Cümə axşamı günü, 12 noyabr 2026
     

İranın Azərbaycana qarşı ermənipərəst siyasəti daha açıq müstəviyə keçir

Image


İran Azərbaycana qarşı ermənipərəst siyasətinə hələ də son qoymaq niyyətində deyil. Ermənistanı öz qırımızı xətti elan edən İran bu ölkəni indi yeni silahlarla təchiz etmək eşqinə düşüb.

Qeyd edək ki, artıq Ermənistan Rusiyadan daha ucuz və əvvəlki kimi bəzi hallarda havayı hərbi texnika ala bilmir. Rusiya hərb arsenalını Ukrayna cəbhəsinə yönəldib. Bu vəziyyətdə Ermənistan müxtəlif ölkələrə üz tutub. Artıq məlumdur ki, Ermənistan Hindistanla 270 milyon dollar dəyərində silah sazişi imzalayıb. Sazişə əsasən, Hindistan bu ölkəyə “Pinaka” çoxlüləli raket qurğusu, tank əleyhinə raket və sursatlar verəcək. Amma indi İran da Ermənistanı hərbi texnika ilə təmin etmək eşqinə düşüb. İranın erməni əsilli deputatı Robert Beqleryan qeyd edir ki, Ermənistana silah verməyə İrana kimsə mane ola bilməz: “İran, çox güman ki, müvafiq mexanizmlər vasitəsilə məsələni müzakirə etmək və Ermənistana faydalı olmaq istəyini ifadə edəcək. Hazırda iki ölkənin müvafiq rəsmiləri səviyyəsində bununla bağlı danışıqların aparılıb-aparılmadığını deyə bilmərəm. Ancaq istisna etmirəm ki, İran silahının Ermənistana verilməsi imkanları var və olacaq”. Buna paralel olaraq İran yenə sərsəm xarakterli sərhəd bəyanatlarından əl çəkmir. Burada bir daha xatırladaq ki, İran hakimiyyəti 30 illik işğal dövründə bir dəfə də olsun, Ermənistanın “sərhədləri dəyişdirməsinə” etiraz etməyib. Əksinə, hər zaman Ermənistanı müdafiə edib və Azərbaycanın işğala görə Ermənistana tətbiq etdiyi blokadanın nəticələrinə imkan verməyib. Həmçinin Ermənistanın bütün təminatını üzərinə götürüb. Amma Ermənistan-Azərbaycan sərhədində son toqquşmadan sonra İran ermənilər üçün bərk əl-ayağa düşüb. İran Prezident Administrasiyasının nümayəndəsi Məhəmməd Cəmşidi yenidən bildirib ki, Tehran bölgədəki tarixi sərhədlərin və Ermənistana tranzit marşrutlarının dəyişdirilməsinin qəbuledilməzliyini bəyan edir. O qeyd edib ki, bu barədə mövqeyi Astanada səfərdə olan İran prezidenti azərbaycanlı həmkarı ilə görüşdə bir daha təkrar edib: “Görüşdə prezident Rəisi bir daha təkrarlayıb ki, tarixi sərhədlərdə, regional geosiyasətdə və İran-Ermənistan tranzit marşrutlarında istənilən dəyişikliyə İran qəti şəkildə cavab verəcək”.Təbii ki, Tehranın “İran-Ermənistan tranzit marşrutları”na guya hansısa təhlükə yaranacağı barədə sözləri cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin İranın Ermənistana “tranzit yoluna” heç bir aidiyyəti yoxdur. Üstəlik, İran bu yolla ən yaxşı halda 2 milyonluq Ermənistan bazarı əldə edirsə, Zəngəzur dəhlizi ilə on milyonları özündə birləşdirən bazara çıxış əldə edə bilər.
Ermənistan yolu İranı dünya ilə də birləşdirmir. İran, sadəcə olaraq, Azərbaycanın güclənməsinə qarşı çıxır və 44 günlük savaşda ordusunu Azərbaycan əsgərlərinin qarşısına çıxardıb, guya “sərhəd pozulub” bəhanəsi ilə bir sutka “müzakirə” aparmaqla erməniləri xilas etdiyi kimi, indi də Ermənistanın Azərbaycanla danışıqları pozması, 10 noyabr bəyanatını ayaqlar altına atması üçün açıq şəkildə İrəvanı körükləyir. Üstəlik, İran İrəvanın “mülki missiya” adı ilə sərhədə Avropa güclərini gətirməsinə nədənsə sakit qalır. Lakin İranın addımları, əslində, Ermənistanın özü üçün də zərərlidir. Çünki Ermənistanın sülh şəraitində yaşamasının qarşısını alır. Rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov bu fonda qeyd edir ki, İran İrəvanla Bakı arasında sülh müqaviləsini tanımaya və qoşun göndərə bilər: “İran Ermənistan-Azərbaycan sülh müqaviləsini tanımaya bilər və fəsadlar yarana bilər. İran İslam Respublikası hətta öz qoşunlarını bu zonaya göndərməyə hazırdır. Zəngəzur dəhlizi mövzusu İranın həssas yeridir. Yolun Rusiya FTX-nin nəzarətində olması İranı qıcıqlandırır, çünki o qorxur ki, Türkiyə və Azərbaycan rusları qovub, nəzarəti ələ keçirə və türk körpüsü yarada bilər. Məncə, bunların hamısı uydurmadır. Ola bilsin ki, Əliyevlə Paşinyan bu şəxsi söhbətləri kənarda aparır, amma ictimai səviyyədə hələ də önəmsiz bəyanatlar verilir. Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyi var, Ərdoğan Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasını şərt qoyur. İran bütün bu vəziyyətdən razı deyil”. Təbii ki, bütün bunlar İranın onsuz da Azərbaycanda mənfi imicini daha da pisləşdirir. Həm də təbii ki, İran Azərbaycanla düşmənçilik etməkdənsə, daxili məsələlərə diqqət etsə, daha yaxşı olar.

Yeri gəlmişkən qeyd edək ki, ötən ay gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada vəfat etməsindən sonra başlanan etirazlar bütün İranı bürüyüb. İranın təhlükəsizlik qüvvələri ölkə boyunca yayılan etirazları zorla yatırmağa çalışır. İranın Kürdüstan regionunda polis və etirazçılar arasında son toqquşmalarda bir neçə nəfərin öldüyü xəbər verilir. Kürd əhalinin hüquqlarını müdafiə edən “Henqav” təşkilatı beynəlxalq təşkilat nümayəndələrinin sözügedən regionlara gəlişinə imkan verilməsini tələb edib. İranın qərbindəki kürd regionlarını monitorinq edən Kürdüstan İnsan Haqları Şəbəkəsi oktyabrın 13-də Sənəndaj və Kirmanşah şəhərlərində üç etirazçının öldürüldüyünü xəbər verir: “Müxtəlif şəhərlərdə azı 48 etirazçı xəsarət alıb və onlardan birinin vəziyyəti kritikdir”. İran prezidenti İbrahim Rəisi isə ölkədə baş verən etirazlara görə Birləşmiş Ştatları və onun müttəfiqlərini ittiham edib. Ölkədə internetin demək olar söndürülməsinə baxmayaraq, sosial şəbəkələrdə etirazları əks etdirən çoxsaylı videolar yayılır. Bu arada artıq bir neçə gündür ki, İranın neft regionlarında neftçilərin tətillərinin davam etdiyi barədə xəbərlər gəlir. İran İşçilərinin Azad İttifaqı “Asaluye” neft-kimya zavodlarında 30-dək fəhlənin etirazlarda iştiraka görə həbs olunduğunu xəbər verib. Son hadisələri nəzərdən keçirəndə görmək olar ki, İran əhalisində əmmaməlilərə qarşı aqressiya yaranıb. İnsanların “Mollalar rədd olsunlar” qışqırdığı videolar da deyilənlərin təsdiqidir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ