çərşənbə günü, 11 noyabr 2026
     

İran vuruldu, Ermənistan qorxuya düşdü

Image


“İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehrana qarşı birgə səylərini artıracaqlar”. Bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə Qüdsdə görüşdən sonra deyib.

O, İranın nüvə silahı əldə etməsinin mümkünsüzlüyü bildirib: “Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə gözəl söhbətimiz oldu. Yenə deyirəm: İsrail əlindən gələni edir ki, İranın nüvə silahı və onların çatdırılma vasitələrini əldə etməsinin qarşısını alsın”. Netanyahu qeyd edib ki, ABŞ dövlət katibinin ölkəsinə səfəri dünya ictimaiyyətində çoxlarının İranın əsl üzünü gördüyü vacib məqama təsadüf edir: “Bu rejimin öz xalqına qarşı vəhşiliyini gördülər, öz sərhədlərindən və Yaxın Şərqdən kənara necə zorakılıq ixrac etdiyini gördülər”. Qeyd edək ki, elə bu günlərdə İranın hərbi obyektlərinə zərbələr endirilib. Bunun İsrail tərəfindən həyata keçrildiyi bəyan edilsə də, Təl-Əviv faktı hələ ki, təsdiq etmir. Xatırladaq ki, ilk hücum İran daxilindəki hədəfə - İsfahandakı silah istehsalı müəssisəsinə, ardınca Suriya-İraq sərhədinin Suriya tərəfində İrandan silah daşıyan karvanlara olub. İranın hərbi obyektinə hücum dron ilə həyata keçirilib. Hücum onu göstərir ki, İsrail İrana qarşı fəaliyyətini gücləndirir. Bu, təkcə nüvə proqramı ilə mübarizə sahəsində deyil, həm də regionun qonşu ölkələri də daxil olmaqla, daha geniş ərazidə aparılır. İsrailin “Haaretz” qəzeti məsələ ilə bağlı yazır: “Keçmişdə İsrailin İrana qarşı aktiv fəaliyyət istiqamətləri bunlar idi: İranın nüvə proqramı ilə bağlı fəaliyyətlərinin, Tehranın Yaxın Şərqdəki terror təşkilatlarına silah ötürməsinin və digər ölkələrdə hərbi bazalar yaradılmasının qarşısını almaq. Naftali Bennetin baş nazir olduğu dövrdə bu istiqaməti genişləndirmək qərarı verildi. Ötən şənbə günü axşam İsrail təhlükəsizlik kabineti Qüdsdə bir gün əvvəl baş vermiş terror aktına cavab tədbirləri ilə bağlı qərar qəbul etmək üçün Təl-Əvivdə toplaşarkən İsfahandakı raket zavodu PUA-larla bombalandı. Bazar və bazar ertəsi isə İran sərhədindəki Bukamal sərhəd-keçid məntəqəsi yaxınlığında yük maşını karvanlarına zərbələr endirildi”. Qeyd olunur ki, bu hücumlara əsaslanaraq iki fərziyyə irəli sürmək olar: “Birincisi, məqsəd İrandan Livandakı Hizbullaha silah, dəqiq idarə olunan raketlər və qabaqcıl hava hücumundan müdafiə sistemlərinin qaçaqmalçılığının qarşısını almaqdır. İkincisi, İsrail İrana işarə edir ki, hərbi gərginliyi genişləndirməkdən və gücləndirməkdən çəkinmir. Burda diqqət çəkən məqam Amerikanın da prosesdə iştirakıdır. İlk iki zərbə ABŞ MKİ rəhbəri Uilyam Börns İsraildə olarkən həyata keçirilib. Üçüncüsü isə ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini vurğulayan Entoni Blinkenin gəlişindən bir qədər əvvəl baş verib”. Bütün bunlardan narahat olanlardan biri isə İranın müttəfiqi olan Ermənistandır. Ümumiyyətlə, İrana təşkil edilən son hücumların fonunda Ermənistanda təşviş başlayıb. Erməni türkoloq Varujan Geqamyan İranda həyata keçirilən hücumların Ermənistanın müdafiəsi məsələsində özünü göstərəcəyini bildirib: “Aydındır ki, regionda böyük müharibə başlayır və onun bizə təsiri, hətta ərazimizdə aparılması ehtimalı var. Bu hücum müharibənin növbəti siqnalıdır. İkinci məsələ isə İranın zəifləməsinin Ermənistan və Qarabağın təhlükəsizliyinə birbaşa təsir edəcəyidir. Başqa sözlə, İran nə qədər zəif olsa, Ermənistan, xüsusilə də Zəngəzur o qədər zəif olacaq. Beləliklə, gecə baş verənlər növbəti təşvişedici siqnaldır”. Baş verənləri erməni mediasına şərh edən şərqşünas Qarik Misakyan deyib ki, hadisələr zəncirini izləməyə və mümkün ssenariləri proqnozlaşdırmağa imkan verən bir neçə mühüm amil var. O iddia edib ki, zərbənin təşəbbüskarları 28 yanvarda Xoyda baş verən güclü zəlzələdən məharətlə istifadə ediblər. Erməni politoloq Azərbaycanın İran səfirliyinə hücum edilməsinin də fürsət kimi dəyərləndirildiyini iddia edib. Guya bu ərəfədə İran informasiya təzyiqi altındadır, İsrail də bundan maksimum yararlanıb. Misakyan hazırda Tehranın ağır vəziyyətdə olduğunu deməyə də məcbur olub: “Bu, İrana qarşı ilk belə hücum deyil. İsraillə qarşıdurmanın uzun tarixi var, lakin indiyədək birbaşa və genişmiqyaslı silahlı toqquşmaya çevrilməyib. Düşünürəm ki, hazırkı vəziyyət də istisna olmayacaq. Amma göz qabağındadır ki, İran nəhəng beynəlxalq psixoloji və informasiya təzyiqi ilə üz-üzədir. Obyektlərə hücumla paralel olaraq, ölkə daxilində vəziyyəti pozmağa cəhdlər də edilir”.

Bununla yanaşı o qeyd edir ki, Ermənistan üçün İranda baş verənlər növbəti ciddi sınaqdır: “Məsələ bundadır ki, hücuma məruz qalan obyektlərin bəziləri Ermənistan sərhədinə yaxın ərazidə yerləşir. İran ətrafında hipotetik münaqişə isə, şübhəsiz ki, kiçik bir respublikanın təhlükəsizlik sisteminə ciddi təsir göstərəcək. Üstəlik, Tehran Ermənistan üçün təhlükəli olan Zəngəzur dəhlizinin açılmasının qatı əleyhdarıdır”.Misakyan “İran çətiri” olmayacağı halda Zəngəzur dəhlizinin açılacağını etiraf edib: “Ermənistan indiki vəziyyətdə bu və ya digər aktorun tərəfini tutmaqdan hələlik çəkinməlidir. Vəziyyət hələ o yerə çatmayıb ki, İrəvandan aydın və birmənalı mövqe tələb olunsun”. Beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan isə indi İrəvanın çətin durumda olduğunu bildirir: “Qərb Azərbaycanın yanındadır. ABŞ Bakıya qarşı heç vaxt sanksiya tətbiq etməyəcək. Çünki Azərbaycan ABŞ üçün Ermənistandan az əhəmiyyətli ölkə deyil,  bəlkə də daha vacib ölkədir. ABŞ dövlət katibinin “İran və Azərbaycan arasında konflikt olacağı təqdirdə ABŞ Bakını dəstəkləyəcək” sözlərini unutmaq olmaz. Yəni Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri hesab olunur. Bu, sadəcə, böyük oyunun tərkib hissələrindən biridir. Yəni Qərb Azərbaycana sanksiya tətbiq etməyəcək. ABŞ Azərbaycana eksklüziv olaraq təhlükəsizlik baxımından yardım edir. Yəni bu, hərbi yardım deyil, təhlükəsizlik yardımıdır. Məqsəd İranla dəniz sərhədinin müdafiəsidir. Son 2-3 ildə Azərbaycana 100 milyon dollara yaxın yardım göstərilib, bu, Ermənistan deyil, İrandan gələn təhdidə qarşı edilib”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ