çərşənbə günü, 11 noyabr 2026
     

İranın media casusları Azərbaycanda hansı tapşırıqları icra edir…

Image


İranın Azərbaycandakı casus şəbəkəsinə qarşı keçirilən əməliyyat “İnter az” telekanalı və “Salamnyus” agentliyini də əhatə edib. Əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Bu media resurslarının İran tərəfindən maliyyələşdirildiyi və molla rejimini təbliğ etdiyi üzə çıxıb.

Hər iki media resursunun İran rejiminə bağlılığını təkcə informasiya siyasəti yox, maliyyə mənbələri də təsdiq edir.

“İnterazTv” 2002-ci ildə Moskvada təsis olunub. İlk təsisçisi və prezidenti mərhum jurnalist Saleh Xudiyevdir və yarandığı vaxt əsas hədəfi Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği olub. Lakin məlumatlara görə, sonradan İran rejimi kanalı ələ keçirir. Kanalın “haqqımızda” bölməsində məqsəd kimi “milli-mədəni dəyərlərin təbliği” qeydi saxlanılsa da, molla rejiminin təbliğat xətti əsas istiqamət olaraq seçilir.

Kanalın saytında təbliğat gündəlik xəbərlər üzərindən həyata keçirilsə də, peyklə yayımlanan verilişlərində bu daha açıq formada əksini tapır: molla rejiminin ideoloji xəttinə uyğun dini verilişlər yayımlanır, xəbərlər həm bölgədə, həm dünyada rəsmi Tehranın mövqeyinə uyğun tirajlanıb.

Məlumatlara görə, İran rejimi kanalı ələ keçirdikdən sonra maliyyələşmə və nəzarət işini Hacı Mətləb Bağırov adlı şəxs həyata keçirir. Əslən Cəlilabad rayonundan olan Mətləb Bağırov Qumda təhsil alıb. Daha sonra Moskvada biznes qurub, əsasən Rusiyada yaşasa da, İrana intensiv səfərlər edir və bu gün belə Qum şəhərində dini mövzularda tələbələrə moizələr oxuyur. M.Bağırovun Rusiyadakı soydaşlarımızın Qumda təhsil alması və İran xüsusi xidmət orqanları ilə əlaqələr qurmasında “vasitəçi” rolu oynadığı haqda məlumatlar var. Kanalın Bakı ofisindəki əsas nəzarətçi (eyni zamanda, “salamnyus” agentliyində də) Mətləb Bağırovun dostu, İslam Partiyasının üzvü olmuş Rəşad Dadaşov adlı şəxs olub. 2016-cı ildə kanalda əməkdaşların əmək haqları ilə bağlı problem yarananda da M.Bağırovun adından kollektivlə görüşən şəxsin R.Dadaşov olduğu haqda məlumatlar mediada yayılıb.

Çox güman ki, İranın mediaya sızdırdığı agentura şəbəkəsi bununla bitmir. Maraqlıdır, İran mediada qurduğu casus şəbəkəsinə daha hansı işləri icra etdirə bilər?

Media məsələri üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında  bildirdi ki, İrana bağlı olan media qurumlarının Azərbaycandakı fəaliyyəti yeni xəbər deyil: “Onlar uzun illərdi fəaliyyət göstərirlər. Söhbət yalnız “interaz” və “salamnyus”dan getmir. Azərbaycan dövləti zaman-zaman onlarla bağlı gərəkli tədbirləri görüb. Təəssüflər olsun ki, Azərbaycan dövlətinin təhlükəsizlik baxımından atdığı bu addımları diskreditasiyaya uğratmağa çalışıblar. Özəlliklə də, Azərbaycan müxalifətinin önündə gedənlər İranla bağlı görülən tədbirləri gözdən salmağa başlayıblar. Dəfələrlə həmin şəxslərin beynəlxalq platformalarda ABŞ səviyyəsində müdafiə edildiyinin şahidi olmuşam. Etirazımı bildirmişəm və ABŞ kimi ölkənin niyə  bu cür adamları müdafiə etdiyinin izahatını da istəmişəm. Bizim Qərbə meylli olan dairələrimiz həmin adamları insan haqlarını qoruyan  fəallar kimi təqdim ediblər. Güya Azərbaycan hakimiyyəti insan haqlarını qoruyan jurnalistləri həbsə atıb kimi izahlar verirdilər. İzah etmişik ki, əslində isə onlar dünyəvi dövləti devirib, yerində fars-molla rejimi qurmağa çalışırlar. Əməliyyatın həyata keçirildiyi iki media qurumuna baxdıqda, zahirən  özlərini belə göstərirlər ki, güya bizim yanımızdadırlar, haqq işimizə dəstək verirlər.  Nisbətən alt qata baxanda bəlli olur ki, onlar sırf ideoloji ekspansiya  ilə məşğul olublar. Dövlət bunun fərqinə vardığı üçün məhz bu addımları atıb. Azərbaycanda fəaliyyət göstərən media quruluşları niyə İran kimi ölkənin təbliğatını aparmalıdır? Belə şəbəkələrin tam deşifrə edilməsi və orada təmsil olunanların məsuliyyətə cəlb edilməsi lazımdır. Bunların ən başlıca məqsədləri dünyəvi dövlət modelimizi dəyişib, yerində orta əsrlərdə ilişib qalmış bir dövlət modeli qurmaq olub. Mediadakı agentura şəbəkəsi də məhz bu yöndə olan tapşırıqları icra edib. İrana indiyə kimi rəğbət bəsləmiş fəallar, jurnalistlər bu yanlış yoldan dönməlidirlər”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ