Cümə axşamı günü, 12 noyabr 2026
     

Avropalı alimlər Makronu darmadağın etməyə başlayıblar - "sən Qafqazda necə vasitəçisən ki...”

Image


Fransa prezidenti Emmanuel Makronun ifrat ermənipərəstliyi Avropanın özündə də qıcıqla qarşılanmağa başlayıb. Makronun gözünü erməni sevgisi elə tutub ki, az qala Fransanın dövlətçilik maraqlarını belə Ermənistanın maraqlarına qurban versin. Yəni erməni terrorunu sevməyə o qədər aludə olub ki, yalan danışdığı, Azərbaycana şər-böhtan atdığı bir yana, hətta Fransanı belə unudub. Makronun son davranışlarına tənqidi yanaşanlar sırasında avroplalıların da olması diqqəti cəlb edir.

Belə ki, almaniyalı alim, doktor Mixael Reynhard Hess Fransa prezidenti Emmanuel Makrona açıq etiraz məktubu yazaraq, onun bu il oktyabrın 14-də “France 2” telekanalına verdiyi müsahibədə Azərbaycanla bağlı fikirlərinə tutarlı dəlillərlə tənqidi münasibət bildirib. Açıq məktubu alim özünün feysbuk sosial şəbəkəsində paylaşıb. “Nə Fransa, nə Ermənistan, nə də Azərbaycan vətəndaşıyam, bu ölkələrdə yaşayan xalqlardan heç biri ilə də etnik bağlılığım yoxdur, bununla belə, Ermənistan və Azərbaycan arasında münaqişə barədə bir neçə kitabın və məqalələrin müəllifi olan tədqiqatçı kimi Sizə kiçik bir açıq məktub yazmağı vacib saydım”. E.Makrona müraciətini bu sözlərlə başlayan alman alim, ilk növbədə, Fransa prezidentinin müsahibədə münaqişə barədə söylədiklərini özünün şəxsi fikri kimi qələmə verməsi ilə razılaşmır və onun mövqeyini həm də Fransanın rəsmi mövqeyi hesab etdiyini bildirir. Bunu aşkar məntiqsizlik kimi səciyyələndirən M.R.Hess yazır: “Çünki bir tərəfdən siz Fransanı “vasitəçi qüvvələrin bir hissəsi” kimi təsvir edir, digər tərəfdən, həvəslə, böyük emosionallıqla və təsirli şəkildə vurğulayırsınız ki, Fransa bu münaqişədə Ermənistanı dəstəkləyir və ondan “əlini çəkməyəcək”. Mən anlamıram, hər hansı dövlət və ya siyasətçi “vasitəçilik” səylərində iştirak etməklə neytral mövqedə olmalı ikən münaqişə tərəflərindən birinin tərəfini necə saxlaya bilər?”.

Alman alim həmçinin hesab edir ki, məhz Fransa kimi tərəfsizliyi bacarmayan dövlətlərin vasitəçilik missiyası yerinə yetirən dövlətlərarası siyasi qurumların (Minsk qrupu kimi) tərkibində olması münaqişənin tənzimlənməsi üçün 1992-ci ildən həyata keçirilən diplomatik səylərin uğursuzluğunun səbəblərindən biridir.

E.Makronun Qarabağla bağlı qaranlıq tarixi, siyasi və hüquqi istinadlarını da qəbul etmədiyini bildirən M.R.Hess Fransa prezidentinin “Gördüyünüz kimi, Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmadı və buna görə də münaqişə yarandı” sözlərini misal gətirir, keçmiş muxtar vilayətin daim Azərbaycanın tərkibində olduğunu xatırladır. Alman alim “Qarabağdan və Azərbaycanın digər rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması haqqında” 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Fransanın iştirakı ilə qəbul etdiyi qətnamələri də E.Makronun yadına salır. O, həmçinin, Fransa prezidentinin diqqətini Normandiya əyalətindəki separatçıların, adalarla yaxınlığına görə, bu ərazinin Böyük Britaniyaya birləşdirilməsi barədə iddialara da yönəldir və yazır: “Siz çıxışınızda BMT-nin qəbul etdiyi beynəlxalq hüququn prinsiplərinə açıq və birmənalı şəkildə üstünlük vermir, sanki xalqlar və dövlətlər arasında münasibətlərdə, əksərən yersiz qeyri-rəsmi söhbətlərin istənilən vaxt “mübahisə” üçün dəlil kimi istifadə edildiyi, separatçıların işinə yarayan konsepsiyadan yapışırsınız”.

M.R.Hess “müharibəni Azərbaycanın başlaması, əraziləri işğal etməsi” barədə Fransa prezidentinin əsassız iddialarına da açıq məktubda tutarlı cavablar verir, 1991-ci ildən başlanan erməni təcavüzü, erməni silahlı dəstələrinin törətdiyi kütləvi qətllər, o cümlədən Xocalı hadisəsi barədə həqiqətləri xatırladır.

Almaniyalı alim ötən əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma “erməni genosidi”ni Ermənistan-Azərbaycan konflikti kontekstində xatırlatmasını isə E.Makronun çıxışının ən təhlükəli məqamı kimi səciyyələndirir.

Fransa prezidentinin müsahibəsində söylədiklərinin onun bir siyasətçi kimi ölkəsindəki erməni dairələri ilə yaxşı münasibət qurmaq istəyi ilə bağlı olduğunu ehtimal edən M.R.Hess onu qarşı tərəfin də səsini eşitməyə, fransızdilli mühitdə azərbaycanlıların dəlillərini ortaya qoyacaq çox az sayda araşdırmaçıları və publisistləri də görməyə çağırır, həmçinin, münaqişə tərəfləri arasında sülhə nail olmaq naminə E.Makrona vasitəçi və arbitr mövqelərini bir-birinə qarışdırmamağı tövsiyə edir.

  • “Fransa prezidentinin ziddiyyətli bəyanatları və ifrat ermənipərəstliyi Avropada da yaxşı qarşılanmır”

Məsələyə şərh  verən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli hesab edir ki, Makronun davranışlarının avropalıların özləri tərəfindən də sərt tənqid edilməsi təbiidir, çünki onun ala-çiy açıqlamaları ciddi qıcıq doğurur. “Almaniya aliminin Makrons ünvanladığı açıq məktub özündə tamamilə həqiqətləri ehtiva edir. Sözün açığı, Fransanın 30 ildə ortaya qoyduğu və bu gün də davam etdirdiyi mövqe heç vaxt obyektiv olmayıb. Xatırlayırıq ki, keçən əsrin 90-cı illərindən Fransa prezidentləri hər zaman Ermənistanın mövqeyini dəstəkləyiblər, bütün hallarda Ermənistanın işğalına haqq qazandırmağa çalışıblar, Azərbaycanı “haqsız” çıxarmaq üçün əllərindən gələni ediblər. Onlar zatən vasitəçilik rolunu ortaya qoymağa çalışsalar da, bu vəsaitəçilik birmənalı şəkildə Ermənistanın xeyrinə işləyən vasitəçilik olub. Yəni bu anlamda bu, Makronun ortaya qoyduğu yeni siyasət deyil, Jak Şirak da daxil olmaqla özündən əvvəlki prezidentlərin, hökumətlərin, Fransa dövlətinin siyasətini davam etdirir. Makron bişməmiş siyasətçidir və bu baxımdan, Azərbaycana və Ermənistana münasibətdə yürütdüyü siyasət səriştəsizliyi ilə ön plana çıxır. Jak Şirak da, başqa Fransa prezidetləri də Qarabağ məsələsində Azərbaycana qarşı qərəzli olub. Onlar da tərəf tutublar, lakin bunu Makron qədər açıq büruzə verməyə çalışmayıblar. Makron bir tərəfdən Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin nizamlanmasında guya böyük rol oynadığını demək istəyir, o biri tərəfdən də Ermənistanın tərəfini tutduqlarını açıqlayır. Makronun açıq-aşkar Ermənistanı dəstəklməsi ortadadır və onun bu qərəzli yananşaması da, tərəfkeşliyini nümayiş etdirməsi də Avropanın özündə də qıcıq doğurmaya bilmir. Makronun fikirlərindəki ziddiyyətlər, bir-birini inkar edən məqamlar normal qarşılana bilməz”.

F.Ələkbərlinin sözlərinə görə, Azərbaycana münasibətdə Fransanın siyasətində heç bir dəyişiklik yoxdur və dünənki kimi bu gün də qərəzli bəyanatlar ifadə olunur. “Təsəvvür edin, bəlkə də yüz ildir ki, fransızlar ermənilərə havadarlıq edirlər, Azərbaycana isə qərəz göstərirlər. Fransa prezidentinin ziddiyyətli bəyanatları və ifrat ermənipərəstliyi Avropada da yaxşı qarşılanmır. Artıq dünya görür ki, 30 il müddətində bu ölkə vasitəçi adı altında əslində münaqişənin həllinə zərbə vurub, Ermənistanın işğalçılıq siyasətinə dəstək olub. Bu illər ərzində ermənilərin xeyrinə oyun oynayıblar. Bu baxımdan, alman aliminin açıq məktubu xüsusi qiymətləndirilməlidir”.

Makronun siyasətçi kimi çiy olduğunu, hələ yetişmədiyini deyən F.Ələkbərlinin qeyd etdiyinə görə, onun bu davranışı, bu açıqlaması o qədər qabarıq olub ki, Prezident İlham Əliyev də buna çox sərt reaksiya verdi. F.Ələkbərli deyir ki, bizim Fransadan heç bir asılacağımız yoxdur, yolumuz da, gələcəyimiz də bir deyil, bu baxımdan, bu ölkə ilə bağlı sərt mövqe tutmağımız tam yerindədir, arzuolunandır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ