çərşənbə günü, 11 noyabr 2026
     

Mollaların daxildə antitürk siyasətinin də hədəfi Azərbaycandır

Image


İranda mövcud rejim antixalq mahiyyətini getdikcə daha açıq şəkildə meydana qoyur və eyni zamanda terrorçu fəaliyyətindən də əl çəkmir. Hadisələrin gedişinə nəzər saldıqda bunları daha detallı şəkildə görmək mümkün olur.

Qeyd edək ki, İranın təhlükəsizlik qüvvələri ötən həftəsonu şimal-qərbdəki Xoy şəhərində azı 3 nəfərin ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən güclü zəlzələ ilə bağlı hökumətin yararsız reaksiyasına qarşı baş qaldıran etirazları zorakılıqla yatırıb. Sosial şəbəkələrdə yayılan videolarda yanvarın 28-də 5,9 bal gücündə zəlzələyə məruz qalan Xoy şəhərində təhlükəsizlik qüvvələrinin vilayət administrasiyası binası qarşısına toplaşan insanları dağıtmaq üçün su şırnaqlarından istifadə etdiyini görmək olub. Binaların uçması və avtomobillərin aşmasına səbəb olan zəlzələ zamanı təşviş içərisindəki sakinlər evlərini tərk edib. Bölgəni sarsıdan 20-dən çox yeraltı təkan qışın şaxtalı havasında yüzlərlə insanı evakuasiya mərkəzlərində sığınacaq axtarmağa məcbur edib. Tehran Universitetinin Seysmologiya Mərkəzinin məlumatına görə, dayaz zəlzələ Qərbi Azərbaycan vilayətinin təxminən 200 min əhalisi olan Xoy şəhərində baş verib. Dövlət televiziyası yaşayış binaları və yarı dağılmış evlərə dəyən böyük ziyanı əks etdirən kadrlar yayımlayıb. İran mediasının nümayış etdirdiyi fotolarda qarlı bölgədə insanların adyallara bürünərək tonqalların ətrafına toplaşdığını görmək olar.

Yerli mənbələrin bildirdiyinə görə, zəlzələdən bir neçə gün keçməsinə baxmayaraq, insanlar hələ də çadırlar, istilik cihazları və ərzaq da daxil olmaqla, ilkin yardım vasitələrinə ehtiyac duyur. İranın mühacirətdə olan keçmiş vəliəhd şahzadəsi və müxalifət lideri Reza Pəhləvi də daxil olmaqla, bir çoxları sosial mediada bölgəyə yardım əvəzinə tələsik çevik qüvvələr göndərməsinə görə hökuməti qınayıb. Pəhləvi qeyd edir ki, İslam Respublikası zəlzələ qurbanlarına tez və lazımi yardım göstərmək əvəzinə, repressiya qüvvələri və vasitələri göndərib. Rejimdən heç bir dəstək olmaması səbəbəindən təbrizli soydaşlarımız Xoyda zəlzələ nəticəsində evləri dağılan insanlara yük maşınları ilə yardım göndəriblər.Bununla bağlı sosial şəbəkələrdə görüntü paylaşılıb. GünAz TV-nin rəhbəri, Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış simalarından olan Əhməd Obalı isə İran dövlətinin məsələyə olduqca etinadsız yanaşdığını bildirərək Azərbaycan prezidenti İlham Əliyevdən kömək istəyib: “İran dövləti düşmən kimi bizi dondurmaqla məşğuldur. Bizə yox, terrorçulara dəstək olur. Şimallı, cənublu həmvətənlərimizi də zəlzələdə zərər görən soydaşlarımıza yardım etməyə dəvət edirəm”. Xalqa etinasız münasibəti ilə yanaşı, İran terrorçu fəaliyyətindən əl çəkmir. Azərbaycan səfirliyi ilə bağlı baş verənlər bunun əyani təsdiqidir. Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi İslam Respublikasına səyahətlə bağlı xəbərdarlıq edib. Bildirilib ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb. Qeyd edilir ki, İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur. İrandakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.

Bu arada artıq Azərbaycan və İran arasında gediş-gəliş xeyli azalıb. Məsələn, Astara şəhərində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan hələ də narahatlıqla danışırlar. Yerli sakinlər həmin olayın tez bir zamanda obyektiv araşdırılmasını istəyirlər. Onlardan biri adının çəkilməməsi şərtilə “Azadlıq” radiosuna qeyd edib ki, hətta sərhədyanı ticarət də tədricən “ölür”: “Səfirliyimizə basqın sərhədyanı ticarətə də pis təsir edib. Həmişə bizə qarşı gedirlər, amma biz onlara pislik etməmişik. Azərbaycanın qapıları onların üzünə açıqdır. Yük maşınları yollarımızdan istifadə edib Rusiyaya gedirlər. Vaxtilə burada insanlar qaynayırdı. Az adam gəlir. Bu yol İrana gedən piyada keçiddir. İki-üç gündür ki, nə ora gedən var, nə də gələn. Biz bir qarın çörəyə işləyirik, siyasətə qarışmırıq”. İrana gedən nəqliyyat yolunda isə sıxlıq müşahidə edilir. Azərbaycana, Rusiyaya, Türkiyəyə məxsus yük maşınları növbəyə durublar. Yük maşınlarından birinin sürücüsü deyir ki, gömrükdən maşınları gec buraxırlar: “Rusiya maşınları, əsasən, kənd təsərrüfatı məhsulları daşıyırlar. Bizə isə oradan kartof gəlir. Saatlarla gözləyirik. Fasilə çox olur, amma gömrük işləyir. İran maşınları Azərbaycanın istənilən məntəqəsinə yükü apara bilir. Biz isə İranın gömrüyündən kənara çıxa bilmirik, icazə yoxdur. Səfirlikdə baş verənləri eşitmişik. Çox pis olduq. Qonağa əl qaldırmaq ən böyük günahdır”. İctimai fəal Asən Həşimli isə deyir ki, İranda istənilən hadisə burda əks səda doğurur. O vurğulayır ki, İranda milyonlarla soydaşları yaşayır: “Oradakı informasiyalar bizə daha tez çatır. İstər-istəməz İranda baş verənlərdən narahat oluruq. Səfirliyimizə edilən silahlı basqın əhalini narazı salıb. İranla piyada gediş-gəliş dayanıb. Yalnız yük maşınları işləyir. Əvvəllər ziyarətə, müalicəyə gedənlər olurdu. İndi o da yoxdur”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ