Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan KTMT-ni tərk edir, Kreml İrəvanı cəzalandırmaq hazırlığında...

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında baş verən proseslər getdikcə daha çox diqqət cəlb edir. Bir sıra ekspertlər hesab edir ki, indiki gedişlə  KTMT dağıla və ya ən azı bəzi üzvlər qurumu tərk edə bilər.

Ekspertlər xatırladır ki, Moskvanın rəhbərliyi ilə qurulmuş, altı dövlətin qoşulduğu KTMT ilin əvvəlində prezident Qasım-Jomart Tokayevin xahişi və yenə Rusiyanın rəhbərliyi ilə Qazaxıstana daxil olub 200 nəfərin öldüyü siyasi etirazları yatırmağa kömək etdi. Bu, KTMT tarixində kollektiv müdafiə mexanizminin reallıqda ilk tətbiqi idi. Bunun ardınca blokun növbəti dəfə hara müdaxilə edəcəyi barədə suallar yaranmağa başladı. Bu hadisələrin üstündən bir il keçməmiş bir zamanlar NATO-ya cavab olaraq yaradılmış, Avrasiya birliyi kimi təqdim olunan blok ən çətin dövrlərindən biri ilə üz-üzədir. Kremlin blokdakı beş tərəfdaşından yalnız Belarus Rusiyanın Ukraynaya hücumuna dəstək verib. Bunun ardınca Qərb Minskə də sanksiyalar tətbiq edib. KTMT-nin Rusiyadan ən çox asılı iki ölkəsi olan  Ermənistan və Qırğızıstan üzləşdikləri sərhəd toqquşmaları zamanı birliyin onları dəstəkləməməsindən çox qəzəblidir. Ötən həftə Qırğızıstan öz ərazisində keçirilməli olan KTMT təlimlərini qəfildən ləğv edib. “Sarsılmaz qardaşlıq” adlı təlimlər oktyabrın 10-14-də keçirilməli idi. Qeyd edək ki, ötən ay Qırğızıstanla qonşu Tacikistan arasında sərhəd toqquşmasında 100-dək insan həyatını itirib. Bişkekin əsas xəbər agentliklərindən biri Düşənbənin hərəkətini “istila” adlandırıb.
Qırğız sosial mediasında bu sərhəd toqquşmalarına görə Moskvanı günahlandıranlar da az deyil. Tacikistan prezidenti Emomali Rahmon oktyabrın 4-ü, özünün 70 yaşının tamam olduğu gün Rusiya dövlət başçısı Vladimir Putindən “regional sabitlik və təhlükəsizliyi təmin etməyə görə” mükafat alıb. Qırğızıstan Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü Çingiz Kustebayev “Facebook”da paylaşdığı postda Rahmonun ötən il də sərhəddə qırğız əhalinin itkilər verməsi ilə nəticələnmiş toqquşmadan sonra Putindən mükafat aldığına diqqət çəkib. Bişkekdəki ATƏT Akademiyasının tədqiqatçısı Ayjan Şarşenova qeyd edir ki, Putinin Rahmona verdiyi son mükafat bir çox qırğızlarda Kremlin münaqişədə tərəf tutması təsəvvürü yaradır. Baş nazirin müavini Edil Baysalovsa deyib ki, qırğız ictimaiyyəti Qırğızıstan torpağında tacik qoşunları ilə hərbi təlimləri qəbul etməzdi. Bununla yanaşı, Baysalov Qırğızıstanın KTMT-dəki üzvlüyünün tamamilə sarsılmaz olduğunu da qeyd edib. Birliyin tezliklə üzvlərini itirəcəyi haqda söhbətlərdə əsasən Ermənistan və Qazaxıstanın da adları çəkilir. Astana yanvarda KTMT-nin birbaşa dəstəyindən yararlansa da, Ukraynada baş verənləri xüsusi həyəcanla izləyir. Bəzi  rusiyalı siyasətçilərin səsləndirdiyi hədələr Rusiya ilə 7644 kilometrlik sərhədi olan bu ölkənin təhlükəsizliklə bağlı əndişəsini daha da artırıb. Onlar Qazaxıstanın bu müharibədə neytral mövqe sərgiləməsinə qəzəblərini gizlətmirlər. Astana hətta Moskvanın hərbi səfərbərlik elanının ardınca Rusiya sərhədi yaxınlığında öz hərbi təlimlərini keçirdi. Ancaq Qazaxıstan rəsmiləri də  blokda qalmaq niyyətlərini təsdiqləyiblər. Müdafiə naziri Ruslan Jaksılıkov  KTMT-də böhranın olması haqda deyilənləri təkzib edib. KTMT-dən narazı qalmağa ən çox səbəbi olansa Ermənistanın baş naziri Nikol Paşinyandır. Ermənistan ötən ay Azərbaycanla sərhəd toqquşması zamanı KTMT-ni yardıma çağırsa da, blok bölgəyə fakt araşdırıcı missiya göndərməklə kifayətlənib. Bundan sonra Paşinyan ittifaqın içərisindən qəzəbli kütlənin təzyiqi altında bloku tərk etmək ehtimalı haqda suallar alıb. Erməni təhlükəsizlik təhlilçisi Leonid Nersisyan bildirir ki, İrəvanın belə bir qərarın mənfi nəticələrini balanslaşdırmaq üçün real alternativ olmadan Moskvanın təhlükəsizlik çətirindən imtina etməsi qorxulu haldır. O deyib ki, Rusiyanın özünün də bu hərəkətə görə Ermənistandan qisas alması istisna olunmur: “Rusiya Ermənistana kömək etmir. Ancaq İrəvan KTMT-ni tərk edərsə, Rusiya ona çox ziyan vura bilər”. Rus ekspert Stanislav Pritçin qeyd edir ki, Ermənistanın Rusiyaya qarşı münasibətinin dəyişməsi kifayət qədər sistemli prosesdir: “Buna Azərbaycan-Ermənistan sərhədində vəziyyətin növbəti gərginləşməsi zamanı nə Rusiya, nə də KTMT-nin Ermənistana dəstək verməməsi səbəb olub”. O qeyd edir ki, Ermənistan KTMT-nin zəmanətinə ümid edirdi: “Lakin gözləntiləri özünü doğrultmayandan sonra o, digər qarşılıqlı fəaliyyət formatları axtarmağa başlayıb və hətta bundan əvvəl Avropa İttifaqı və ABŞ-la danışıqların gedişatını dəstəkləyib. Ermənistan Azərbaycanla danışıqlar prosesinin konfiqurasiyasını dəyişməklə üzərinə götürdüyü öhdəliklərlə razılaşmamağa imkan verən yeni variant axtarmağa çalışır”. Bu fonda Qərbdən dəstək ala bilmək üçün Ermənistanın KTMT-ni tərk etməsi proqnozlaşdırılır. Ermənistanın “Qraparak” nəşri yazır ki, KTMT indi İrəvanı özünün ən zəif halqası hesab edir: “Ermənistan KTMT-nin qəbirqazanı rolunu öz üzərinə götürüb, onun əsas benefisiarı olan Rusiya Federasiyasına Ermənistanın özü üçün fərqli təhlükəsizlik sistemi seçdiyini deyir. Əvvəlcə Təhlükəsizlik Şurasının katibi, sonra Paşinyan, indi isə parlamentin sədri Alen Simonyan Ermənistanın KTMT-dən dərin məyus olmasından danışırlar. Simonyan Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə bəyan edib ki, KTMT son toqquşmaya qeyri-operativ və səmərəsiz reaksiya verib. Simonyan əlavə edib ki, Ermənistanın uzunmüddətli təhlükəsizlik həlləri üçün vaxtı yoxdur, çünki KTMT onların təhlükəsizliyini təmin edə bilmir. Lakin belə təhdidlər təkcə gülməli deyil, həm də komikdir. Ukrayna 8 ildən artıqdır ki, NATO-ya üzv olmaq istəyir, deyəsən o ittifaqda hamı Ukraynanın üzvlüyünün tərəfdarıdır, amma bunu qəbul etmirlər. Bu yaxınlarda Ukrayna prezidenti Zelenski sürətləndirilmiş prosedurla NATO-ya üzv olmaq təklifi ilə çıxış etdi, lakin onlar quru cavab verdilər ki, biz Ukraynanın üzvlüyünə qarşı deyilik, sadəcə olaraq, indi bunun vaxtı deyil, qoy müharibə bitsin, biz qəbul edəcəyik. İndi Ermənistan rəsmiləri Moskvaya gedib, Rusiya hakimiyyətini hədələyir ki, vaxtımız yoxdur, tez qərar verməliyik.
Rusiyada digər ölkələrdən də daha çox bilirlər ki, KTMT deyə bir şey yoxdur. Tacikistan və Qırğızıstan bunu Rusiya və Ermənistandan yaxşı bilir. KTMT-yə üzv olan 6 ölkə arasında Rusiya səkkiz il yarımdır ki, Ukrayna ilə gizli və ya açıq müharibə aparır. Bu müddət ərzində Rusiya alyansın digər üzvlərindən nə mənəvi, nə də hərbi dəstək alıb, Belarusun Rusiya ordusuna öz ərazisindən Ukraynanın işğalı üçün istifadəsinə icazə verməsi istisnadır. Lakin Rusiya müttəfiqlərindən heç bir yardım almadığından şikayətlənmir. İndi keçək əsas məsələyə. Rusiya KTMT-ni öz cənub-şərq sərhədlərini Əfqanıstan və Çindən Tacikistan, Qırğızıstan və Qazaxıstan vasitəsilə qorumaq, Əfqanıstan və Çin arasında bufer rolunu oynamaq üçün yaratdı. Həmin ölkələr də KTMT-yə ona görə qoşuldular ki, Rusiya onları əfqanlardan qorusun, Çinin təsirinə qarşı dayanmağa kömək etsin. Rusiya yaxşı və ya pis bunu edir. Rusiya olmasaydı, “Taliban” çoxdan Tacikistana və bəlkə də digər Orta Asiya ölkələrinə girəcəkdi. Rusiya iqtisadi, təhsil və hərbi sahələrdə artan Çin təsirini tarazlayır. Ermənistanda da vəziyyət eynidir. Ermənistanın Türkiyədən qorunmaq üçün KTMT-yə ehtiyacı var. Alen Simonyan Moskvada deyəndə ki, bizim başqa təhlükəsizlik həll yollarımız var, əslində deyir ki, bizim Qərbdən zəmanətlərimiz var, Türkiyə artıq bizim üçün təhlükə deyil, siz bizi Türkiyədən qoruya bilməzsiniz”. Hesab edilir ki, bu gedişlə Ermənistan KTMT-ni tərk etməyə hazırlaşır və hətta erməni mediası bu prosesin gələn il reallaşağacağını istisna etmir. Rusiyanın  buna sakit yanaşacağı isə heç də ağlabatan deyil.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ