Cümə axşamı günü, 12 noyabr 2026
     

O gün olsun bu göy Bayraq Turan üstə açılsın…

Image


Bayraq - bir millətin, toplumun və yaxud bir dövlətin simgəsi olaraq istifadə edilən dövlət rəmzidir. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Qədim zamanlardan etibarən bayraqlar siyasi birliklərin, tayfaların və dövlətlərin tanınma nişanı və simvolu olaraq istifadə olunmuşdur. İlk zamanlarda dövlətin rəmzi sayılan bayraqlar metaldan, yaxud digər möhkəm materiallardan hazırlanırdı. Parça bayraqlardan geniş şəkildə istifadə isə orta əsrlər dövrünə təsadüf edir. 

XI əsr türk mütəfəkkiri Mahmud Kaşğarinin “Divani Lüğət-it-Türk” əsərində “batrak” şəklində yazılan “bayraq” sözü döyüşlərdə istifadə edilən ucuna ipək parça taxılmış nizə kimi izah edilir. Həmin əsərdə əks olunmuş bir mənzum parçada isə bu söz “bayraq” kimi işlənmiş və oğuz türkləri arasında belə tələffüz edildiyi yazılmışdır. Qədim uyğur mətnlərində də bayraq mənasını verən “badruk” sözünə rast gəlinir. İslamaqədərki dövrlərə aid olan bu tələffüz formaları bəzi dialektlərdə fərqli şəkildə ifadə olunsa da, oğuzlar arasında həmişə bayraq və ya bayrah formalarından istifadə edilmişdir.

Səlcuqlu və Xarəzmşahlar dövründə farsdilli ədəbiyyatda bayraq kəlməsinin “bayraq” və ya “bayrah” kimi ifadə olunması, bu sözün Səlcuqlar dövründə türk dilindən fars dilinə keçdiyini göstərir. Türk dilindən ərəb dilinə də keçən bayraq sözü ərəbcə bayrak, Balkanlarda Osmanlı hakimiyyəti dövründə bolqar dilinə bayraq, rumın dilinə isə bayraq (bairac) kimi daxil olmuşdur.

İslamiyyətdən əvvəl və sonrakı dövrlərdə mövcud olan türk dövlətləri və digər idarəçilik sistemlərində hökmdarın maddi və mənəvi hakimiyyət rəmzi olaraq istifadə olunan çətir, əsa, tamğa (damğa), tuğ kimi simvollar arasında xüsusi bir önəm daşıyan bayraq, eyni zamanda tayfa başçılarının, sərkərdələrin, ordunu təşkil edən müxtəlif hərbi bölüklərin, döyüş gəmilərinin, tacir cəmiyyətlərinin və müxtəlif təriqət mənsublu dini qurumlara məxsus fərqli rəng və formada da mövcud olmuşdur.

Zaman-zaman türk dövlətlərində üzərində müxtəlif simvolları ifadə edən fərqli formaya və rənglərə malik bayraqlardan istifadə olunmuşdur. Orta əsrlər dövrü şairi Əbülqasım Firdovsi özünün “Şahnamə” əsərində bir neçə yerdə “Turanlıların qurd başlı bayrağı”ndan bəhs etmişdir.

Azərbaycanın aparıcı dövlətlərindən biri olan Qaraqoyunlu dövlətinin bayraqları haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Ehtimal edilir ki, qaraqoyunluların bayraqlarında qaraqoyunlu tayfa birliyinin simvolu olaraq qara qoç təsviri vardır. Təxmin etmək olar ki, qaraqoyunluların bayrağında ağ parça üzərində qara qoç təsviri, hökmdarın adı və damğası (möhürü) həkk olunmuş təsvir vardır. Türk tarixçisi Fəxrəddin Kırzıoğlu hesab edir ki, qaraqoyunlular bayraqlarına qoç başı təsvirləri qoyaraq onqonlarının xatirəsini yaşatmışlar.

Mənbələrdə, Oğuzların Bayındır boyuna mənsub olan Azərbaycan Ağqoyunlu dövlətinin bayrağının ağ rəngdə olması və onların üzərində ağ qoç təsviri haqqında məlumatlara rast gəlinir. Həmçinin Ağqoyunlu dövlətində Bayındır damğası olan müxtəlif rəngli bayraqlardan da istifadə olunmuşdur. Topqapı Saray Muzeyindəki saxlanan bir bayrağın üzərində Həsən Bahadır adı əks olunmuşdur. Ağqoyunlu dövlətində zərb olunan sikkələrdə də Bayındır damğasından istifadə edilmişdir.

Azərbaycan Səfəvi dövlətinin bayraqları haqqında tarixi qaynaqlarda daha geniş məlumatlar verilir. Səfəvi ordusunun müxtəlif döyüş bayraqları olmuşdur, bu  döyüş bayraqlarının arasında “ya Əli, mədəd” yazılmış qəhvəyi haşiyəli üçbucaqlı ağ bayraq və qızılbaşlıq rəmzi olan qırmızı rəngli üçbucaqlı bayraq da yer almaqdadır. Şah İsmayılın şəxsi bayrağı çox böyük olub, ağ qumaşdan hazırlanmışdı və üzərində “Quran-i Kərim”in ayələri əks olunmuşdur. Səfəvi ordusunda qırmızı döyüş bayraqlarının olması faktını Xətayi “Divan”ındakı məlumatlar da təsdiq edir:

Qızıl ələm, qızıl bayraq, qızıl tac,

Geyinsə qazilər, ol gün həzərdir.

Bundan əlavə, qızılbaş ordusunda ay-ulduzlu bayraqlardan da istifadə olunurdu. Mənbələrdə Şah İsmayıl dövründə üzərində ay və günəş təsviri olan yaşıl bayraqların mövcud olduğu qeyd edilir.

"Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı tarixi qaynaqda Şah Xətainin ordusunun Bağdadı fəth etməsi belə təsvir edilmişdir: “Şah İsmayıl Ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdılar...”

Fransız səyyahı Jan Şardenin verdiyi məlumata görə, “Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanırdı. Onun üzərində “Quran-ı Kərim”dən ayələr, kəlimey-i şəhadət, Hz. Əlinin Zülfüqar qılıncı və “aslan və günəş” rəsmləri təsvir olunurdu”.

Azərbaycanda Əfşarlar sülaləsinin hakimiyyətinin ilk dövründə Nadir Şahın bayraqlarının hansı rəng və formada olduğu bəlli deyil. Lakin Adil Şah Əfşarın ordusuna məxsus ağ bayrağın Əfşar sülaləsinin rəsmi bayrağı olduğunu söyləmək mümkündür. Dövrün ədəbi əsərlərində verilən məlumatlardan bu qənaətə gəlinir ki, Səfəvi bayraqlarında olduğu kimi, Əfşar bayraqlarının ucunda metal aypara simvolları vardır.

Qacar türk sülaləsindən olan Ağa Məhəmməd Şahın əsasını qoyduğu Qacar Türk Xanədanlığında müxtəlif bayraqlardan istifadə olunmuşdur. Özlərini Səfəvi dövlətinin davamçısı sayan Qacarlar sülaləsi öz dövlət atributlarında səfəvilərin simvollarından istifadə edirdilər. Avropalı müəlliflərin məlumatlarından aydın olur ki, Fətəli şah dövründən etibarən zülfüqar qılıncı, aslan və günəş şəkilləri rəsmi simvol kimi istifadə edilmiş, Nəsirəddin şahın dövründə isə günəşin fonunda aslanın əlində zülfüqar qılıncı təsvir olunmuşdur. XIX əsrin əvvəllərinə aid Avropa təsvirlərində sarı fonda üçbucaq şəklində üzərində üç aypara olan Qacar bayrağına rast gəlinir.

1918-ci ildə türk – müsəlman dünyasında parlayan ilk milli dövlətçilik günəşi olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında tarixi qərar verməklə ilk milli dövlətçilik rəmzimizi dünyaya bəyan etdi. İlk olaraq Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Lakin uzun müddət siyasi proseslərin burulğanında mücadilə aparan Azərbaycan Cümhuriyyətinin mürəkkəb və gərgin tarixi şəraitinə baxmayaraq, Nazirlər Şurası 1918-ci il noyabr ayının 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edir.

Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentinin (Məclisi-Məbusanının) birinci iclasını açan Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə üçrəngli milli bayrağımıza xitabən, onun əbədi olaraq başlarımız üzərində yüksələcəyinə sonsuz inamını ifadə edərək demişdi: “Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful etməyəcəkdir..”.

Lakin çox təəssüf ki, sonrakı tarixi-siyasi proseslər Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa, üçrəngli milli bayrağımızın başlarımız üzərində əbədi dalğalanmasını təmin etməyə imkan vermədi. Xarici müdaxilə – Sovet Rusiyasının Azərbaycanı işğalı nəticəsində “İnsanlara hürriyyət, millətlərə istiqlal” amalı ilə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi...

1920-ci il aprelin 27-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunsa da Sovet hakimiyyəti dövründə Azərbaycan özünün dövlət atributlarını qoruyub saxlaya bilmiş, Sovet Rusiyasının atributlarına uyğunlaşdırılmış şəkildə olsa belə, Azərbaycan SSR-nin bayrağı İttifaq Respublikaları sırasında dalğalanmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı tarixi hadisələr və proseslər göstərdi ki, kommunist-sovet rejiminin hər cür təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqını müstəqillik, istiqlal idealları heç zaman tərk etməmişdir. Azərbaycan Xalq Cümhuriyyətini “milli sərvətimiz, tariximizin parlaq səhifəsi” kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə dediyi kimi, “Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi”.

Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il mayın 3-də azadlıqsevər xalqımızın qəlbinə endirilmiş müqəddəs istiqlal rəmzi – üçrəngli milli, dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də Azərbaycanın qədim diyarı Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı...

Az müddətdən sonra “Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı” (18 oktyabr 1991-ci il) ilə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini bərpa edərək milli dövlətçilik atributlarına sahib çıxdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. İndi dünyanın bir çox dövlətlərinin səmasında ölkəmizin səfirlikləri üzərində Azərbaycan bayrağı – müstəqilliyimizin müqəddəs rəmzi dalğalanır...

Allah Təala üçrəngli, ay-ulduzlu bayrağımızı daima yüksəklərdə dalğalandırsın. Azərbaycanın Türklük, Birlik, BÜTÖVLÜK arzularını görkəmli ədib, istiqlal mücahidi Cəfər Cabbarlının bu misraları ilə ifadə etmək yerinə düşərdi:

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Ürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bu göy bayraq Turan üstə açılsın.

Bayraq Günün mübarək olsun Can Azərbaycan!!!

Mübariz AĞALARLI
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ