çərşənbə günü, 11 noyabr 2026
     

İranın “Hüseyniyun” terrorçusundan Bakıya absurd hədə - “Şirazdakı Şahçıraq faciəsi...”

Image


Molla rejimi öz əlaltılarını yenidən ortaya çıxarıb ki, Azərbaycana qarşı şər-böhtan atsın, absurd iddialar irəli sürsün. Səfirliyimizə hücum edib səfirliyin mühafizə rəisini qətlə yetirən, iki əməkdaşını ağır yaralayan terrorçunun arxasında dayanan mollakratiya rejimi öz terrorçuluğunu, terroru himayə etdiyini ört-basdır etmək üçün cəhdlər edir.

Azərbaycana qarşı hər zaman hədyanlar danışan bir qrup manqurtu əbasının altında saxlayan molla rejimi lazım gələndə onlardan ölkəmizin əleyhinə istifadə edir. Mollaların maliyyəsi hesabına fəaliyyət göstərən “Hüseyniyun” terror təşkilatının üzvləri Azərbaycana xəyanət edib getmiş manqurtlardır, rejim də onları əlində oyuncağa çevirib.   

“Azad İran”ın məlumatına görə, İranda gizlənən terrorçu “Hüseyniyun” qruplaşmasının üzvü Azərbaycana və onun Prezidentinə qarşı böhtan dolu açıqlamalar verib.

Daim Azərbaycan əleyhinə qərəzli yazılar dərc edən Tehranın “Əllamə Təbatəbayi” Universitetinin analitik saytı İranda gizlənərək Azərbaycana qarşı pozucu fəaliyyət göstərən “Hüseynçilər Hərəkatı” terror təşkilatının media direktoru Orxan Məmmədovdan Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı müsahibə alıb.

Saytı yazır ki, Orxan Məmmədov Azərbaycanda İranı “əsassız ittiham edənlərə” səslənərək iddia edib: “Yadınıza salın ki, hətta Bakıdan idarə olunan terrorçuların törətdiyi Şirazdakı Şahçıraq ziyarətgahına edilən hücum faciəsində də İran yenə də  Azərbaycanı ittiham etmədi. Bəs siz heç bir dəlil və sübut olmadan, hətta ağlabatan və məntiqi təhlil olmadan İranı necə suçlayırsınız?”. Bu adam  utanmadan Azərbaycanı “terror”da ittiham edir, ağalarının adını bizə qoymaq istəyir.

  • “Fakt budur ki, Şahçıraq terrorunu elə İranın özünün xüsusi kəşfiyyat orqanları həyata keçirib”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, O.Məmmədovun ittihamları tamamilə absurddur, bölgədə iki terrorçu dövlət var, onlardan biri Ermənistan, o biri isə Tehran rejimidir. “İranın Azərbaycana son dövrlərdəki münasibəti tam təfsilatı ilə bəllidir. Yəni molla rejimi, faktiki olaraq, Azərbaycana qarşı istər bu, istərsə də digər vasitələrlə düşmənçilik mövqeyi sərgilədiyini nümayiş etdirir. Fakt budur ki, bu gün İranda “Qum tələbələri” adı altında fəaliyyət göstərən millət satqınları, fars şovinistlərinin tulaları, yeri gəldi-gəlmədi, uzun illərdir Azərbaycan dövlətinə, Azərbaycanın siyasi quruluşuna, eləcə də xalqımıza qarşı müxtəlif təhdidlər yağdırırlar. Bu təhdidlərin içində terror çağırışlarının olması da ayrıca bir məsələdir. Maraqlıdır ki, Orxan Məmmədov, Tohid İbrahimbəyli və başqa fars tulaları açıq-aydın şəkildə Azərbaycanı ittiham etməklə yanaşı, İranın Azərbaycana qarşı müharibə, yaxud terror ritorikasını birmənalı olaraq dəstəkəyirlər. Biz bunu Orxan Məmmədovun sözügedən “ittihamında” da müşahidə etməkdəyik. Terrorçu Məmmədovun bir müddət əvvəl Şirazdakı Şahçıraq ziyarətgahındakı terror aktını həyasızcasına, utanıb-qızarmadan Azərbaycanın üzərinə atmaq cəhdləri dediklərimizi isbatlamaqdadır. Maraqlıdır, İranın güc strukturları bəyan etdi ki, Şahçıraq terroruna görə həbs edilənlər var və terroru törədən qruplaşmanın bir ucu sünni radikal qruplaşmaya bağlıdır. “Hüseyniyun” terrorçusu isə öz ağalarının bəyanatına zidd fikir bildirib. Azərbaycanı bu kimi məsələdə ittiham etmək gülüncdür. Öncə sığındığı ölkəyə baxsın, görsün ki, İran şiə dövləti olaraq din sahəsində necə çirkli siyasət yürüdür. Fakt budur ki, Şahçıraq terrorunu elə İranın özünün xüsusi kəşfiyyat orqanları həyata keçirib. Bu terroru həyata keçirməklə molla rejimi əlinə necə deyərlər albi almaq istədi ki, bu vasitə ilə Azərbaycana, eləcə də onun siyasətini tənqid edən digər ölkələrə qarşı öz əsassız ittihamlarını bildirsin. İranın sərsəm, kifayət qədər uğursuz siyasəti bu ölkənin mövcud vəziyyətini də aşkar şəkildə göstərməkdədir. Maraqlıdır, bu gün Xoy şəhərində, Makuda güclü zəlzələ olub, bizim soydaşlarımız orada zülm içindədir, dövlətin heç bir dəstəyini görmürlər, yardım üçün Azərbaycan dövlətinə müraciət edirlər”.

Tehran rejimindəki başı əmmaməlilər və onların Orxan Məmmədov, Tohid İbrahimbəyli kimi əlaltıları isə hələ də bu terrorçu ölkənin mövqeyini dəstəkləyirlər deyən R.Rəsulov qeyd etdi ki, halbuki, onların soydaşları, azərbaycanlılar zəlzələdən əziyyət çəkir: “Sual oluna bilər, onlar bu qədər Allahsevəndirlərsə, şiəliyə bağlı şəxslərdilərsə nəyə görə pis vəziyyətdə qalmış Xoydakı soydaşlarımıza maddi və mənəvi dəstək göstərmirlər? Bu məxluqları bu düşündürmür. Tehran rejiminin muzdlu terror qrupunun üzvü olan Məmmədov, İbrahimbəyli və başqaları Azərbaycan dövlətini əsassız ittiham edirlər. Bilirsiz ki, Orxan Məmmədov da, o biri terrorçular da axtarışdadır və onlar Azərbaycana təhvil verilməlidir, Azərbaycan dövləti dəfələrlə Tehran rejiminə müraciət edib ki, o terrorçuları təhvil versinlər, amma faktiki olaraq onlar təhvil verilmir. Bu terrorçular Azərbaycana təhvil verilmədikcə daha da quduzlaşırlar və ölkəmizə qarşı əsassız şər-böhtan atırlar. Azərbaycan tələbləri daha da sərtləşdirməli və Orxan Məmmədov da daxil olmaqla, İranda gizlənən terrorçuları, Azərbaycanın dövlətçiliyinə qarşı fəaliyyətdə olan bu ünsirləri ölkəyə gətirməlidir. O terrorçular nə qədər molla rejiminin himayəsində qalacaqlarsa, bir o qədər də dövlətimizə qarşı hədyanlar yağdıracaqlar. Onlar ölkəmizə təhvil verilməlidir, bu terrorçu ünsirlər məhkəmə qarşında cavab verməlidir, dövlətə, xalqa qarşı törətdikləri cinayətlərə görə ağır cəzaya məhkum edilməlidir. Biz İrandan o terrorçuları tələb edirik. Vaxtilə Azərbaycan Prezidenti Həsən Ruhanidən tələb edib ki, orada gizlənən 20 nəfər terrorçunu Azərbaycana təhvil versinlər. Amma hələ də onlar oradadır. İranın əbasının altında fəaliyyət göstərən “Hüseyniyun” terror təşkilatının üzvləri, bu cinayətkar, terrorçu dəstə Azərbaycana təhvil verilməlidir. Bunun başqa variantı yoxdur. Bu ünsirlərin məntiqsiz, əsassız ittihamlarına əhəmiyyət vermək lazım deyil, amma onların ölkəyə gətirilməsi, məhkəmə qarşına çıxarılması vacibdir”.

Əli TURABOV  




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ