Cümə axşamı günü, 12 noyabr 2026
     

Yüz illik erməni terrorunun növbəti səhifəsi - Gəncə cinayətləri...

Image


Ermənistan adlanan terror dövlətinin hədəfi hər zaman dinc, mülki azərbaycanlılar olub. Tarixin hansı dövrünə baxsaq görərik ki, erməni terror təşkilatları azərbaycanlılara qarşı qətliamlar törədiblər. Sirr deyil ki, müasir Ermənistan erməni terror təşkilatlarının varisi rolunu oynayır. Belə olmasaydı, bu dövlət dünyada terrorçu dövlət adını almazdı.

İki il bundan əvvəl Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri Gəncədə törətdiyi terror aktları onun mahiyyətini açıq şəkildə ifadə edir. Bildiyimiz kimi, 2020-ci ilin oktyabrında Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda Gəncə şəhəri bombalanıb və dinc əhali erməni terrorunun qurbanı olub. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulub.
17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş verib. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qalmışdı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər alıb.
Ümumilikdə, Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olub. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadındır. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.

Gəncə hadisəsindən də illər əvvəl Ermənistan və erməni terror təşkilatları Azərbaycan xalqını daim hədəfə alıb və əli yalın, silahsız insanlara, yaşayış obyektlərinə hücumlar təşkil ediblər. Erməni terror təşkilatları və onların varisi olan Ermənistan dövləti keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində, o cümlədən də XX əsrin ikinci onilliyində azərbaycanlılara qarşı terror aktı törədib, onların arasında görkəmli dövlət xadimlərimiz də var. Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri Fətəli Xan Xoyski də olub. Tarixçilər qeyd edirlər ki, 1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını, Azərbaycan sərhədlərini pozaraq Bakıya doğru hücuma keçdi. Azərbaycanın Sovet Rusiyasının ordusu tərəfindən işğal edilməsi nəticəsində iki ilə yaxın müstəqil dövlət kimi yaşamış Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Aprel işğalından sonra F.Xoyski Tiflisə mühacirət etməyə məcbur oldu. İyunun 19-da isə Tiflisdə “Daşnaksutyun”un muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirildi. 1920-ci ildə erməni terrorçuları Cumhuriyyətin digər qurucularına qarşı da terror aktları törədib ki, onlardan biri də Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevdir.

1980-ci illərdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə qarşı qanunsuz və əsassız ərazi iddialarının ortaya çıxması ilə erməni terror təşkilatlarının fəaliyyəti Azərbaycana yönəldi. 1980-ci illərin ikinci yarısı erməni terrorçularının Azərbaycan ərazisində əsasən sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları qeydə alınıb. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində törədilən bu terror aktları 2000-dən çox insanın ölümünə səbəb olub. Beləliklə, 1988-1994-cü illər ərzində Ermənistan vətəndaşlarımıza qarşı 30-dan artıq terror aktı təşkil edib. Qeyd edildiyi kimi, bu terror hücumları nəticəsində 2 minə yaxın vətəndaşımız həyatını itirib.

12 dekabr 1988–ci il tarixində Azərbaycanın Xankəndi şəhəri üzərində sərnişin təyyarəsinin vurulması nəticəsində iki ekipaj üzvünün həlak olması, 16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı sərnişin avtobusunun partladılması nəticəsində 5 nəfərin həlak olması və 25 nəfərin yaralanması, 13 fevral 1990-cı ildə  Şuşa-Bakı sərnişin avtobusunun partladılması nəticəsində 13 azərbaycanlının yaralanması, 11 İyul 1990-cı ildə Tərtər-Kəlbəcər sərnişin avtobusuna silahlı hücum nəticəsində 8 nəfərin həlak olması və 23 nəfərin yaralanması, 10 Avqust 1990-cı ildə Xanlarda (indiki Göy göl rayonu) sərnişin avtobusunun partladılması nəticəsində 17 nəfərin həlak olması və 16 nəfərin yaralanması, 10 avqust 1990-cı ildə Tbilisi-Ağdam sərnişin avtobusunun partladılması nəticəsində 20 nəfərin həlak olması və 30 nəfərin yaralanması, 30 noyabr 1990-cı ildə Şuşadan Xankəndiyə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarını daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 2 nəfərin yaralanması, 14 mart 1991–ci ildə Ağdamda sərnişin avtobusunun partladılması nəticəsində 3 nəfərin həlak olması və 4 nəfərin yaralanması, 30 may 1991-ci ildə Moskva-Bakı sərnişin qatarının partladılması nəticəsində 11 nəfərin həlak olması və 22 nəfərin yaralanması, 31 iyun 1991-ci ildə Moskva-Bakı sərnişin qatarının partladılması nəticəsində 16 nəfərin həlak olması və 20 nəfərin yaralanması, 8 sentyabr 1991-ci ildə Ağdamda sərnişin avtobusunun partladılması nəticəsində 6 nəfərin həlak olması və 36 nəfərin yaralanması, 20 noyabr 1991 Azərbaycanın yüksək səviyyəli rəsmilərini, habelə Qazaxıstan və Rusiya nümayəndələrini daşıyan sərnişin vertolyotunun vurulması nəticəsində 22 nəfərin həlak olması (Xocavənd rayonu), 8 yanvar 1992-ci ildə Krasnovodsk-Bakı Dəniz bərəsinin partladılması nəticəsində 25 nəfərin həlak olması və 88 nəfərin yaralanması, 28 yanvar 1992 Azərbaycanda sərnişin vertolyotunun vurulması nəticəsində 44 nəfərin həlak olması (Şuşa), 28 fevral 1993-cü ildə Kislovodsk-Bakı sərnişin qatarının partladılması nəticəsində 11 nəfərin həlak olması və 8 nəfərin yaralanması, 1 fevral 1994-cü ildə Bakıda sərnişin qatarının partladılması nəticəsində 3 nəfərin həlak olması və 20 nəfərin yaralanması, 13 Aprel 1994–cü ildə Moskva-Bakı sərnişin qatarının partladılması nəticəsində 6 nəfərin həlak olması və 3 digər nəfərin yaralanması, 3 iyul 1994-cü ildə Bakı Metropoliteninin qatarının partladılması nəticəsində 13 nəfərin həlak olması və 42 nəfərin yaralanması, 2011-ci ildə Azərbaycanın Ağdam rayonuna uşaqlardan ibarət qrupa atəş açılması nəticəsində 9 yaşlı Azərbaycanlı uşağın həlak olması, 14 iyul 2011-ci ildə  Ermənistandan Azərbaycana axan çaya partlayıcı daşıyan oyuncağın atılması nəticəsində 13 yaşlı azərbaycanlı qızın həlak olması və onun 32 yaşlı anasının ağır yaralanması (hadisə Tovuz rayonunda baş verib), 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması və bu təcavüz nəticəsində 2 yaşlı Quliyeva Zəhra və onun 52 yaşlı nənəsi həlak olması Ermənistanın əsl mahiyyətini ortaya qoyan hadisələrdir. Bunlar da, Gəncə hadisələri də onu göstərir ki, terrorçu dövlətin hədəfi Azərbaycanın dinc əhalisidir. Gəncə hadisələrinin, yəni İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından ikinci ildönümü ərəfəsində qısa da olsa ermənilərin, Ermənistanın terrorçu silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi terror aktlarına nəzər saldıq. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan dinc əhalimizə qarşı hər zaman planlı şəkildə sistemli zorakılıq tətbiq edib. Ermənistanın dinc azərbaycanlılara qarşı cinayətlərinə dünya birliyi, beynəlxalq qurumlar hələ də susur. Hələ də bu terror aktlarına görə Ermənistana gözün üstə qaşın var deyən olmayıb, hələ də Gəncədə törətdiyi insanlıq əleyhinə terror cinayətinə görə bu ölkənin qulağını buran olmayıb. Ermənistanın terrorçu xislətinin Azərbaycanın dinc, mülki əhalisinə qarşı yönəldiyini dünya qəbul etmək istəmir. Amma dünya birliyi nağıllardan ayılıb gerçəklərin gözü ilə məsələyə baxa bilsə, Ermənistan terrorunun dəhşətli simasını və faciəvi nəticəsini, əsas hədəfini görə bilər. Dünya birliyi nəhayət ki, 44 günlük müharibə dövründə Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən dinc şəhərlərimizi hədəfə alması nəticəsində dinc sakinlərimizin, körpələrimizin, uşaqlarımızın, qadın və qocalarımızın həyatına son qoyduğunu görməlidir...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ