çərşənbə günü, 11 noyabr 2026
     

Xankəndidə Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi – İrəvan mediasının ssenariləri…

Image


Son günlərdə Qarabağ separatçıları arasında maraqlı proseslər müşahidə edilməkdədir. Məlumatlara görə, Ruben Vardanyan və himayədarları Qarabağda növbəti “seçki” şousuna hazırlaşır. Sirr deyil ki, Qarabağda “seçkilər” adlanan bütün bu oyunun əsas məqsədi Vardanyanın separatçılar üzərində tam rəhbər olmasının təmin olunmasına hesablanıb.

Vardanyan bununla separatçıların lideri Arayik Arutunyanı “hakimiyyət”dən uzaqlaşdırır və onun kreslosunda oturmağı planlaşdırır. Ən sonda Vardanyan Ermənistanda Nikol Paşinyanı əvəzləməlidir. Lakin erməni mediası yazır ki, Azərbaycan Qarabağda Vardanyanın “seçki şousu” düzəltməsinə imkan vermək niyyətində deyil. “Qraparak” nəşri mənbələrinə istinadən yazır ki, Qarabağda separatçı rejimin “rəhbərliyi” – Arayik Arutyunyan və Ruben Vardanyan əslində, tezliklə istefaya gedəcəklər. Eyni zamanda, qondarma “milli təhlükəsizlik xidmətinin direktoru” Armen Akopcanyan da “vəzifə”dən” uzaqlaşdırılır. Məlumata görə, Arayik  Arutyunyan qondarma rejimin keçmiş “rəhbəri” Bako Saakyanla “dövlət naziri”nin dəyişdirilməsi məsələsini müzakirə edib. Vardanyanın getməsindən sonra Bakının təzyiqinin azalacağı düşüncəsi var: “Vardanyan Arayik Arutyunyanın xahişi ilə gedir. Daha doğrusu, Nikol Paşinyan belə bir tələbin Azərbaycan rəhbərliyi tərəfindən irəli sürüldüyünü separatçılara deyib. Bakı açıq şəkildə bildirib ki, Vardanyan arzuolunmaz şəxsdir və Qarabağı tərk etməlidir. Qarabağda “siyasi qüvvələr” buna qarşı çıxır, onlar hesab edirlər ki, Bakının hansısa tələbi icra olunarsa, daha heç nə edə bilməyəcəklər. Lakin Vardanyandan sonra Arayik Arutyunyanın özü də istefaya gedəcək, məqsəd gərginliyin azalması, Bakının istəklərinin yerinə yetirilməsidir. Eyni zamanda, “milli təhlükəsizlik xidmətinin direktoru” da “postun”dan göndərilir”.  Qeyd edək ki, separatçıların qondarma “parlamenti”nin, o cümlədən, Arutyunyanın da istefaya gedəcəyi haqda məlumatlar yayılıb. Bu məlumatlara istinadən irəli sürülən versiyalardan biri belədir ki, bununla rejim tamamilə ləğv olunacaq. Separatçı “parlamentin spikeri” Artur Tovmasyan “İravunk” qəzetinə açıqlamasında qondarma rejimdə növbədənkənar “parlament” və “prezident” “seçkiləri”nin olacağını istisna etməyib. “Qraparak” nəşri yazır ki, məsələ Vardanyandan “daha böyük yerdə” həll edilib və Bakının tələbləri qarşısında qondarma rejimin “rəhbərliyi” Qarabağı tərk edəcək. Düzdür, istefa verəcəyi xəbərləri yayıldıqdan sonra Ruben Vardanyan “Facebook” profilində bunu təkzib edib və “hər kəsi birliyə” çağırıb: “Xüsusilə indiki vəziyyətdə təqaüdə çıxmaq fikrində deyiləm. Eyni zamanda, ölkə “prezident”inin, deməli, “parlament”in də mümkün istefası qəbuledilməzdir.Belə bir vəziyyətdə “təslim olmaq və Azərbaycan gündəminə xidmət etmək” haqqımız yoxdur. Mən hamını siyasi sağlam düşüncəyə və həmrəyliyə çağırıram”. Lakin “Qraparak” nəşri yazır ki, vardanyanın dedikləri əhəmiyyətsizdir: “Vardanyanın “istefa verməyəcəm” açıqlaması əslində pası Arayik Arutyunyana atmaqdır, o istəyir ki, məsələyə Arutyunyan aydınlıq gətirsin. Mənbələrimiz bildirir ki, Vardanyanın istefasının alternativi yoxdur. Arutyunyan da gedir, lakin o siyasi qüvvələri inandırmağa çalışır ki, istefa verdikdən sonra “parlament və prezident seçkiləri”ni təşkil edəcək, halbuki, mövcud “konstitusiya və qanunlar” ona belə bir imkanı verməyəcək. Siyasi qüvvələr hesab edirlər ki, istefalardan və “parlamentin” buraxılmasından sonra Azərbaycan öz istəyinə çatacaq və Qarabağı Bakıdan təyin olunan nümayəndə idarə edəcək”. Qeyd edək ki, bundan öncə Vardanyanın Rusiyadakı və Ermənistandakı bütün əmlaklarını sataraq, məxfi şəkildə Britaniyaya yerləşdirdiyi haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Vardanyan Qarabağda qalmağın “perspektivsizliyini” anlayıb və aradan çıxmağa çalışır. Əslində, onun Qarabağa sığınması öz var-dövlətini sanksiyalardan qorumağa hesablanmışdı. Çirkli yollarla milyardlıq varidat toplayan Vardanyan Qarabağın təbii sərvətləri hesabına pul qazanmağa davam edəcəyini və çirkli pullarını yuyacağını hesablamışdı. Məhz buna görə də 10 dekabr 2022-ci ildə Azərbaycan mütəxəssislərinin yataqlarda monitorinqinə imkan verməmək üçün “aksiya” təşkil etmişdi. Amma Azərbaycanın buna qarşı gedişilri Vardanyanı çətin vəziyyətə salıb. İndi o, yaxşı başa düşür ki, Qarabağı tərk edb qaçmaq qarşısında duran ən yaxşı çıxış yoludur.

 

Baş verənləri şərh edən britaniyalı ekspert Tomas de Vaal xatırladır ki, Vardanyanın Britaniya və Amerikada geniş əlaqələri var: “Bəli, o, ora Rusiyanın razılığı ilə gedib, amma məncə, onun öz gündəmi var. Gündəmin nədən ibarət olduğunu təxmin etmək çətindir, amma istisna etmək olmaz ki, Vardanyan Qarabağı artıq İrəvanda, Ermənistanın özünün siyasi arenasında öz ambisiyaları üçün siyasi platforma kimi görür. Vardanyanın Qarabağda hakimiyyətə gəlişinin Bakının Qarabağ ermənilərinin elitası ilə mümkün razılaşmalar üzrə planlarını pozmasına gəlincə, bu, təbii ki, baş verir”. Hazırda görünən budur ki, Vardanyan-Arutunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Xankəndi sakinlərini faktiki girov saxlayır, terror siyasəti həyata keçirir. Laçın-Xankəndi yolu açıq olsa da quldur dəstəsi saxta böhran görüntüsü yaratmaq, dünya ictimaiyyətini çaşdırmaq üçün sadə insanların o yoldan istifadə etməsinə imkan vermir.  Hazırda Vardanyan-Arutunyan cütlüyü onların qanunsuz əməlləri, terrorçu fəaliyyəti ilə razılaşmayan Xankəndi sakinlərinə təzyiq edir, hətta döydürüb işgəncə verirlər. Xankəndi sakinlərinin sosial şəbəkə hesabları da izlənilir, təftiş edilir. Bu yaxınlarda bir neçə Xankəndi sakini sosial şəbəkə profillərində Vardanyan-Arutunyan cütlüyünü ifşa etdi. Nəticədə onlardan bəziləri zorakılığa məruz qaldılar. Ekspertlər hesab edir  ki, Qarabağda ermənilər yaşayan ərazilər, Laçın-Xankəndi yolundakı etiraz aksiyası Azərbaycanın daxili məsələsidir. Ona görə də Vardanyan-Arutunyan cütlüyü və onların rəhbərlik etdiyi terrorçu ünsürlər Qarabağ bölgəsindən çıxarılmalıdırlar. Bundan imtina edən cinayətkarlar Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Qarabağdakı ermənilər isə Azərbaycan Konstitusiyası, qanunları çərçivəsində yaşaya bilərlər. Belə ermənilərin say artdığından onların separatçı rejim rəhbərliyinə təzyiqləri də çoxalır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:50
“Ar olsun!”, “Əllərin qana batıb!” - Baydenin üstünə süd paketi atdılar

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ