Cümə axşamı günü, 12 noyabr 2026
     

Ölkəmizin beynəlxalq mövqelərinin güclənməsində diasporun rolu artır

Image


Bu gün Azərbaycan diasporunun daha aktiv fəaliyyətinə, ölkəmizə qarşı aparılan yalan və iftira kampaniyasına qarşı dövlətin müvafiq qurumları ilə birlikdə səmərəli mübarizə aparmasına ciddi ehtiyac var.

Çünki İkinci Qarabağ müharibəsindən sonra həm Ermənistanın və onun diaspor, lobii qüvvələrin, həm də anti-Azərbaycan dairələrin ölkəmizə qarşı aqressiv informasiya kampaniyası aparması, eləcə də müxtəlif təxribatlar törətməsi müşahidə edilir. Bu mənada belə halların qarşısının alınmasına diasporumuzun üzərinə də indi böyük yük və məsuliyyət düşür.  

  • Azərbaycan diasporu ölkəmizin beynəlxalq siyasətinin həyata keçrilməsinin  mühüm resurs bazasıdır  

Məlumdur ki, ənənəvi olaraq, suveren dövlətlər və onların yaratdığı dövlətlərarası təşkilatlar müasir dünyanın siyasi sisteminin aparıcı aktorları hesab olunur.  Lakin  dünya siyasətinin mövcud dinamikası göstərir ki, qeyri-dövlət subyektlərinin fəaliyyətinin miqyası və sferasının siyasi komponentinin keyfiyyətcə güclənməsi də baş verir. Dünya siyasətindəki müasir aktorlar bir çox parametrlərə görə fərqlənirlər: maraqlar, məqsədlər, resurslar, dünyanın siyasi inkişafına təsir imkanları, daxili təşkilatlanma prinsipləri və sair.  Belə aktorlardan biri də məhz diaspordur.  Diaspor maraqlarına uyğun olaraq beynəlxalq sistemə əhəmiyyətli və davamlı təsir göstərən, digər iştirakçılar tərəfindən belə tanınan və öz qərarlarını qəbul edərkən nəzərə alınan strategiya həyata keçirəndə daha güclü hala gəlir. Diaspor kimi fenomenin obyektiv mürəkkəbliyi və müxtəlifliyi ona gətirib çıxarır ki, elmi ictimaiyyətdə bu fenomeni dərk etməkdə birlik yoxdur. Diasporun ən ümumi əlamətlərindən biri xalqın bir hissəsinin mənşə ölkəsindən kənarda yaşaması, yaşadıqları ölkədə sıx bağlı və sabit etnik qruplar formalaşdırmasıdır. Beynəlxalq münasibətlər sisteminə təsir dərəcəsinə görə etnik diasporlar dünya, regional və lokal hissələrə bölünür.  Onların hamısı təmsil etdikləri dövlətlə sıx əlaqələri ola bilər. Yəni qrantlar vasitəsilə maliyyə dəstəyi almaq, strukturlarında dövlət nümayəndələrinin olması və sair formada dəstəklənə bilərlər. Çox vaxt eyni zamanda dövlət və qeyri-dövlət strukturları olan “hibrid birləşmələr” də diaspora dəstək verə bilir.  Diaspor komitəsi  kimi ixtisaslaşmış qurumlar vasitəsilə müxtəlif ölkələrdə əlaqə saxlayan və diasporun həyatında iştirak edən Azərbaycan bunun bariz nümunəsidir. Azərbaycan özü azərbaycanlıların dünyasının əsas mərkəzi, milli mədəniyyəti dəstəkləyən və qoruyan əsas orqandır, eləcə də bütün diasporlar üçün kommunikasiya qovşağı rolunu oynayır. Bu mənada diasporun Azərbaycanın inkişafı naminə daim aktivfəaliyyətdə olması zəruridir. Çünki müasir dünyada dövlətlərin resursu təbəqələşib. Əhəmiyyətli olan təkcə hərbi güc deyil, həm də “yumşaq güc”lə əlaqəli iqtisadi, eləcə də sosial və humanitar komponentdir. Bütün dövlətlər bu dünyanın siyasi sisteminin aparıcı aktorları olmalarına baxmayaraq, müstəqil şəkildə dünya siyasi proseslərinə əhəmiyyətli təsir göstərə bilmirlər. Buna görə də Azərbaycan hakimiyyəti xaricdəki diasporu dövlətin inkişafına kömək etməklə yanaşı, həm də beynəlxalq münasibətlərdə ölkəmizin mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə biləcək amil hesab edir. Və bu baxımdan Azərbaycan  diasporu bu gün ölkənin səmərəli xarici və daxili siyasətinin aparılması üçün mühüm resurs bazasıdır. Beləliklə, Azərbaycan hökuməti öz maliyyə, təşkilati, informasiya və analitik resurslarından ölkənin maraqları naminə fəal istifadə etməklə, diasporumuzun daha dinamik inkişafında maraqlıdır. Bununla belə, Azərbaycan diasporunun resurs bazasını və istifadə olunmamış əhəmiyyətli potensialını, dünya siyasətinə təsirini təhlil edərkən qeyd etmək lazımdır ki, o öz imkanları və dövlətin tənzimləmə funksiyası sayəsində daha güclü transmilli aktor kimi çıxış edə bilər. Siyasi lobbiçilik mexanizmindən səmərəli istifadə edərək yüksək iqtisadi potensiala malik konsolidasiya edilmiş diaspor nəinki öz mövcudluğu üçün ən əlverişli şəraiti təmin edə bilər, həm də yaşadığı ölkə ilə dövlət arasında münasibətlərin inkişafında səmərəli körpü ola bilər. Bu mənada Azərbaycan dövlətinin diaspor faktoruna daha çox diqqət etməyə başlaması da təsadüfi deyil.  

  • Azərbaycan diasporunun fəaliyyəti indi daha aktiv mərhələyə qədəm qoyub    

Yuxarıda qeyd olunduğu kimi diasporun fəaliyyətinə, anti-Azərbaycan hücumlarına daha səmərəli müqavimətinə indi daha çox ehtiyac var. Ermənistanın hərbi cinayətlərinə, ölkəmizin dövlət sərhədində törətdiyi son hərbi təxribatlara, erməni radikal qüvvələrinin ölkəmizin ABŞ, Fransa və Livandakı səfirliklərinə hücumları fonunda bu məsələ xüsusilə aktualdır. Qeyd edilməlidir ki, diasporun bu fonda fəallığı gözə çarpır. Məsələn, qeyd edilən məqamlarla bağlı olaraq “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Nyu-Yorkdakı qərargahının önündə ABŞ-da yaşayan Azərbaycan icması fəalları dinc etiraz aksiyası keçirib.Ermənistanın əməllərini ehtiva edən məqamlarla bağlı etiraz bəyanatı “Human Rigths Watch”un əməkdaşı Cil Kolona təqdim olunub. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının dalğalandırıldığı aksiyada Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və İkinciQarabağ müharibəsi dövründə törətdiyi dəhşətli müharibə cinayətlərinə diqqət cəlb edilib. Ermənistanın hərbi cinayətlərinə son qoyulması tələbinin irəli sürüldüyü aksiya zamanı Gəncə, Bərdə dəhşətlərinin, Xocavənd rayonunun Edilli kəndində tapılmış kütləvi məzarlığın fotomaterialları, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistanın terroruna son qoyulsun!”, “Mülki vətəndaşlara hücum etməyi dayandırın!”, “Gəncəyə hücum edilib!”, “Ermənistan, Azərbaycana itkin düşmüş şəxslərin taleyi haqda məlumat ver!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib. Eləcə də Azərbaycan icması BMT-nin Moldovadakı nümayəndəliyi önündə dinc etiraz aksiyası keçirilib.  Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi son təxribatlara, rəsmi İrəvanın Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülhün bərqarar olmasına mane olan cəhdlərinə etirazlarını bildiriblər. Yaxud da Gürcüstanın paytaxtı Tiflisdə yerləşən nüfuzlu beynəlxalq təşkilatların nümayəndəlikləri önündə Ermənistanın hərbi cinayətlərinə etiraz məqsədilə soydaşlarımızın dinc aksiyaları keçirilib. Marneulidəki “Azərbaycan Evi”nin rəhbəri Məhəbbət İmanovun təşkilatçılığı ilə baş tutan aksiyalar Gürcüstan İnsan Hüquqları üzrə Müvəkkil aparatının, BMT, Avropa Şurası və Avropa İttifaqının Tbilisidəki ofisləri qarşısında gerçəkləşdirilib. Almaniyanın paytaxtı Berlində də Ermənistanın hərbi cinayətlərinə etiraz olaraq soydaşlarımızın avtomobil yürüşü keçirilib. Azərbaycan icması Ermənistanın Niderland Krallığındakı səfirliyi qarşısında da piket keçirib. BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında isə yenə bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina probleminə və Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə həsr olunmuş sərgi-aksiya keçirilib. Qeyd edək ki, bütün bu tədbirlər sadəcə oktyabr ayının ilk yarısında reallaşıb və belə aksiyaalrın sayı daha çoxdur. Bu da Azərbaycan diasporunun ötən dövrlərlə müqayisədə indi daha aktiv fəaliyyət mərhələsinə daxil olduğunu göstərir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ