Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Daşqın Əzizov döyüşü Şuşada başa vurdu... - MÜSAHİBƏ

Image


“Azərbaycan övladını döyüşdən-döyüşə aparan da məhz bu qisas hissi idi”

Hansı sənətin, hansı peşənin yolçusu olmağından asılı olmayaraq, hər bir Azərbaycan oğlu iki il bundan əvvəl başlanan Vətən müharibəsində canla-başla iştirak etməyi özünün əsas borcu bildi. Bu oğulların sırasında həmkarlarımız da özlərinə məxsus yer tutdular, qələmi odlu silaha dəyişib düşmənin canına vəlvələ saldılar.

Zəfər dastanını yaradan oğullar hər zaman cəmiyyətdə böyük sevgi və ehtiramla qarşlanır. “Bakı-Xəbər” olaraq, Vətən müharibəsində iştirak edən qazi jurnalistlərlə bağlı xüsusi layihəni təqdim edirik. Növbəti qonağımız şanlı döyüş yolu Şuşada bitən jurnalistlərdən biri, “Offside Sport Media”nın əməkdaşı Daşqın Əzizovdur.

- 27 sentyabr 2020-ci il, bu tarix unudulmazdır. Bu gün xalqımızın 30 il gözlədiyi, harayladığı gün idi. Qismən səfərbərlik xəbərinə ilk reaksiyanız nə oldu?

- Qeyd etdiyiniz kimi, həmin gün Azərbaycan xalqının 30 illik həsrətinin, çəkdiyi xiffətin sona çatdığı gün idi. Səfərbərlik Xidmətindən zəng gələndə həyəcanlanmışdım. Qarışıq hisslər keçirirdim. Sevincimin həddi-hüdudu yox idi. Çünki 2-ci Qarabağ döyüşlərinin başlamasını və qisas almağı həmişə arzulayırdım. Bu baxımdan mənimçün əvəzolunmaz xəbər idi...

- Əslində, könüllü getməklə səfərbərliklə getmək arasında bir fərq varmı Sizin üçün? Yoxsa əsas odur ki, hansı yolla olmasından asılı olmayaraq müharibədə iştirak etmisiniz?

- Səfərbərlik çağırışı ilə getmişəm. Əslində praktiki olaraq bu iki amil arasında fərq yoxdur. Tovuz döyüşlərindən sonra dostlarımın çoxu adlarını könüllü yazdırdılar. Mənsə yox. Çünki bilirdim ki, ad-soyadım, hərbi ixtisasım - bir sözlə, hər şey Müdafiə Nazirliyinin Səfərbərlik Xidmətinin arxivində var. Lazım bildikləri halda çağıracaqlar. Belə də oldu.

- Müharibəyə getməsəydiniz özünüzdə hansısa bir yarımçıqlıq hiss edərdinizmi?

- Təbii ki. Dediyim kimi, həmişə arzum olub və bu ümdə arzum reallaşdığına görə çox şadam. Müharibədə iştirak etməsəydim, bəlkə də bundan sonrakı həyatım o qədər də maraqlı olmazdı mənimçün. Mənəvi borc idi, bəxtimə düşdü, çağırdılar.

- Bizi xalq olaraq müharibəyə hazırlayan əsasən hansı amillər, hadisələr oldu ki, biz döyüşməyə, ölümə getməyə tərəddüd etmədik?

- Biz 1-ci Qarabağ müharibəsini uduzmadıq. Sadəcə, həmin dövrdəki səriştəsiz siyasi rəhbərlik, başıpozuq idarəetmə nəticəsində torpaqlarımız işğal altına düşdü. Və biz heç bir zaman bu ədalətsizlikə barışmayacaqdıq. Hamımız qisas gününün gəlməsinə səbrsizlənirdik. Bu da 44 günlük döyüşlərdə özünü büruzə verdi. Azərbaycan övladını döyüşdən-döyüşə aparan da məhz bu qisas hissi idi.

- Qələmi silahla əvəzləmək, kompüter arxasındakı rahat yeri cəbhəyə, səngərə dəyişmək nə qədər asan oldu?

- Heç də asan olmadı (gülür). Çünki hərbi xidmətdə illər əvvəl olmuşdum. Yenidən hərbi hissəyə getmək, ordunun qidalandığı yeməklərdən yemək, rejimlə yatıb-qalxmaq çətin gəlirdi. Amma düşünəndə ki, necə müqəddəs bir vəzifə dalınca gəlmisən, bütün çətinlikləri arxa plana salırsan.

- Döyüş yolunuz hansı ərazilərdən keçdi?

- Döyüş yolum Füzuli rayonundan başlayıb. İlk olaraq Füzulinin Aşağı Seyidəhmədli kəndində mühafizədə olmuşam. Silahlı Qüvvələrimiz 1-2 gün olardı ki, həmin ərazini düşməndən azad etmişdi, biz də orada patrul xidməti təşkil edirdik. Daha sonra - noyabr ayının 6-da gecə saatlarında Şuşa şəhərinə yollandıq. Noyabrın 8-də isə Şuşa-Xankəndi yolunda gedən ağır döyüşlərdə odlu silah yarası aldım və müharibə bitən gün Bakıya müalicəyə göndərildim.

- Qazi jurnalist olaraq Sizə cəmiyyətin, dövlətin münasibətindən razısınızmı?

- Bəli, razıyam. Ələlxüsus da sıravi insanların münasibətini hər zaman hiss edirəm.

- Elə döyüşlər, elə hadisələr varmı ki, indi də onu yaddan çıxara bilmirsiz?

- Əlbəttə. Ümumiyyətlə, məncə, bu bütün müharibə iştirakçıları üçün böyük bir travmadır. Çünki orada yaşananlar heç vaxt unudulmayacaq. Nə qədər psixoloji seanslara getsən də, unutmağa çalışsan da, bu alınmayacaq. Əsgərlikdən qayıdanda hərbi haqda danışmaq istəmirdim, cəmi 2-3 aya unutmuşdum, amma müharibəni... 2 il keçir, yenə də oradakı hadisələri xatırlayır, fikir dəryasına qərq oluram.

- Müharibədən sonra azad edilməsində birbaşa iştirakımız olduğu hansı rayonlara getmisiniz? Səfərlərdə yada düşürsüzmü?

- Bu yaxınlarda Şuşaya getmişəm. O da Azərbaycan Velosiped Federasiyasının təşkil etdiyi yarışı işıqlandırmağa. Füzulidən keçib Şuşaya yollananda Daşaltı kəndində dayandıq. Şuşa şəhəri istiqamətində qalxdığımız yerlərə baxdım. Təəssüf ki, döyüşdüyümüz Şuşa-Xankəndi yoluna gedə bilmədim. Ora Rusiya sülhməramlılarının müşayiəti və xüsusi icazə əsasında gedilməlidir. Qismət olsa, ora da gedərəm. Çünki əsas xatirələrim ora ilə bağlıdır.

- Təltifləriniz varmı?

- "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam.

- Bir jurnalistin döyüşçüyə çevrilməsi çətin olmadı ki?

- Düşünəndə çətin gəlirdi. Hər şey döyüşə girənə kimi idi. Savaşın ortasında jurnalist, müəllim, həkim, hüquqşünas olduğun yada düşmür. Bir amal var - sağ qalmaq və tapşırığı icra etmək. Müəllim demişkən, döyüş yoldaşlarımdan üçü müəllim idi. Ki, onlar da şəhidlik zirvəsinə ucaldılar. Allah bütün şəhidlərimizə rəhmət etsin!

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ