Cümə axşamı günü, 12 noyabr 2026
     

Avropa İttifaqının mülki missiyası üzərində Ermənistanın məkrli planları üzə çıxır

Image


Avropa İttifaqı mülki missiyasının Ermənistan-Azərbaycan sərhədinə gəlişi fonunda İrəvanın təxribatçı fəaliyyətini yenidən genişləndirməsi müşahidə edilir. Hadisələrin inkişaf axarı göstərir ki, Ermənistan, əslində sərhəddə yeni toqquşmalara hazırlıq görür.

Bunu isə Avropa İttifaqı mülki missiyasının müşahidəsi altında həyata keçirmək istəyir. Lakin elə formada ki, sonradan həmişəki kimi Azərbaycanı ittiham edə bilsin. Bununla İrəvan Qərbin gözündə yenə öz məlum obrazını yaratmağa can atır. Bundan başqa, Ermənistanın əsas məqsədlərindən biri sərhəddə belə vəziyyət yaratmaqla Avropa İttifaqı mülki missiyasının bu zonada qalma müddətini uzatmaqdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın sərhədlərin təhlükəsizliyini təmin etmək üçün daimi beynəlxalq mexanizmə ehtiyac olması barədə yeni açıqlamaları da təsdiq edir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi müşahidə edilib. Nazirlik qeyd edir ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistanın sərhədə canlı qüvvə və artilleriya yığması barədə yaydığı məlumat İrəvan tərəfindən təsdiqlənib. Bu ölkənin Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistanın Göyçə mahalının Basarkeçər rayonuna artilleriya toplanması barədə yayılan məlumat həqiqəti əks etdirir. Ermənistan tərəfi bunun hücum üçün olmadığını, guya yalnız müdafiə xarakteri daşıdığını və Azərbaycan ordusunun üzbəüz mövqelərinin texnika və canlı qüvvəsinə uyğun olduğunu bildirib. Lakin maraqlıdır ki, erməni tərəfi sərhəddə hərbi qüvvə cəmləşdirməklə yanaşı, yenidən atəşkəsi intensiv qaydada pozmağa başlayıb. Azərbaycanın buna reaksiyasını isə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistana yeni hücum üçün bəhanə kimi qiymətləndirib: “Azərbaycan atəşkəs rejiminin pozulmasını daim Ermənistanla əlaqələndirir. Aydındır ki, bununla Ermənistana qarşı yeni hərbi təcavüz üçün bəhanə yaradır”. Paşinyan  qeyd edir ki, atəşkəsi saxlamaq və sərhədlərin təhlükəsizliyini təmin etmək üçün daimi beynəlxalq mexanizmə ehtiyac var. Bununla, yuxarıda qeyd edildiyi kimi, Ermənistan Avropa İttifaqı mülki missiyasının daha uzun müddətə ərazisində qalmasına çalışır. Halbuki, həmin missiyanın fəaliyyət müddəti maksimum iki ay olaraq müəyyən edilib. Praqada əldə olunan razılığa əsasən, mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq. Amma belə görünür ki, Ermənistan sərhəd təxribatları ilə mülki missiyanın burada daha uzun müddətə qalmasını istəyir. Təbii ki, bunu Kreml xoş qarşılamayacaq. Qeyd edək ki, missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. deməli, bu artıq missiya tərəfindən Ermənistanda KTMT-nin sıxışdırılmasıdır. Bununla Avropa İttifaqı missiyası KTMT-Ermənistan münasibətləri arasında onsuz da soyuyan münasibətləri daha da problemli edəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq avropalılara şikayət edərək bildirib ki, Moskva Avropa İttifaqının dəfələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə nəyin bahasına olursa-olsun müdaxilə etmək cəhdlərini görür. Deməli, Moska baş verənlərə səssiz qalmayacaq.

Yuxarıda qeyd olunduğu kimi, Ermənistan həm də missiyanın gəlişi fonunda sərhədə ağır texnika cəmləyərək yeni təxribatlar törətməyə, buna görə Azərbaycanı ittiham etməyə hazırlaşır. Hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Daşkəsən istiqmətində artilleriya qurğuları və canlı qüvvə cəmləməsi ilə bağlı məlumatı şərh edərkən bu xüsusda bildirib: “Ermənistanın Azərbaycan ordusunun mövqelərinə doğru və delimitasiya olunmamış sərhəd zonasına kifayət qədər ağır silahlar toplaması ordumuzun həmin ərazilərdə xidmət aparan şəxsi heyətinə qarşı birbaşa təhdid yaradır. Belə təhdidlərin gələcəkdə daha da geniş miqyas almaması üçün ordumuz bu təhdidlərin ən qısa müddətdə aradan qaldırılmasına dair adekvat tədbirlər görməlidir”. O, “axar.az” portalına açıqlamasında bildirib ki, Fransa və İran tərəfindən səslənən və heç bir əsası olmayan absurd bəyanatlar Ermənistandaki revanşist qüvvələri bir qədər cəsarətləndirib və nəticə etibarilə onlar hazırkı fəaliyyətləri ilə bölgədə mövcud olan atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək niyyətindədirlər: “Bütün baş verənlərə görə məsuliyyət tamamilə Ermənistanın və onu dəstəkləyən qüvvələrin üzərinə düşür. Biz Ermənistan ordusunun real imkan və potensialına bələd olduğumuz üçün yaxın zamanda mümkün toqquşmalarda onları nə gözlədiyini də yaxşı bilirik”. Məclisin deputatı Bəhruz Məhərrəmov da qeyd edir ki, Ermənistanın mümkün yeni təxribatları bu ölkənin özünə baha başa gələcək: “Hər hansı təxribat və ya təcavüz aktına məruz qalsaq, bizi kimsə, o cümlədən də Makronun sərsəmləmələrindən sonra əsl məqsədi suallar doğurmağa başlayan Avropa İttifaqı missiyası dayandıra bilməz”. Deputat vurğulayıb ki, 30 illik münaqişə və 2020-ci ildən sonrakı postmünaqişə dövründə Ermənistanın davranışlarından yalnız bir nəticə hasil etmək mümkündür ki, İrəvan sülh və əməkdaşlıq mühitinin formalaşdırılmasında maraqlı deyil, yaxud başqa formada ifadə etsək, bu ölkə özü könüllü formada təcavüzkar niyyətlərindən əl çəkməyəcək: “Bu illər ərzində Ermənistan həmişə üçüncü bir gücün arxasında gizlənərək mənfur niyyətlərini həyata keçirib. Azərbaycan isə tam siyasi, iqtisadi müstəqilliyə, ordu quruculuğu, müstəqil müdafiə sənayesi və bu sahədə şaxələndirilmiş əlaqələrə nail olduqdan sonra İrəvanın protektorları Azərbaycanın qarşısında dayana bilmədi və biz sərhəd bütövlüyümüzü təmin etdik”. Bu gün bölgədə daimi sülh və əməkdaşlıq mühiti üçün çox gözəl tarixi şansın yaranmasından bəhs edən deputat bildirib ki, regionda güclər nisbətinin dəyişməsini qəbul edə bilməyən bir sıra aktorların, o cümlədən Fransanın təhrikçi fəaliyyəti başa çatmış münaqişəni yenidən qızışdırmaq təhlükəsi meydana çıxarır: “Ermənistanın son bir neçə gündə Azərbaycanla sərhəd bölgələrinə ordu hissələri və hərbi texnika cəlb etməsi məhz bu prosesin tərkib hissəsidir. Xüsusən, Avropa İttifaqı missiyasının Ermənistan ərazisinə gəlməsi fonunda İrəvanın bu addımları ciddi suallar yaradır. O cümlədən, Fransanın canfəşanlığı ilə reallaşan bu missiyanın əslində hansı məqsədə xidmət etməsi ilə bağlı şübhələr meydana çıxır. İrəvanın Avropa İttifaqı missiyasının müşahidəsi altında maksimal sabitliyə riayət etməli olduğu halda təxribata hazırlaşması, əslində missiyanın özünün bu təxribatın parçası olması ehtimalları üzərində düşünməyə əsas verir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ