Cümə axşamı günü, 12 noyabr 2026
     

Sülh öhdəliklərini pozan Ermənistana yeni hərbi dərs verilə bilər

Image


Üçtərəfli bəyanata zidd olaraq hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayan və bölgə üçün təhdid yaratmaqda davam edən erməni silahlı birləşmələrinə qarşı Azərbaycanın hər an antiterror əməliyyatları keçirməsi istisnalıq təşkil etmir. Ölkəmiz ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanın yeni şıltaqlıqlarına səbr etmək niyyətində deyil. Bunun əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü digər öhdəliklərə də əməl etməməsidir.

Məsələyə nəzər salan Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirir ki, Ermənistanın hərəkətləri regionda barışa qarşı yönəlib. O qeyd edir ki, iki il əvvəl 10 noyabr üçtərəfli bəyanatı imzalanıb, İkinci Qarabağ müharibəsində Ermənistan de-fakto kapitulyasiya aktına imza atıb. Korotçenko xatırladıb ki, İrəvan öz üzərinə bu bəyanatla öhdəliklər götürüb: “Ancaq bu öhdəliklərin böyük əksəriyyətini Paşinyan hökuməti indiyə qədər yerinə yetirməyib. Situasiya bu gün necədir:

- Erməni qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun hərbçiləri Qarabağ ərazisində qalmağa davam edir;

- Zəngəzur dəhlizi açılmayıb, bundan başqa, az öncə baş tutan Soçi sammitində Paşinyan ümumiyyətlə bu öhdəliyi yerinə yetirməkdən imtina etdi;

- Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası İrəvan tərəfindən düşünülmüş surətdə gecikdirilir;

- Azad edilmiş ərazilərin mina xəritəsini Ermənistan Azərbaycana hələ də tam verməyib;

- Qarabağda erməni separatçı administrasiyanın qanunsuz fəaliyyəti davam edir. Bundan başqa, qondarma qurumu gücləndirmək üçün erməni diasporunun hamisi milyarder Ruben Vardanyan oyuna “dövlət naziri” kimi daxil edilir;

- Ermənistan daimi olaraq hərbi təxribat törədir və insident yaradır, Azərbaycan mövqelərinə atəş açır, Azərbaycan ərazilərinə mina döşəmək üçün diversiya qrupu göndərir;

- İrəvanın səyləri ilə regiona xarici oyunçular – Avropa İttifaqı (bədnam “müşahidəçi” missiya adı ilə), ATƏT, Fransa və ABŞ daxil edilir: onların məqsədi isə Cənubi Qafqazda destabilizasiyadır”. Rusiyanın “Kommersant” nəşri də yazır ki, belə vəziyyət regionda sülhə qarşıdır və Moskvanın da maraqları ilə ziddiyyət təşkil edir: “Oktyabrın 31-də Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev Soçidə görüşüb, noyabrın 7-də isə Vaşinqton danışıqların keçirildiyi məkana çevrilib. Amma bu dəfə xarici işlər nazirləri səviyyəsində. Növbəti sammitin Brüsseldə baş tutacağı gözlənilir. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqton görüşü simvolik tarixdə baş tutub. Ehtimal olunur ki, məhz 2020-ci il noyabrın 7-də Azərbaycan qoşunları Şuşada nəhayət möhkəmlənərək həmin müharibənin əsas məqsədinə nail olub.
Xarici işlər nazirləri potensial sülh sazişinin elementləri ilə bağlı fikir mübadiləsi aparıblar və hələ də həllini gözləyən bir sıra məsələlərin olduğunu bəyan ediblər, Ermənistan və Azərbaycanın diplomatik idarələri Vaşinqtonda keçirilən görüşdən sonra razılığa gəliblər. Oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilən görüşlərdə Ermənistan və Azərbaycan liderlərinin üzərinə götürdüyü öhdəliklər hər iki tərəf tərəfindən bir daha təsdiqlənib. Məlumata görə, nazirlər “danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş keçirmək” qərarına gəliblər. Eyni zamanda, Paşinyan və İlham Əliyev noyabrın sonuna qədər Brüsseldə yenidən görüşməlidir. İlham Əliyev dəfələrlə bildirib ki, siyasi iradə olarsa, bu ilin sonuna kimi sülh sazişi imzalana bilər. O, noyabrın 8-də Şuşada keçirilən hərbi paradda çıxış edərkən eyni fikri təkrarlayıb. Xatırladaq ki, sülh müqaviləsinin bağlanması mövzusu sonuncu dəfə oktyabrın 31-də Soçidə müzakirə olunub. Putin danışıqlardan sonra bildirib: “Görüş faydalı oldu və bu, vəziyyəti nizamlamaq yönündə gələcək addımlar üçün şərait yaradır”. Bundan əvvəl İlham Əliyev İrəvanla münasibətlərin tənzimlənməsi üçün beş prinsip irəli sürmüşdü: iki ölkənin suverenliyinin qarşılıqlı tanınması, ərazi iddialarının olmamasının təsdiqi, təhlükəsizliyə təhdidlərdən imtina, sərhədin demarkasiyası və nəqliyyat əlaqələrinin açılması. Eyni zamanda, Qərbin təklifləri arasında Qarabağın heç bir xüsusi status olmadan Azərbaycanın bir hissəsi kimi qeyd-şərtsiz tanınması da var. Rusiyanın təşəbbüsü status məsələsinin daha gec vaxta təxirə salınmasını ehtiva edir. Qərbin vasitəçilik səylərinin intensivləşməsi mediada Moskva və ilk növbədə Rusiya sülhməramlılarına qarşı tənqidlərin artması ilə eyni vaxta düşüb. Belə ki, “Caliber.az” məlumatlı mənbəyə istinadən qeyd edir ki, sülhməramlılar humanitar yardım adı altında Laçın dəhlizi ilə silahların ötürülməsində iştirak ediblər (Moskva bu xəbəri şərh etməyib). Qeyd edək ki, Soçidə keçirilən görüşdə bəyanat imzalanıb və orada bildirilir ki, tərəflər Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsini qeyd edərək, onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğunu vurğulayıb. Şuşada Qələbə günü münasibəti ilə çıxış edən Azərbaycan Prezidenti deyib: “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”. İlham Əliyev çıxışında təkcə Ermənistana deyil, son dövrlər İrəvanın yanında olan İrana da mesaj göndərib:
“Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu riyakarlıqdır, bu satqınlıqdır”. Azərbaycan Prezidenti açıq-aydın Paşinyanın bu yaxınlarda Tehrana səfərini xatırladıb, Ermənistanın baş naziri burada çox isti qarşılanıb. Bakı və Tehranın qarşılıqlı tələbləri Nikol Paşinyanın İran prezidenti İbrahim Rəisi ilə qucaqlaşmasından qat-qat dərindir. Təxminən bir həftə əvvəl Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən ekstremist qrupun həbs olunduğunu bildirib”. Bütün bunlar həm də onu göstərir ki, Ermənistanın İran faktoruna güvənib sülhə qarşı fəaliyyəti bu ölkəni yeni toqquşmaya sürükləyir. Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı bildirir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəksə, o zaman Azərbaycan yaxın perspektivdə İrəvanı buna məcbur edəcək: “İstər Qarabağın silahlılardan və silahlardan təmizləməsi, istər Laçın dəhlizinin bağlanması, istər Naxçıvanla əlaqənin yaradılması, istər təxribatlar törədilən tarixi torpaqlarımızda Azərbaycan əsgərinin yerləşdirilməsi məsələsində Azərbaycanın tərəddüd edəcəyini düşünənlər yanılır. Məğlub Ermənistanın şıltaqlıqlarını və rus sülhməramlılarının fəaliyyətsizliyini müşahidə etməyə artıq nə səbrimiz, nə də həvəsimiz qalıb. Azərbaycan düşmənin dizi üstündən qalxmasını, yenidən silahlanmasını və daha genişmiqyaslı təxribatlar törədəcəyini səbrlə gözləyə bilməz. Ya 10 noyabr tarixli bəyanat son nöqtə-vergülünədək yerinə yetiriləcək, ya da Ermənistanın və Qarabağ seperatçılarının başı əziləcək, düşmən daha ciddi ərazi, heyət və texnika itkilərinə məruz qalacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ