ABŞ-ın Ermənistandakı səfiri Linn Treysini Moskvaya köçürdülər. Əslində ötən ilin sentyabrında təyin edilmişdi, etimadnaməsi yanvarın 30-da qəbul olundu...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır: “Fəaliyyətə başlayan kimi də Rusiya XİN onu xəbərdar etdi ki, "qayda-qanunla işlə"...
Treysi Ermənistanda Rusiyanın siyasətinə zidd bəyanatları ilə tanınır. Elə Azərbaycanın da Qarabağ siyasətinə açıq zidd bəyanatları və hərəkətləri az olmayıb...
Rusiya-ABŞ diplomatik əlaqələrində yeni qalmaqallar gözlənilir.
Xanım səfirin karyerası 1987-ci ildən bu günə kimi əsasən SSRİ məkanı ilə, MDB məkanı ilə və ABŞ-ın Milli təhlükəsizlik siyasəti ilə bağlı olub. Onun bakalavr təhsili "sovetşünaslıqla" bağlıdır, bir sözlə, keçmiş SSRİ məkanını və Rusiyanı əla tanıyır...”
Tahir TAĞIYEV