Cümə axşamı günü, 12 noyabr 2026
     

Fransaya güvənən Ermənistan Rusiya və Qərbin yeni çəkişmə meydanına çevrilir

Image


Son zamanlar Brüssel formatı çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan mühüm fəaliyyət fonunda oktyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronun iştirakı ilə Praqada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Lakin görüşdən sonra sülhə ümidlərin artdığı bir vaxtda Fransa yenidən ikiüzlülük nümayiş etdirib. Məsələ burasındadır ki, Fransanın Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə Ermənistanın maraqlarını müdafiə edən tərəf kimi qoşulmağa cəhd etməsi Azərbaycan cəmiyyətində haqlı narahatlıq yaradır, çünki Paris faktiki olaraq Ermənistanın vəkili kimi çıxış edir. Fransanın belə yanaşması Avropa İttifaqının moderatorluğu ilə aparılan sülh danışıqlarına da inamsızlıq yarada bilər. Artıq Azərbaycan cəmiyyətində Fransanın heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməyəcəyi ilə bağlı qəti mövqe formalaşıb. İndi Avropa İttifaqı da bu mövqeyi nəzərə almalıdır. Bundan başqa, Fransa Ermənistan vasitəsilə regionu qarşıdurma mərkəzinə çevirməyə can atır. Emmanuel Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları da bunun təsdiqidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçücü Mariya Zaxarova qeyd edir ki, Parisin Moskvanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və bu yalnız Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq: “Fransa prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır”. Rusiyalı politoloq Yevgeni Mixaylov isə qeyd edir ki, Fransanın İrəvanı dəstəkləmək cəhdləri tamamilə ikiüzlülükdür: “Ehtimal etmək olar ki, bu dəstək sabitliyi pozmağa və Cənubi Qafqazda əsas sülhməramlı olan Rusiyanın səylərini gözdən salmağa yönəlib”. Rusiyalı ekspert hesab edir ki, Emmanuel Makronla çox az ölkə hesablaşır və Paris getdikcə təsirini itirir: “Fransanın, ilk növbədə anti-Rusiya sanksiyaları nəticəsində, böyük iqtisadi problemləri var. İrəvanın yerinə olsaydım, onun köməyinə ümid etməzdim. Fransa və ABŞ “geosiyasi oyunlardan doyduqdan” sonra İrəvan həll olunmamış problemləri ilə baş-başa qalacaq və vəziyyəti sabitləşdirmək üçün geri qayıtmağa və Moskvadan kömək istəməyə məcbur olacaq. Azərbaycan uzun müddətdir anlayır ki, Fransa Cənubi Qafqazda sabitliyin yaranmasında maraqlı deyil. Üstəlik, son vaxtlar bütün diplomatik səylər ABŞ-ın himayəsi altında həyata keçirilir. O, ilk növbədə Rusiyanın Ermənistanda və bütün Cənubi Qafqazda təsirini zəiflətməkdə maraqlıdır”. Elə erməni ekspert Benyamin Matevosyan da məsələyə bu prizmadan yanaşır. O etiraf edir ki, Makronun siyasəti Ermənistanı Qərb və Rusiya arasında “nifaq alması”na çevirir: “Ermənistanın sarı mətbuatının tirajladığı tezis beynəlxalq münasibətlərə qədər gedib çıxıb. Xatırladaq ki, 2016-cı ildən sonra hazırki dövlət başçısı Rusiyanın Bakının Avrasiya İqtisadi İttifaqına daxil olması üçün Azərbaycanı müharibəyə sövq etdiyini bildirmişdi. Bu yaxınlarda Paşinyanın ailə qəzetində belə bir məlumat yayıldı ki, guya Ermənistanı Rusiya və Belarusun İttifaq Dövlətinə daxil etmək istəyirlər və Əliyevin əli ilə Moskva regionda qeyri-stabillik yaradır. İndi bunu Makron təkrar edir”. O bildirib ki, Fransa prezidenti erməni hakimiyyətindən eşitdiyini səsləndirir: “Antrusiyaçılıq, görünür, bu gün Avropada Rusiya qazından sonra ən vacib “əmtəə”dir. Bəzi siyasətçilər isə bunu Avropaya satmağa çalışırlar. Makron Ermənistanın düşməni deyil, amma Fransa və Aİ Rusiyanın düşmənidir. Və Ukraynada olduğu kimi Ermənistanın əli ilə Moskvaya zərər vurmaq olarsa, o zaman bu həyata keçiriləcək”. O əlavə edib ki, Makronun siyasəti Ermənistanı ABŞ, Aİ və Rusiya arasında “nifaq alması”na çevirir və bunun üçün Suriya və Ukraynada baş verənlərə baxmaq kifayətdir: “Azərbaycan və Türkiyə kimi iki qonşusu olduğu halda Rusiya ilə düşmənçilik və Qərbdən aydın təhlükəsizlik zəmanətinin olmaması Ermənistanın dövlətçiliyini məhv etməyin ən qısa yoludur”. Matevosyanın fikrincə, Fransa prezidentinin gördüyü işlər Ermənistan üçün çox təhlükəlidir, eyni zamanda, Makronun sözləri həm daxili, həm də xarici auditoriyaya ünvanlanıb: “Makronun sözlərinin hökumətyönlü media tərəfindən necə təkrarlandığına baxsanız, onun Nikol Paşinyanın antirusiya siyasətini dəstəklədiyini başa düşəcəksiniz”. Məsələ ilə bağlı “Vestnik Kavkaza” nəşri yazır ki, İrəvan özünü bataqlığa sürükləyir. Hesab edilir ki, Makronun Parisin guya “xüsusi münasibəti” olduğu Ermənistanı dəstəkləməsi barədə bəyanatı və rəsmi İrəvanı heç vaxt tərk etməyəcəyinə dair verdiyi vəd vasitəçilik missiyasına qətiyyən uyğun gəlmir. Bu fonda Avropa İttifaqı mülki missiyasının Ermənistana gəlişi vəziyyəi daha da çətinləşdirir: “Təbii ki, Moskva indiki geosiyasi reallıqlarda Ermənistan ərazisində Qərb müşahidəçilərinin olmasına dözməyəcək. KTMT və Qərbdən olan müşahidəçilərin bir-birinin yanında yerləşdiriləcəyi bir vəziyyəti təsəvvür etmək çətindir. Ola bilsin ki, Kreml İrəvanın Qərb müşahidəçilərini rədd etməsi üçün əlindən gələni edəcək və İrəvan bunun üçün Rusiyadan üstünlüklər almağa çalışacaq. Yeri gəlmişkən, Ermənistanın Qərb relsindəki təhlükəli diplomatik dönüşlərindən təkcə Moskva çaşqınlığını ifadə etmədi. İran da öz mövqeyini çox incə, lakin ondan az olmayan dəqiqliklə müəyyən edib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi xatırladıb ki, regionun problemləri region ölkələri ilə həll edilməlidir və bəhanə ilə bu problemlərə görə bölgə xarici güclərə açılmamalıdır. Bu vəziyyətdə Bakının mövqeyi necədir? Qərbyönümlü erməni diplomatiyasından fərqli olaraq, Azərbaycan daha sabit mövqedədir. Azərbaycan üçtərəfli bəyanatın müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin tərəfdarıdır. Çünki bu sənəd Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağ iqtisadi rayonundan çıxarılmasını, Zəngilan rayonu ilə Naxçıvan arasında maneəsiz rabitənin, Zəngəzur dəhlizinin yaradılmasını nəzərdə tutur. Ermənistan bu razılaşmaları yerinə yetirmək istəmir və buna tələsmir, müxtəlif bəhanələrlə prosesi ləngidir. Nikol Paşinyan Bakının mövqeyinin nəzərəçarpacaq dərəcədə sərtləşməsindən sonra özünü “Qərb vasitəçiləri” izi ilə sığortalamağa üstünlük verdi. Başqa vaxtlarda bu qeyri-mümkün görünürdü, lakin Rusiyanın Ukraynadakı əməliyyata fokuslanması Moskvanın erməni tərəfində müvəqqəti “zəifliyi” haqda yanlış illüziya yaratdı. Lakin İrəvan yanılır. Azərbaycan üçün indi ən vacib məsələ erməni silahlılarını Qarabağ iqtisadi rayonundan çıxarmaq və Naxçıvanla fasiləsiz əlaqə yaratmaqdır. Amma Ermənistanın yolu mina detektoru olmadan minalanmış sahədən keçməyə bənzəyir. Bir səhv addımı onun bu və ya digər hissəsinin itirilməsi ilə təhdid edən partlayışdır. Məsələn, Ermənistan Qərbin vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasını 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatin (yəni onun müddəalarına istinad etmədən) əvəzi hesab edirsə, ən geci 2025-ci ildə çox güman ki, Laçın dəhlizi boyunca Xankəndi ilə maneəsiz əlaqəni itirəcək. Bakının bundan sonra Zəngəzur dəhlizi məsələsində necə davranacağı məlum deyil. Bakı əsaslı şəkildə etiraz edə bilər ki, sülh müqaviləsinin imzalanması Ermənistanı təslim olduqdan sonra digər öhdəliklərdən azad etmir və Zəngəzur dəhlizi mövzusu yenidən gündəmə gələcək. 2020-ci ilin praktikasından göründüyü kimi, Bakı düzgün anı gözləməyi bilir. Bu fonda  Paşinyan ruslara geri dönsə, bu onun Qərbdəki reputasiyasına düzəlməz zərbə olacaq. O, həm də Zəngəzur dəhlizinin Rusiya və Türkiyənin maraqlarının tələb etdiyi formada həyata keçirilməsi zərurəti ilə üzləşəcək. Bu da, öz növbəsində, tərəflərin Ermənistanın ərazi bütövlüyünə və regionun sərhədlərinin toxunulmazlığına hörmətlə bağlı nə deməsindən asılı olmayaraq, Zəngəzur bölgəsi üzərində Ermənistanın suverenliyini müəyyən dərəcədə məhdudlaşdıracaq. Rusiya ilə Qərb arasında erməni atışması nə vaxta qədər davam edəcək? Açığı, nə Bakı, nə Moskva, nə Brüssel, nə də Vaşinqton İrəvanın nazı ilə oynayacaq. Bakı da, çətin ki, daha çox gözləsin. Moskvanın regiona nə təklif edəcəyi tezliklə məlum olacaq: yaxın vaxtlarda Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli sammitin keçirilməsi təşəbbüsü irəli sürülüb. Bir şey məlumdur - söhbət asan olmayacaq və onun nəticələri ya müsbət, ya da çox qanlı ola bilər”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ