. Bəzi ekspertlər hesab edir ki,  ABŞ və Fransanın sifarişi ilə Rusiyaya qarşı olan, Ermənistan üçün isə olduqca təhlükəli geopolitik oyunun həlledici mərhələsi başlanır və burada İrəvan ona verilən missiyanı yerinə yetriməyə hazırlaşır. Bu risqli geopolitik oyun isə artıq Kremli Ermənistanla münasibətlərinə yenidən baxmağa vadar edir. 

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ