Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Rasim Bayramov - əslən şuşalı həmkarımızın xatirələri... - MÜSAHİBƏ

Image


“Bir təsəllidir ki, 28 ildən sonra doğma kəndimi, uzaqdan da olsa, görə bildim...”

Azərbaycanın Zəfər dastanını yaradanlardan biri də Respublikanın Əməkdar jurnalisti,  Media Təhlil Mərkəzinin əməkdaşı Rasim Bayramovdur. Əslən Qarabağdan, Şuşanın Malıbəyli kəndindən olan Rasim Bayramov həmişə uşaqlığında qaçqın-köçkün düşdüyü yerlərə qayıtmaq istəyi ilə yaşayıb. Nəhayət gün gəlib, Rasim bir zabit kimi vətənin müdafiəsinə yollanıb.

“Bakı-Xəbər”in qazi jurnalistlərlə bağlı layihəsinin budəfəki qonağı Rasim Bayramovdur. Onunla iki il bundan əvvələ, Vətən müharibəsinə qayıdıb döyüş kitabını vərəqləyəcəyik.

- Bir jurnalistin döyüşçüyə çevrilməsi çətin olmadı ki?

- Əslində, Vətən müharibəsində istər jurnalistlərin, istərsə də digər peşə sahiblərinin ixtisaslarını atıb döyüşçüyə çevrilməsi, məncə, elə də çətin olmadı. O mənada ki, məşhur rus şairi Vasili Lebedev-Kumaçın “Müqəddəs müharibə” adlı bir şeiri var. Sovet himninin bəstəkarı Aleksandr Aleksandrovun Kumaçın eyni adlı şeirinə bəstələdiyi vətənpərvərlik mahnısında deyildiyi kimi, biz müqəddəs müharibəyə qatılırdıq. Bu müharibənin müqəddəsliyini şərtləndirən səbəb Vətən torpaqlarının işğaldan azad edilməsi  və  Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Xalqın 30 il içində yığışıb qalan qəzəb vulkanı püskürürdü. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu prosesə hansısa formada öz töhfəsini verməyə çalışırdı. İstər döyüşə qatılmaqla, istərsə də digər şəkildə bu prosesə töhfə verirdilər. Mənim də qismətimə döyüşə qatılmaqla bu prosesə öz töhfəmi vermək düşdü. Bu mənada, jurnalistdən döyüşçüyə çevirilmək elə də çətin olmadı. Əslində, müharibəyə qatılmaqda, döyüşçü kimi iştirak etməkdə məqsədim Vətən torpaqlarının işğaldan azad edilməsində iştirak etmək olsa da, digər səbəblərim də vardı.

- Nələri nəzərdə tutursan?

- Bilirsən ki, mən Şuşa rayonunun Malıbəyli kəndindənəm. Kəndimiz işğal olunub. Təbii ki, bu işğala son qoymaq ən böyük arzularımdan biri idi.  Ən əsas səbəblərdən də biri o idi ki, mənim babalarımdan biri Şuşa işğal olunanda şəhəri tərk etməkdən imtina edib və axıra qədər ov tüfəngi ilə müdafiə olunub. Amma təəssüf ki, onun sonrakı taleyindən bizim xəbərimiz olmadı. Babamın qisasını almaq da həmişə ən böyük arzularımdan biri olub. Bütün bu amilləri, sadaladıqlarımı bir yerə yığanda, təbii ki, jurnalistdən döyüşçüyə çevrilməyin çətin olmadığını aydın təsəvvür etmək olar. Allaha şükürlər olsun ki, bu müqəddəs savaşda iştirak etməyimə, yəni arzuma çatmağıma imkan verdi, yol açdı.

- Döyüş yolun haralardan keçdi?

- Mən Şuşa hərbi komissarlığından çağırılmışam. Çağırılandan sonra Ağcabədidə yerləşən N saylı hərbi hissəyə getdik. Ora toplanış məntəqəsi idi və toplanışdan sonra şəxsi heyət müxtəlif istiqamətlərdə bölünürdü. Bölünmə prosesində Qubadlı rayonuna getdim. Əsas döyüşlərimiz də Qubadlıda baş verdi. Döyüşümüzün əsas hissəsi Bərgüşad çayının sağ sahilində özünü göstərdi. Ona kimi Qubadlının girişində, “Körpü” deyilən yerdə də möhkəm döyüş olmuşdu. Amma ən çox Bərgüşad çayının sağ sahilindən düz Ermənistan sərhədinə, yəni Gorus-Qafana qədər olan ərazidə  çox güclü döyüşümüz olub. Qubadlı ilə Laçın arasında Günbəztəpə və Qurbantəpə deyilən yer vardı, ermənilər orada məskunlaşmışdılar. Həm oranın müdafiəsini təşkil etmək, həm də oradakı erməniləri zərərsizləşdirmək, neytrallaşdırmaq lazım idi. Bizim əsas döyüş tapşırıqlarımız bundan ibarət idi. Döyüşün ən vacib tapşırıqlarından biri də Ermənistan ərazisindən (söhbət konkret olaraq Gorusdan, Qafandan gedir) Qubadlıya əlavə  hərbi qüvvələrin gəlişinin qarışısını almaq idi. Qubadlı dağlarında buna görə uzun bir məsafədə biz həm də müdafiə mövqeyində dururduq. Bir neçə gündən sonra hərbi hissə komandiri belə qərara gəldi ki, biz Laçınla Qubadlı arasında yerləşən ərazini erməni silahlılarından təmizləməliyik. Hərbi hissə komandirinin göstərişi ilə üç qrup yaradıldı və o qruplardan da birinin rəhbəri mən idim. Lazımı təchizatlarla təmin olunduq və səhərisi gün hücuma keçməyə hazırlaşırdıq. Gecə saat təxminən 2 idi. Tabeliyimdə olan şəxsi heyətə istirahət vermişdim. Sonra qəfil xəbər yayıldı ki, müharibə dayandı, Ermənistan kapitulyasiya aktı imzaladı. Allahın qisməti belə gətirdi ki, həmin o Günbəztəpə, Qurbantəpə deyilən yeri biz döyüşlə yox, döyüşsüz ala bildik.

- Müharibə qan-qada, faciə deməkdir, hər şəhid bir qəhrəmandır, hər qazi bir tarixdir. Bir qazi kimi cəmiyyətin, dövlətin münasibətindən razısanmı?

- Qeyd etdiyim kimi, bu müharibə müqəddəs müharibə idi. Ona görə də, belə deyək, müharibəyə gedəndə nə dövlətdən, nə də cəmiyyətdən heç nə ummurduq. Amma hələ müharibəyə getməmişdən əvvəl hərbi komissarlıqdan tutmuş lap müharibənin özünə kimi Azərbaycan cəmiyyətinin vahid yumruq olmağı, orduya münasibəti adamı sözün əsl mənasında heyran etdi. Görüklərimi deyirəm, dərzidən tutmuş restoran sahibinə kimi hamı hər formada orduya kömək etməyə çalışırdı. Həmin o  dövrdə Azərbaycan cəmiyyətinin hərbçilərə münasibəti daha müsbətə doğru dəyişdi.

- Nə mənada?

- Hərbçilərə mübasibət başqa cür oldu. İnsanlar hərbçilərə ən müqəddəs adamlar kimi baxırdılar. Hərbçiləri görəndə elə bil ən müqəddəs bir adamı, doğmalarını görürlər. Nə yaxşı ki, bu münasibət  davam edir, getdikcə də möhkəmlənir. Azərbaycan ordusunun güclənməsi, daha böyük nüfuz sahibinə çevrilməsi baxımından cəmiyyətin bu münasibəti müstəsna əhəmiyyət kəsb edir. Ordu hiss edir ki, xalq onun arxasındadır, cəmiyyət onu dəstəkləyir, onu ən əziz təbəqəsi kimi görür. Təbii ki, belə münasibət görən ordu yenilməzdir, hər şeyə qadirdir. Necə ki, Vətən müharibəsindən sonrakı proseslərdə də Azərbaycan ordusu Ermənistana artıqlaması ilə dərslər verir, ondan dəfələrlə güclü olduğunu sübut edir. Bu ordu bilir ki, dövləti, xalqı onun arxasındadır, hər cür dəstək verir. Konkret bizim özümüzə gəlincə, təbii ki, biz müharibəyə nəyinsə xatirinə getməmişik. Söhbət Vətən torpaqlarının müdafiəsindən gedirsə və biz də o prosesdə iştirak etmişiksə, bu o deməkdir ki, biz ən böyük qiyməti alımışıq. Cəmiyyətin münasibəti yüksəkdir, dövlət də bacardıqlarını edir...

- Əsgərlərimizin qəhrəmanlığını ifadə etmək üçün bəlkə də kitablar bəs etməz, elə döyüş  yoldaşların oldumu ki, gözlərinin önündə şəhidlik zirvəsinə ucaldı? Onlar haqda nə deyərdin? Onların qəhrəmanlığını necə təsvir edərdin?

- Çox təəssüf ki, müharibə qan-qadasız, itkisiz olmur. Bu müharibədə də şəhidlərimiz oldu. Allah hər birinə rəhmət eləsin. Konkret mənə gəlincə, mən 704 saylı hərbi hissənin 2-ci taborunda xidmət edirdim. Ağrılı da olsa, burada da şəhidlərimiz oldu. Amma burada bir məsələni xüsusi diqqətə çatdırmaq lazım gəlir. Bu müharibədə komandir və  əsgər heyəti bir-birindən ayrılmadı, onlar arasında komandir-əsgər mübasibəti yox, döyüş yoldaşı münasibəti oldu. Qardaş oldular. Belə bir deyim də var: orduda xidmət edəndə dost qazanırsan, döyüşdə iştirak edəndə qardaş qazanırsan. Bu döyüşdə iştirak edənlər hamısı bir-biri ilə qardaş idi. Bura əsgər və komandir heyəti də daxildir. Bizim taborun komandirləri İqbal Bayramov, Vüqar Ağayev şəhid oldular. Əsgərlərimizdən Röyal Məmmədov şəhidlik zirvəsinə ucaldı.  Hətta hərbi hissə komandiri, korpus komandiri belə əsgər heyəti ilə birgə döyüşə qatılırdı. Çünki hamının amalı bir idi - Vətən topaqlarının işğaldan azad olunması. 44 günlük müharibə digər müharibələrdən o mənada fərqləndi ki, rütbəsindən, vəzifəsindən asılı olmayaraq hamı bir nəfər kimi bu müqəddəs vəzifənin yerinə yetirilməsində iştirak etdi. Şəhidlərimizin olması bizi ağrıdır, amma onlar müqəddəs şəhidlik zirvəsindədirlər. Ən əsası odur ki, onların xatirəsi istər döyüş yoldaşlarının, istərsə də xalqımızın qəlbində yaşayır. Şəhidləri yad etmək üçün bizim tabordan heyətimiz yığışıb ziyarətə gedir.

- Yenə müharibə olarsa getməyə hazırsanmı?

- Səməd Vurğunun şeirində deyildiyi kimi;

Bilsin ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən də bu gündən!

Böyük şairimizin sözü olmasın, biz hər zaman müsəlləh əsgərik. Nə vaxt əmr verilsə getməyə də, döyüşməyə də hazırıq. Çünki Vətən bizimdir, bizə əmanətdir, bizdən sonra da övladlarımıza əmanətdir. Vətən uğrunda ölməyə də, öldürməyə də hər zaman hazır olmalısan...

- Müharibədə yaşadıqlarının təsirindən xilas olmaq asan oldu?

- Müharibədə yaşananları nə haçansa unutmaq, nə də onun təsirindən çıxmaq mümkündür. Kimsə deyə bilər ki, bunu unutmaq olar, yaxud unutdum, inanma. Çünki müharibədə hər saniyə baş verənlərin insan həyatında, psixologiyasında mütləq təsiri olur, hansısa formada özünü göstərir. 

- Hansı təltiflərə layiq görülmüsən?

- Dediyim kimi, bizim döyüş yolumuz əsasən Qubadlıdan düşdü. Cəbrayılda az oldu. Buna görə də cənab Prezidentin sərəncamı ilə “Qubadlının azad olunmasına görə”,  “Vətən müharibəsi iştirakçı” medilları ilə təltif olunmuşuq. Biz Qubadlıdan sonra Şuşaya gedəndə əsas missiyamız Şuşanın müdafiəsini təşkil etməklə bağlı oldu. Təxminən bir aydan çox Şuşada, Şuşa ətrafında olduq.

- Bilirəm ki, müharibəyə gedəndə ən böyük arzularından biri doğulduğun Malıbəyli kəndini azad etmək olub. Hələlik, məlum səbəblərdən bu mümkün olmayıb. Şuşa ətrafında olarkən Malıbəyliyə tərəf boylananda hansı hisslər keçirirdin?

- Təbii ki, Şuşaya gedəndə ən böyük arzum kəndimizi - Malıbəylini görmək idi. Məlum səbəblərdən Malıbəylinin düşmən işğalından azad edilməsi mümkün olmadı, amma azad olunacağı gün uzaqda deyil. Amma Şuşa ətrafında olarkən təxminən 2-3 kilometr məsafədə - Malıbəylinin yaxınlığında olmuşam. Orada “Arsenal” deyilən böyük bir yer vardı, ermənilərin hərbi, silah-sursat bazası idi. O bizim ordumuzun nəzarətində idi. Şuşikənd deyilən bir kənd də var ki, Sovet dövründə Əsgəran rayonuna daxil olub. Mən həmin kənddə doğulmuşam, sonra Malıbəyliyə köçmüşük. Həmin “Arsenal” da doğulduğum kəndin düz yuxarısında yerləşir. Mən həm Şuşikəndi gördüm, həm də yaşadığım Malıbəylidən 2-3 kilometr aralıda idim. Oradan Malıbəyliyə baxırdım. Təəssüf ki, məlum səbəblərə görə ora gedə bilmirdik. Amma kəndin yaxınlığında idik.  Ürəyimdən keçirdi ki, gedib evimizi görüm, amma alınmadı. Lakin bir təsəllidir ki, 28 ildən sonra doğma kəndimi, uzaqdan da olsa, görə bildim. Müharibədə gördüklərim də, başqa hadisələr də göstərir ki, Malıbəyli də bizim nəzarətimizə keçəcək və o kəndin də öz doğma sakinlərinin ixtiyarına veriləcəyi gün uzaqda deyil.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ