çərşənbə günü, 11 noyabr 2026
     

Qərbi azərbaycanlılara "hüquqları uğrunda mübarizə aparan toplum" beynəlxalq statusu... - Aydın QULİYEV yazır...

Image


Qərbi Azərbaycan İcması özünün böyük hədəfinə doğru beynəlxalq miqyaslı təsir baxımından güclü gediş etdi. Qurumun dünya ictimaiyyətinə müraciəti BMT katibliyi təfəfindən üç mühüm orqanın - Təhlükəsizlik Şurasının, Baş Assambleyanın və İqtisadi-sosial Şuranın rəsmi sənədi kimi yayılıb.

Sənədin BMT-nin bütün rəsmi dillərində yayılması İcmanın və onun başladığı mübarizənin ilk böyük və uğurlu beynəlxalq təqdimat addımı hesab edilə bilər. Məlumdur ki, İcmanın öz hədəfinə yetişməsinin vacib şərti onun nə dərəcədə beynəlmiləlləşdirilməsindən çox asılıdır. Ən azı ona görə ki, Qərbi azərbaycanlıların tarixi vətənlərinə böyük qayıdışı məhz BMT-nin eqidası altında və onun tanıdığı təhlükəsizlik mexanizmlərinin zəmanəti ilə baş verməlidir. Prosesin humanitar və ləyaqət prinsiplərinə uyğun həyata keçirilməsinin başqa alternativləri sadəcə yoxdur.

Bu nöqteyi-nəzərdən sənədin müxtəlif dillərdə və üç qurumun adından yayılması prosesin beynəlmiləlləşdirilməsinə geniş imkanlar açır.

Daha vacib bir məqam ondan ibarətdir ki, sənədin yayılması tək qaçqınların hüquqlarının qorunması adı altında baş vermir. Sənədin BMT qurumlarının gündəliyinin hansı bəndləri altında yayılmasına diqqət yetirsək, Qayıdış prosesinin tam hüquqi və praktik mənzərəsini görə bilərik.

Belə ki, sənəd silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşfiq olunması, soyqırımın, etnik təmizlənmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınması kimi mühüm bəndlərin altında yayılıb. İcmanın müraciətinin bu bəndlər altında yayılması o deməkdir ki, BMT Qərbi azərbaycanlıların öz vətənlərinə ləyaqətli  qayıdışını bütün bölgəmizdə davamlı və pozulmaz sülhün həlledici şərti kimi qəbul edir. Bunlar birlikdə olduqca təsirli istiqamətlərdir və son 100 ildə erməni daşnaklar tərəfindən öz tarixi vətənlərindən qovulmuş milyondan çox azərbaycanlının pozulmuş hüquqlarının tam çərçivəsini çəkməyə imkan verir. Sənədin göstərilən bəndlər altında yayılmasının nə demək olduğunu bir neçə konkret məqamın timsalında göstərmək olar.

Silahlı münaqişənin qarşısının alınması bəndi altında yayılması o deməkdir ki, bu insanların həm vaxtilə öz vətənlərindən qovulması hərbiləşdirilmiş təzyiqlər altında baş verib, həm də onların öz yurdlarına sivil və təhlükəsiz formada qayıdışları hər cür yeni silahlı toqquşmaları istisna edən şərtlər daxilində baş verməlidir. Təkcə bu son mülahizə İcmanın Qayıdış Konsepsiyasında da nəzərdə tutulduğu kimi qayıdışın beynəlxalq və etimadlı təhlükəsizlik mexanizmləri altında aparılmasının vacibliyini bir daha təsdiqləyir və buna yol açır.

Sənədin sülh quruculuğu bəndi altında yayılması qayıdışın bölgəmizdə ümumi sülh və təhlükəsizlik perspektivi ilə əlaqələndirilməsi ilə bağlıdir. Anlamı odur ki, Qərbi azərbaycanlıların tarixi vətənə ləyaqətli qayıdışı baş verməsə, bölgədə sülhün hər vaxt, hətta Azərbaycan-Ermənistan sazişinin bağlanmasından sonra da pozulmaq risqləri var.

Sənədin qaçqınların hüquqları bəndi altında yayılması bizim qaçqınlarımızla bağlı strategiyamızın əsas prinsipinə tam uyğundur. Belə ki, bu bənd Qərbi azərbaycanlıların qaçqın statusu ilə beynəlxalq tanınmalarının başlanğıcı kimi qəbul edilməlidir ki, bu da bizə lazım olan hədəfin elə özüdür - Qərbi azərbaycanlılara beynəlxalq qaçqın statusunun  verilməsi.

İrqi ayrı-seçkiliyin aradan qaldırılması, soyqırım, etnik təmizləmə, insanlığa qarşı cinayətlərin və irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi bəndlər isə Qərbi azərbaycanlıların hansı cinayətkar təsirlərin və yanaşmaların altında öz vətənlərindən didərgin salındığını təsdiqləyir, əslində bütün dünyaya nünayiş etdirir ki, milyondan çox azərbaycanlı könüllü şəkildə yox, məhz ayrı-seçkiliyin təsirləri altında yurdlarından qovulublar.

Sənədin yayımını müşayiət edən ən əhəmiyyətli bəndlərin biri insan hüquqlarının təşviq edilməsidir. Bu bənd Qərbi azərbaycanlıların həm vətəndən qovulduqları vaxt bütün iqtisadi, siyasi, sosial, insan hüquqlarının tam pozulduğunu ehtiva edir, həm də qayıdışın elə formada aparılmasını nəzərdə tutur ki, bu insanlar öz vətənlərinə sözün həqiqi mənasında təminatlı insanlar kimi qayıtsınlar, yəni evləri, əmlakları, torpaqları, mal-mülkləri tam qaytarılsın və ya kompensasiya edilsin.

BMT-nin rəsmi sənədi kimi bu bəndlər altında yayılmış müraciət başqa perspektivlərə də yol açır.

Məlumdur ki, Qərbi azərbaycanlıların qayıdışı çoxpilləli və üzün prosesdir. Onun uğurlu həllinə, yəni indiki Ermənistandakı ata-baba torpaqlarına beynəlxalq təhlükəsizlik mexanizmlərinin müdafiəsi altında qayıdış anlarına qədər bəzi məsələlərin beynəlxalq hüquqi müstəvidə qərarlaşması vacibdir. Məsələn, Qərbi azərbaycanlıların təqdim olunmuş rəsmi adlı siyahısı əsasında onlara "qaçqın" statusunun verilməsi əhəmiyyətli və mümkündür.

Yaxud, müstəmləkə dövründə öz azadlığı və müstəqilliyi uğrunda vuruşan xalqlara BMT-nin "döyüşən xalqlar" statusu tanıması kimi praktika var idi. Məsələn, Fələstin Azadlıq Təşkilatı müəyyən bir dövr bu status altında fəaliyyət göstərdi və tanındı. Unutmayaq ki, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarında dövlət qurmaq kimi məqsəd qoymasalar da, öz insan hüquqlarından kütləvi məhrum edilmiş böyük toplumdur. İcmanın öz insan hüquqları uğrunda mübarizəsinin statuslaşdırılması, yəni hüquqi terminlərə uyğun ad verilməsi indi əsas vəzifəmiz olmalıdır. Yəni, özünün "İnsan hüquqları uğrunda mübarizə aparan toplum" olduqlarının tanıdılması çox vacibdir.

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ