Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist Bəxtiyar Məcidli - Füzulidən Zəngilanadək... - MÜSAHİBƏ

Image


“Biz şəhidliyi qəbul edib müharibəyə getmişdik”

Vətənimizin ərazi bütövlüyünün qorunması, işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində jurnalistlərin də iştirak etməsi həqiqətən də çox qürurvericidir. Həm informasiya cəbhəsində, həm də döyüş meydanlarında düşmənlə çarpışan həmkarlarımız Zəfər  tariximizə öz imzalarını qoyublar.

"Bakı Xəbər" olaraq qazi jurnalistlərlə baglı layihə təqdim edirik. Layihəmizin budəfəki qonağı müharibə başlayandan bitənə qədər Vətənə şərəflə xidmət edən "ATV səhər"in redaktoru Bəxtiyar Məcidlidir.

-Bəxtiyar bəy, 44 günlük Vətən müharibəsinin ikinci ildönümünü yaşayırıq. Əlbəttə, 27 sentyabrdan 9 noyabra qədər olan bu tarix bütün mənalarda unudulmazdır. Bu unudulmaz günü  necə xatırlayırsınız?

- Yadımdadır ki, 2020-ci ilin 27 sentyabr tarixi bazar gününə düşürdü. Bizi zəng edib işə çağırdılar. Əslində, bazar günü iş olmur. Ürəyimə damdı ki, nə isə var ki, bizi bazar günü işə çağırıblar.

-  Ağlınıza müharibənin başlandığı gəldi, yoxsa başqa səbəb axtardınız?

- Bir - iki gün əvvəl sərhəddə təxribat vardı və müharibənin başlanacağına dair şayiələr də dolaşırdı, camaat deyirdi ki, müharibə olacaq. Jurnalist olaraq, təbii ki, biz hər gün erməni təbliğatına qarşı döyüşürük. Həmin gün işə gəldim və axşamüstü təxminən saat 5-də atam zəng vurdu, soruşdu ki, sənə hərbi komissarlıqdan zəng gəlib? Dedim ki, yox, gəlməyib, nədi ki? Dedi evə zəng vurmuşdular ki, oğlunuz hərbi biletini alıb hərbi komissarlığa gəlsin. Dedim yaxşı, gedərəm. Açığı, çox sevindim.

İş yoldaşlarıma dedim ki, məni hərbi komissarlıqdan çağırıblar, onlar da eşidib duruxdular. Soruşdular ki, niyə çağırıblar, nə olub? Dedim ki, yəqin təlim var, ona görə çağırıblar. Sözün düzü, mən də müharibə olacağını bilmədim. Düşündüm ki, yəqin qeydiyyata alırlar, ehtiyac olsa çağırarlar. Getdim komissarlığa, dedilər ki, müharibədir, siz də səfərbərliyə cəlb olunursunuz. Bu hadisə sentyabrın 27-si olub. Onda da hələ Ali Baş Komandanın qismən səfərbərlik haqqında əmri çıxmamışdı. Sənədlərimizi verdik, qeydiyyata aldılar, elə oldu ki, bizi həmin gün aparmadılar.

- Nəyə görə?

- Çünki o qədər könüllü var idi, o qədər adam gəlmişdi ki,  hamını aparmağa  avtobus çatmırdı.

- Müharibəyə çağırılmağınız ürəyinizcə idi yəqin ki...

- Əlbəttə ürəyimcə idi. Sevinirsən, fəxr hissi keçirirsən ki, kənarda qalmadın, səni də müharibəyə çağırdılar. Bir tərəfdən də narahatsan ki, necə olacaq. Müharibə nədir bilmirsən, görməmisən. Müharibəyə çağırılanda 27 yaşım vardı. Müharibəni filmlərdə görmüşdük, bir də ağsaqqalların danışığından eşitmişdik. Sentyabrın 28-də qismən səfərbərlik elan edildi. Sentyabrın 28-də hamı ilə sağollaşıb yola düşdük. Əvvəlcə bizi Mingəçevirə apardılar, N saylı hərbi hissədə yerləşdirdilər, hərbi geyim, silah verdilər, orada iki - üç gün təlim keçdikdən sonra bizi Füzuliyə apardılar. Döyüş yolumuz Füzulidən başladı. Füzulinin relyefi başqa cürdür, dərəli-təpəli yerdir. Düşünürəm ki, nə yaxşı müharibəyə ordan qatılmışıq. Artilleriya, raket ordan atırdı...

- Deyəsən, ən çox itkilərimiz də orda olmuşdu.

- Bəli. Çünki ermənilərin orada çox güclü istehkam xətti var idi, oranı nə aşmaq, nə hücum etmək olurdu, nə də artilleriyanın ora atması mümkün idi. Orada çox çətin, ağır döyüşlər olub.

Biz ora yenicə yerləşmişdik ki, ermənilər bizi artilleriya ilə vurdular. Onda başa düşdük ki, müharibə nədir, biz hara gəlmişik, bizi nə gözləyir. Səngər qazıb içinə girdik, hardasa 3 saatdan çox onlar bizi artilleriya atəşinə tutdular. Təsəvvür edin ki, biz təpənin arasında çadır qurmuşuq, iki təpənin arasında səngərdə idik, onların da atdığı təpənin üstünə düşürdü. Bəxtimiz onda gətirdi ki, təpəyə düşürdü, dərəyə düşsəydi heç birimiz sağ qalmazdıq. Düşmən üzbəsurət döyüşmürdü ki, güllə atasan. 10 kilometr o yandan artilleriya atır... Bu artilleriya döyüşüdür və heç nə edə bilmirsən.

- Füzulidən başlayan döyüş yolunuz harada bitdi?

- Döyüş yolumuz Zəngilanda bitdi. Amma ona qədər Qibadlıya, Xocavəndə getdik, Cəbrayıldan da yolumuz keçdi. Ömrümdə ilk dəfə Xudafərin körpüsünü gördüm... Xudafərin körpüsünü görəndə duyğulandım, qəribə hisslər keçirdim. Xudafərin körpüsünün şəkillərini kitablarda, internet resurslarında görürdüm, amma indi onun özünü canlı şəkildə gördüm. Demək olar ki, bütün tağları dağılmışdı, cəmi bir tağı qalmışdı, orada üçrəngli bayrağımız sancılmışdı. Xudafərin körpüsünü canlı gördüm və dedim ki, demək bu imiş bizim əfsanəvi körpümüz Xudafərin. Cəbrayılda "Vışka" deyilən yerdə çox ağır döyüşlər getdi. Biz oranı alandan sonra ermənilər hətta hücum etdilər ki, oranı işğal etsinlər, amma heç nəyə nail ola bilmədilər. Bundan sonra Zəngilana getdik. Düz müharibə bitənə qədər oranın müdafiəsi ilə məşğul olduq. Biz çox axırda, dövlət sərhədində dayanmışdıq. Orada Sobu kəndi var, o kənddən sonra Rəzdərə kəndi gəlir, o da Ermənistanla sərhəddədir. Biz Sobudan o kəndə nəzarət edirdik ki, ermənilər ora keçməsin. Sentyabrın 28-dən tərxis olunan günə kimi xidmət etmişəm. 2020-ci ilin dekabr ayının 28-də tərxis olunmuşam. Təxminən 90 günüm cəbhədə keçib.

- Müharibəyə getməsəydiniz özünüzü necə hiss edərdiniz?

- Həmişə dostlarıma, yaxınlarıma deyirdim ki, müharibə olarsa birinci gedəcəyəm. Çünki bilirdim ki, məni çağıracaqlar. Əsgərlikdə də ön cəbhədə xidmət etmişəm. Naxçıvanda milli orduda xidmət keçmişəm, Ermənistanla sərhəddə durmuşam, hardasa postlarımızın arası 80-100 metr idi. Bu baxımdan düşünürdüm ki, mənim döyüş bacarığım var  və getməliyəm.

- Əsgərlikdə rütbəniz vardımı?

- Baş əsgər idim, müharibədə baş əsgər oldum, hər ikisində baş atıcı olmuşam. Müharibəyə çağırılanda çox sevindim, çağırılmasaydım çox pis olardım, özümü şanslı hesab etməzdim. Vətən müharibəsində iştirak etdiyim üçün özümü şanslı hesab edirəm. Bu, Vətən borcunu qaytarmaq üçün bir çağırış  idi və mən də onu canla-başla yerinə yetirdim.

- Bəxtiyar bəy, siz müharibəyə gedəndə evdən dedilərmi ki, getmə?

- Ailənin böyük uşağıyam. Özümdən başqa bir qardaşım var. Durum deyim ki, evdən “getmə” demədilər, yalan demiş olaram. Anam ağladı ki, getmə, atam bir az narahat idi. Onlara dedim ki, müharbəyə getmək mənim istəyim, arzum olub, siz bunu bilirsiniz. Atam dedi ki, getmək ürəyincə deyilsə, getmə. Dedim ki, getməliyəm. Sabah heç kəsin üzünə baxa bilmərəm ki, məni müharibəyə çağırdılar getmədim. Atam məni səfərbərlikdən yola salanda orada deyirdi ki, oğlumu aparmayın məni aparın, onlar da “ay dayı, sənin yaşın keçib oğlun getməlidir” cavabını verirdilər.

- Evlisiz yəqin ki?

- Xeyr, subayam.

- Maraqlıdır ki, Azərbaycanda bir nəfər də olsa fərari olmadı, heç kəs bu damğanı alnına yaraşdırmadı. Bəzi qonşu ölkələrdə fərarilik geniş yayılıb...

- Başqa ölkələrdə fərariliyə ciddi yanaşmasalar da, bizdə buna yanaşma başqadır. Türk ənənələrinə görə fərarilik, döyüşdən qaçmaq, vətənin müdafiəsindən yayınmaq kişiyə yaraşmayan davranışdır. Bunun daha çox mənəvi tərəfləri var. Mən şəxsən müharibəyə getməməyi özümə sığışdırmazdım. Heç kəs fərari damğasını özünə yaraşdırmadı. Şəhid olmaq çox-çox şərəflidir, üstündür, biz şəhidlik yolunu seçmişdik. Bu gün qazi, müharibə iştirakçısı adını daşımağın özü çox böyük qürurdur. Şəhid olmağa getmişdik, şansımız gətirib sağ qaldıq. Amma bizə canlı şəhid deyirlər, əslində biz də sağ qalmış şəhidik. Çünki biz şəhidliyi qəbul edib mühariyə getmişdik.

- Bizim döyüşən ordumuzu qələbəyə kökləyən hansı amil idi? Ən çox nədən ruhlanırdınız?

- Bizim əsas motivasiyamız 30 il işğalda olan torpaqlarımızı azad etmək yanğısı ilə döyüşlərə qatılmağımız idi. Hər bir Azərbaycan gənci, uşağından qocasına kimi bütün Azərbaycan vətəndaşları istəyirdi ki, torpaqlarımız işğaldan azad edilsin. Biz başqasının torpağını işğal etməmişdik. Bizim torpaqlarımız işğal olunmuşdu, o müharibəni xalq olaraq istəyirdik. Atəşkəs dövründə bizim nə qədər əsgərimiz erməni təxribatının qurbanı olurdu, cəbhə xəttində şəhid edilirdi. Bu artıq bizi boğaza yığmışdı, buna son qoymaq istəyirdik. Birinci motivasitamız bu idi. İkinci motivasitamız torpaqlarımız idi. Biz o ərazilərimizi canlı olaraq görməmişdik, yalnız şəkillərini görmüşdük, barələrində məcburi köçkünlərdən eşitmişdik. 27 yaşım vardı, amma o torpaqları görməmişdim. 1993 - cü ildə doğulmuşam, həmin dövrdə də torpaqlarımız işğalda idi. Görəsən, "Laçın, Şuşa, Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan necədir" deyirdim. İkinci motivasiyamız o torpaqları görmək istəyi idi. Əsas məqsədimiz isə 30 il gəzdiriyimiz damğadan xilas olmaq idi, ona görə də gecə-gündüz ancaq irəliləmək, daha çox torpağımızı düşmən işğalından azad etmək istəyirdik. Bizə çox güclü xalq dəstəyi göstərilirdi. Biz Mingəçevirdən Füzuliyə gələrkən hərbi kalonumuzun keçdiyi yolların qırağı insanlarla dolu idi, onlar bizə əl edirdilər, alqışlar yağdırırdılar, dualar edirdilər. Kalon dayanan kimi kimin əlində nə vardısa, gümanı nəyə çatırdısa tez gətirib bizə çatdırırdı. Bizi müharibəyə xalqımız yola salırdı. Əsgər məktubları gəlirdi, onları şagirdlər yazırdı, məktubları oxuyurduq, sonra o məktubları qaldığımız çadıra yapışdırırdıq ki, orada qalsın. Bu məktublar bizə ürək-dirək verirdi, biz düşünürdük ki, xalqımız bizi düşünür və bizimlə fəxr edir.

- Unuda bilmədiyiniz anlar olub yəqin ki. O anları, o səhnələri ekrana gətirsəydiniz nələri qabardardınız?

- Əlbəttə, döyüş səhnələri həmişə təsirli olur, bu öz yerində. Mən film çəksəydim iki məqamı daha çox qabardardım. Biz torpaqları azad etdikcə orada dağılan evləri, yurdları, məhv edilmiş, sındırılmış, qırılmış tarix mədəniyyət abidələrini, mədəni irsimizi gördüm. Mən bunlara həm də bir jurnalist gözü ilə baxırdım. Orada Xudafərini o vəziyyətdə gördüm ürəyim sızıldadı. Maddi-mədəni irsimizə qarşı edilən vandalizmi, bir də ayrı-ayrı əsgərlərin şəxsi taleyini, həyatının müxtəlif anlarını qabartmaq istəyərəm. Çünki orada elə adam vardı ki, ailənin tək övladıdır, anasını xəstə qoyub gəlib, bəziləri evin yeganə çörək qazananı olub, başqa birisinin evdə xəstə uşağı qalıb, biri yeni doğulan uşağını görməmişdi, amma onlar bütün bunlara baxmayaraq vətənin müdafiəsinə gəliblər.

Hamımız bir amal uğrunda cəbhədə idik,  bir məqsədimiz vardı - torpaqlarımızı işğaldan azad etmək.

- Qələbə xəbərini harada eşitdiniz?

- Zəfər xəbərini Zəngilanda eşitdik. Post növbəsindən yeni qayıtmışdım və dincəlmək üçün çadıra keçdim, yeni yuxuya getmişdim ki, bir də eşitdik ratsiyadan xəbər verilir: “Diqqət, diqqət bütün bölmələrin nəzərinə, müharibə bitdi, Azərbaycan qələbə qazandı, düşmən geri çəkildi”.  Qələbə qazandığımızı eşidəndə hamımız sevindik. Sevindik ki, düşməni məğlub edib qələbə qazandıq. Biz qələbə qazanacağımızı bilirdik, amma onu yaşadıq.

- Ən böyük arzunuz nədir?

- İstəyirəm özümün şəxsi evim olsun. Ailə qurmaq istəyirəm. Arzularım çoxdur.

- Təltifləriniz varmı?

- “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. “Vətən müharibəsi iştirakçısı” medalını hələ almamışam, amma o birilərini almışam...Onu da, inşallah, alaram.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ