Cümə axşamı günü, 12 noyabr 2026
     

Hədəf “Azərbaycan” qəzeti yox, qəzetin rəhbərliyi və yaradıcılıq üslubudur...

Image


Məlum olduğu kimi, “Azərbaycan” qəzetində  Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 19-cu ildönümü ilə bağlı müxtəlif millət vəkillərinin, dövlət adamlarının imzası ilə yazılar dərc olunub. Sözügedən məqalələrlə bağlı Konkret.az-ın Analitik qrupu araşdırma aparıb və bu yazıların əksəriyyətinin müxtəlif  media orqanlarından “copy paste” olduğunu müəyyən edib.

Sözügedən saytın əməkdaşı apardığı  təhlildən sonra fikrini  “Azərbaycan dövlətinə belə qəzet lazımdırmı” sualı ilə tamamlayıb. Doğrudan da, müəllif o qədər tutarlı faktlar gətirir ki, bununla mübahisə etmək mümkünsüzdür. Yolverilməz bir haldır ki, söhbət Prezident movzusu olanda onun fəaliyyəti ilə bağlı yazılar “copy paste” edilib qəzetdən-qəzetə, saytdan-sayta yol açır. Bütün hallarda bu, xoş bir görüntü deyil. Çünki Prezidentin fəaliyyəti o qədər çoxşaxəlidir ki, hər dəfə yeni mövzu üçün ideya tapmaq mümkündür. Amma təəssüf ki, belə bir üsul seçilib. Ancaq “Azərbaycan” qəzeti dövlət qəzeti olaraq böyük ənənələrə malik olan bir qəzetdir. Bu sual “Azərbaycan dövlətinə belə qəzet lazımdırmı” kimi yox, “Azərbaycan” qəzetinə belə baş redaktor lazımdırmı” kimi qoyulsaydı, onu başa düşmək olardı. Amma bütünlüklə “Azərbaycan” qəzetinin inkar olunması məsələsini bir qədər başa düşmək olmur. “Azərbaycan” qəzetinin dövlət qəzeti olaraq böyük ənənəsi var. Əgər səhvlər varsa, bu qəzetin özünün təbiətindən gəlmir ki... Bu onu idarə edənlərin səhvidir. İdarə edənləri dəyişməklə bunları aradan qaldırmaq olar. Ona görə də “Azərbaycan” qəzetinin şanlı dövlətçilik ənənələrini qoruyub saxlamaq şərtilə  yerdə qalan məsələləri həll etmək olar.  Qəzetin baş redaktorunun, qəzetin başında duranların səhv buraxması hələ qəzetin səhv olması demək deyil.  Qəzeti inkar etmək ayrı şeydir, redaktoru inkar və təftiş etmək ayrı şeydir. Bunlar bir-birindən fərqlidir. Bu səhvlər heç də böyük dövlətçilik ənənələri olan “Azərbaycan” qəzetinin gözdən salınmasına yol aça bilməz. Amma o yazını yazan da çox böyük faktlara söykənib, çox düzgün yazıb, yazını inandırıcı  işləyib, yaxşı yazıdır. Bunlar öz yerində. Sadəcə olaraq, qəzeti idarə edən şəxslərin səhvlərini bütün qəzeti vurmaq üçün bir əsasa çevirmək olmaz.  Qəzet şanlı dövlətçilik ənənələrinə malikdir, yaşamalıdır, fəaliyyətini davam etdirməlidir. Baş redaktorun buraxdığı səhvə görə müvafiq qərarın verilməsi bəlli orqanların işidir. Amma”Azərbaycan” qəzeti başqa məsələdir, baş redaktorun, onun başında duran şəxslərin buraxdığı səhvlər tamam başqa  şeydir. Bunları eyniləşdirmək olmaz.  

  • “Hansısa redaktorun, jurnalistin səhvinə görə bu cür ənənəsi olan qəzeti bağlamaq olmaz”

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, sözügedən araşdırma ilə tanışdır və onu çox böyük təəssüf hissilə oxuyub. A.Həsrət qeyd etdi ki, mötəbər bir nəşrdə bu cür yanlışlıqların baş verməsi narahatlıq doğurur: “Əlbəttə, üzücü bir olaydı. O araşdırmanı mən də oxudum və çox təəssüfləndim ki, həqiqətən də Cumhuriyyətimizin yadigarı olan “Azərbaycan” qəzetində belə bir səhvə yol verilib. Təbiidir ki, burda Cumhuriyyətimizin yaşıdı olan “Azərbaycan” qəzetinin özünü hədəfə almaq düzgün deyil, yaxud “dövlətə belə bir qəzet lazımdırmı”, “onu bağlamaq lazımdırmı”, “Milli Məclisin niyə qəzeti olmalıdır” kimi suallar qoyulmamalıdır. “Azərbaycan” qəzeti əlbəttə lazımdır, əlbəttə yaşamalıdır, əlbəttə Milli Məclisin orqanı olaraq fəaliyyətini davam etdirməlidir. Bu birmənalıdır. Hansısa redaktorun, jurnalistin səhvinə görə götürüb bu cür ənənəsi olan qəzeti bağlamaq olmaz”.

A.Həsrətin sözlərinə görə, burada problem başqadır və bu problem də birbaşa “Azərbaycan” qəzeti ilə bağlı deyil. A.Həsrətin qeyd etdiyinə görə, parlamentdə oturan əksər deputatlar yazı yaza bilmir. “Şəxsən məndə məlumat var ki, hətta bir çox deputatlar qəzetlərə, saytlara verdikləri açıqlamaları belə yazdırırlar. Bu bilirsiz nə deməkdir? O deməkdir ki, adamların, deputatların böyük əksəriyyəti normal yazı belə yaza bilmirlər. Normal yazı yaza bilməyən adamlar parlamentdə niyə hələ də otururlar? Sual budur. İndi qəzetə məqalələr hardansa gəlib, onlar da baxıb görüblər ki, filan deputatın məqaləsidir, götürüb veriblər. Ağıllarına gəlməyib ki, bu deputat bunu hardansa

köçürər, yaxud da köçürtdürər. Problem ondadır. İstəyirəm, mənim özümün də başıma gələn bir olayı sizə danışım. İllər öncə ABŞ-da insan haqlarının durumu ilə bağlı dinləmələrə dəvət edilmişdik. Səfəri o vaxtkı QHT Şurası təşkil etmişdi. Məndən xahiş etdilər ki, bir məruzə hazırlayım. Mən də qəşəng araşdırma apardım. ABŞ zatən gündəlik məşğul olduğum ölkə olduğu üçün yaxşı informasiyalar topladım və geniş bir araşdırma hazırlayıb təqdim etdim. Bu araşdırmanı “Azərbaycan” qəzeti də, “Xalq qəzeti” də, “İki sahil”də, “Bakı-Xəbər” də, başqa qəzetlər də tam şəkildə dərc etdilər. Aradan bir neçə ay keçdikdən sonra yenə də ABŞ-da insan haqları ilə bağlı dinləmələr keçirildi, məni ora sadəcə iştirakçı kimi dəvət etdilər, ovaxtkı deputatlardan birinə də məruzə üçün mövzu tapşırnışdılar, o məruzə edirdi. Şoka düşdüm ki, həmin deputat mənim qəzetlərdə dərc edilən həmin hesabatımı cümləbəcümlə oxudu, öz adına təqdim etdi. Problem bundadır. Ona görə də, qəzetin üzərinə hücumları dayandırmaq lazımdır. Sadəcə olaraq, səhvin haradan qaynaqlandığını da göstərdim. Onun üzərinə getmək lazımdır. Normal deputatlar seçmək lazımdır parlamentə və onlar lazım gələndə bu cür məqalələrlə çıxış etməyi bacarmalıdırlar. Bacarmırsansa sənin nə işinə qalıb ki, ona-buna yazdırırsan, o da ordan-burdan köçürür gətirib səni də, qəzeti də pis vəziyyətə qoyur, ictimaiyyəti də narahat edir. Yeri gəlmişkən deyim ki, məqalə köçürüb pulla satmaq bir adət halını alıb. Biz tez-tez belə hallara rast gəlirik. İşbazlar var, deputatlara, müəllimlərə, kimə gəldi məqalə satırlar. Pulunu alır, “narahat olma mən sənə məqalə yazacağam” deyir. Gedib köçürür, hətta bəzən bir başqa adamın məqaləsini tam olaraq köçürüb altından da imza qoyub gətirib verirlər ki, sənin üçün məqalə yazdım. Əslində yazmırlar, köçürürlər. Yəni deputatlar da aldanmasınlar. Əgər o deputat belə bir məsələdə aldanırsa sabah beynəlxalq platformalarda Azərbaycanı necə təmsil edəcək?”- deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ