Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiyadan Azərbaycana gələnlərin sayı və pul göndərişləri sürətlə artır

Image


Son dövrlərdə xeyli sayda rus, eləcə də Rusiyada yaşayan azərbaycanlıların Azərbaycana gəlişində dinamik artım qeydə alınır. Bunlar fonunda diqqət çəkən məqamlardan biri də odur ki, Rusiyadan Azərbaycana daimi əsasda yaşamaq üçün gələnlərin də sayında artım var. Onlar Rusiyada bütün əmlaklarını satıb Azərbaycana yerləşirlər.

Bu arada qeyd edək ki, Rusiya daşınmaz əmlak bazarında mənzillərin təcili satışı elanlarının sayı rekord həddə artıb. “ÜİAN” daşınmz əmlakın məlumat bazasına istinadən yayılan məlumatda deyilir ki, evlərini təcili satmağa və qiymətdə güzəştə getməyə hazır olanların sayı martın əvvəllərindən bəri 85 faiz artıb. Ev satışında ilk əhəmiyyətli artım mart ayında baş verib. 18 sentyabrdan başlanan ikinci dalğa isə hələ də davam edir. “ÜİAN” bazasının məlumatına görə təcili ev satışı elanlarının sayı 12.5 minə çatıb. Belə elanlar ən çox Krasnodar, Moskva vilayəti, Moskva və Sankt-Peterburq şəhərlərində verilib.

Evlərini mümkün qədər tez satmağa çalışanlar qiyməti bazar qiymətlərindən də aşağı salmağa hazırdır. Ölkə üzrə güzəştli qiymətlər 5.1 faiz təşkil edir. Ən güzəştli qiymətlər Mahaçqalada (13 faiz) və Vladivostokda (10 faiz) təklif olunur. Moskvalıların getdiyi maksimal güzəşt qiymətin 3.2 faizi qədərdir. “ÜİAN.Analitiki” saytının başçısı Aleksey Popov daşınmaz əmlak bazarındakı ajiotajı həm də miqrasiya prosesləri ilə əlaqələndirir. Belə ki, Rusiyanın Ukraynaya hücumundan sonra ölkəni tərk etmək istəyənlərin sayı kəskin artıb. Bunların bir qismi ölkəni antimüharibə mövqeyinə görə tərk etmək istəsə də, digərləri fərqli səbbələrə görə Rusiyadan getmək istəyir.  Rusiyalıların ölkədən kütləvi çıxışı iki dalğa ilə baş verib. Birinci dalğa Rusiyanın Ukraynaya hücumundan – fevralın 24-dən sonra başlanmışdı. İkinci dalğaya isə Vladimir Putinin sentyabrın 18-də imzaladığı qismən səfərbərlik fərmanı təkan verib. Ölkədən miqrasiyanın miqyası barədə dəqiq məlumatlar olmasa da, Rusiyanı birinci dalğada 300 min, ikinci dalğada isə 1 milyonadək rusilyalının tərk etdiyi təxmin edilir. Miqrantlar da Rusiyanı tərk etməyə başlayıblar. 2022-ci ilin səkkiz ayı ərzində Rusiyada Ermənistan, Qırğızıstan və Özbəkistandan gəlmiş miqrantların rekord sayda gedişi qeydə alınıb. Rusiyanın dövlət statistika idarəsi – “Rosstat”ın rəqəmlərini təhlil edən “Mojem obyasnit” saytı bildirir ki, rəsmi rəqəmlərə görə, 2022-ci ilin yanvarından avqustunadək Rusiyaya 444 min miqrant gəlib, amma ölkəni 506 min miqrant tərk edib. Beləliklə, Rusiyadan miqrant axını 62.5 min nəfərə çatıb. Ekspertlər deyir ki, belə bir hal hətta koronavirus pandemiyası dövründə də baş verməyib. Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsindən əvvəl bu ölkəyə daha çox miqrant gəlirdi. 2021-ci ilin nəticələrinə görə, Rusiyaya gələn ukraynalılar saylarına görə ikinci yerdə idilər. Həmin dövrdə Ukraynadan Rusiyaya 34,6 min nəfər gəlmişdi. Bu, yalnız Tacikistandan gələnlərdən (49,2 min nəfər) az idi. İndi isə, ekspertlərin dediyinə görə ukraynalılar da bütün başqa miqrantlar kimi Rusiyadan qaçırlar. Son 8 ayda Rusiyanı 8.5 min ukraynalı tərk edib. Rusiyadan gedənlərin arasında birincilik Ermənistan miqrantlarındadır. Bu ilin 8 ayında Rusiyanı 15,7 min erməni, 14 min qırğızıstanlı və 13,7 min özbəkistanlı tərk edib. Yalnız Tacikistandan Rusiyaya gələnlərin sayı gedənlərin sayından az olub. Bu da qeyd olunur ki, Rusiyadakı daxili iqtisadi vəziyyət və Ukraynaya qarşı müharibəyə görə taciklər indi iş yerlərini Rusiyada yox, başqa ölkələrdə, məsələn Qazaxıstanda axtarırlar. Onlar bildirirlər ki, miqrantların Qazaxıstanda qazancları Rusiyadakından az olsa da, burada özlərini daha təhlükəsiz hiss edirlər. Bununla belə, rəy sorğuları göstərir ki, rusiyalıların çoxu onlara verilən maaşın müqabilində taciklərin işini görmək istəmir. 2020-ci ildə koronavirus pandemiyasına görə Rusiyadakı miqrantların sayı yarıbayarı azalmışdı. Onda ölkədə 6,3 milyon miqrant qalırdı, halbuki, başqa vaxtlarda onların sayı 9-11 milyondan az olmurdu. Strateji Tədqiqatlar Mərkəzinin qiymətləndirməsinə görə, koronavirus pandemiyasına görə Rusiyadan miqrant axını şirkətlərin 40 faizində işçi qüvvəsinin çatışmamasına səbəb olub.

Hazırda Rusiyadan ciddi işçi qüvvəsi, sahibkar və ixtisaslı kadr axınının olduğu açıq-aydın görünür. “BCS Global Markets” təhlil şirkətinin məlumatına görə, ilin ilk 9 ayı ərzində fərdi vətəndaşlar Rusiyadan xaricə 14 milyard dollar vəsait göndəriblər. Bundan əlavə, 1000-dən çox xarici şirkət Qərbin misli görünməmiş sanksiyaları nəticəsində Rusiyada fəaliyyətini dayandırıb. 320 xarici şirkət Rusiyanı yerli-dibli tərk edib. Yüzlərlə Rusiya şirkəti də əlverişli iş şəraiti dalınca xaricə üz tutub. Ölkəni tərk edən rusiyalıların çoxu bu addımı siyasi deyil, iqtisadi səbəblərdən atıb. Başqa sözlə, onlar Kremlin  siyasətinə etiraz etmirlər, iş və təhlükəsizlik şərtlərinin pisləşməsinə görə Rusiyanı tərk edirlər. Çox sayda rusiyalının Qazaxıstan, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə kimi ölkələrə gəlməsi burada ev qiymətlərinin yüksəlməsinə və bəzi ərazilərdə gərginliyin artmasına səbəb olub. Buna baxmayaraq, bu ölkələrin miqrasiyadan xeyli iqtisadi gəlir əldə etdiyi bildirilir. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ötən ay 50 xarici şirkətin Rusiyadan bu ölkəyə köçdüyünü bildirib. Baş nazir Alixan Smayilovsa daha onlarla şirkətin Qazaxıstana köç etmək üçün danışıq apardığını deyib: “Bu, ölkəmizin iqtisadiyyatına ciddi dəstək olacaq”.Qazaxıstanda İnsan Resursları İnkişaf Mərkəzinin prezidenti Daulet Arqandıkov deyir ki, ümumi kapital dəyəri 27 milyard dollar olan bu cür şirkətlər artıq ölkədə çoxsaylı iş yeri yaradıblar. Qazaxıstanın Mərkəzi Bankının məlumatına görə, ölkə bankları da yaranmış vəziyyətdən faydalanır. Oktyabrın 10-dək Rusiya vətəndaşlarının Qazaxıstan banklarında açdığı depozit hesablarının ümumi həcmi 1,42 milyard dollar təşkil edib. Halbuki, iyunda Qazaxıstanda yaşayan bütün xarici vətəndaşların depozitlərinin ümumi həcmi cəmi 692 milyon dollar idi. 2022-ci ilin ilk üç rübü ərzində 100 mindən çox rusiyalı Ermənistana daxil olub. Bu müddət ərzində Rusiya kapitallı 300-dək iri və 2500-dək kiçik şirkət Ermənistanda qeydiyyatdan keçib. İlin ilk yarısında Rusiyadan Ermənistana pul transferləri 1,1 milyard dollar təşkil edib. Gürcüstan da rusiyalıların güclü axınından iqtisadi mənfəət götürən ölkələrdəndir. Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze 2022-ci ilin ilk 10 ayı ərzində Rusiyadan Gürcüstana köçürülən pulun 1,135 milyard dollara çatdığını bildirib. Bu 2021-ci ilin eyni dövründən dörd dəfə çoxdur. Bu ilin mart və iyun ayları arasında Rusiya vətəndaşları Gürcüstanda 6 min 419 şirkət qeydiyyatdan keçiriblər. O da bəllidir ki, Türkiyə Rusiyaya sanksiya tətbiq etməyən yeganə NATO ölkəsidir. İyunda Türkiyənin Rusiyaya ixracatı ötən ildəkinə nisbətən 46% artaraq 791 milyon dollar təşkil edib. Rusiyalılar Türkiyədə daşınmaz əmlakın aparıcı xarici müştərilərinə çevrilib. Türkiyə statistika qurumu təkcə avqustda rusiyalıların orta hesabla gündə 34 mənzil aldıqlarını bildirib. Rusiya prezidenti Vladimir Putinin səfərbərlik elanından sonra isə tələb daha da artıb. Türkiyə qanununa görə, azı 75 min dollarlıq daşınmaz əmlak alan əcnəbilər daimi sakin statusu üçün müraciət edə bilərlər.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ