Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Ermənistana sülh sazişi üçün yeni genişləndirilmiş təkliflər verdi

Image


Bakı və İrəvan sülh sazişinin bağlanması və sərhədin delimitasiyası şərtlərini razılaşdırıb. Belə bir açıqlama ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib:

“Biz sülh sazişinin bağlanması şərtlərini müzakirə etdik, yəni ilin sonuna kimi razılaşmamız olacaq. Delimitasiya məsələsində də razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər baş tutsun”. O da qeyd olunub ki, bu barədə razılıq sentyabrın sonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi, Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Vaşinqtonda keçirilən görüşündə əldə olunub. Armen Qriqoryan onu da vurğulayıb ki, Ermənistan Azərbaycandan sülh sazişi üçün genişləndirilmiş təkliflər alıb: “Cenevrədə xarici işlər nazirlərinin görüşü zamanı Ermənistan Azərbaycan tərəfdən təkliflər alıb. Hazırda bu təkliflər üzərində işləyirik. Ümid edirəm ki, biz tezliklə bu təkliflərə cavab verəcəyik və görüşmək, müzakirə etmək imkanı olacaq. Onlar əvvəllər irəli sürülən beş təklifin məntiqinə uyğun gəlir. Bir də blokadanın ləğvi məsələsi var ki, Ermənistanın bu məsələdə mövqeyi dəyişməz qalır”. Kommunikasiyaların açılmasına gəlincə, Qriqoryan qeyd edib ki, blokadalara son qoyulması Azərbaycanın təklif etdiyi beş bənddən biridir. O bildirib ki, bu təkliflərdə Qarabağ məsələsi qeyd olunmur. Təhlükəsizlik Şurasının katibi bir daha vurğulayıb ki, ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası prosesinin başa çatdırılması barədə razılaşma var. Qriqoryan belə bir iddia da səsləndirib ki, Ermənistanla Azərbaycan arasında sərhəd 1929-cu ildə delimitasiya olunub: “Ermənistan, Azərbaycan və Gürcüstan bu prosesdən keçib”. O, müxalifətin Qarabağ erməniləri ilə Azərbaycan arasında dialoq qurmaq istəyinin Ermənistanın yaxasını kənara çəkmək cəhdi olması ilə bağlı ittihamlarını yalan adlandırıb: “Ermənistan bu istiqamətdə işləyir. Biz bunu Qarabağdakı ermənilərlə dəfələrlə müzakirə etmişik və hesab edirəm ki, bu, həll yollarını tapmaq üçün ən yaxşı yoldur”. Xatırladaq ki, bu il oktyabrın 3-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Cenevrədə sülh müqaviləsini və Qarabağda ermənilərin hüquqlarının təmin edilməsini müzakirə ediblər. İndi belə bəlli olur ki, həmin görüşdə Azərbaycan Ermənistana sülh sazişi üçün genişləndirilmiş təkliflər verib. Məsələ ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ermənistan tərəfi bu təkliflərlə tanış olmaq üçün vaxt istəyib. Onun sözlərinə görə, genişləndirilmiş elementlər Azərbaycan tərəfinin sülh müqaviləsi üçün təklif etdiyi beş prinsipi tamamlayır. İndi gözlənilir ki, Ermənistanla sülh danışıqları Azərbaycanın Ermənistana sülh sazişi üçün genişləndirilmiş təklifləri üzrə aparılsın. Bu vəziyyətdə Rusiya və Qərbin sülh üçün hazırladıqları təkliflərin arxa plana keçməsi istisna deyil. Bununla belə, Ermənistanda hakim parlament fraksiyasının katibi Artur Ovanisyan bildirib ki, hazırda Qərbin və Rusiyanın təklifləri müzakirə olunur: “Qərb tərəfdən də təkliflər var, Rusiya tərəfindən də...Mən hesab etmirəm ki, bunun detallarına varmağa ehtiyac var. Çünki xarici işlər nazirlərinin görüşləri planlaşdırılıb, yəni hələ kağız üzərində olmayan söhbətlər var. Odur ki, mən danışıqların nüansları barədə indi danışmağı məqsədəuyğun hesab etmirəm. Düşünürən ki, ən azı diplomatiya baxımından bu səhv olardı. Amma mən əminliklə deyə bilərəm ki, bizim rusiyalı partnyorlarımızın və qərbli partnyorlarımızın təkliflərinə münasibətimiz eynidir. Yəni bizim qırmızı xəttimiz Ermənistan Respublikasının ərazi bütövlüyüdür. Bu, hər hansı eksterritorial yolların müzakirəsini istisna edir. Biz hansı tərəflə daha effektiv həll tapacağıq? Əlbəttə biz açığıq, işləyirik, konstruktivik və sərhədlərimiz ətrafındakı situasiyanı mümkün qədər tez tənzimləməyə çalışırıq”. Ovanisyan bunu da bildirib ki, Cenevrə danışıqlarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması tapşırılsa da, hələ ortalıqda mətn yoxdur. Deputat bildirib ki, bu barədə razılaşdırılmış detallar var və bunlar müzakirə olunur. Ovanisyan detalların nədən ibarət olduğunu açmayıb. O qeyd edib ki, hazırda Azərbaycan və Ermənistanın beynəlxalq partnyorların təkliflərinə münasibəti müzakirə olunur: “Hazırda biz beynəlxalq partyorlarımızın təkliflərini müzakirə edirik. Təbii ki, bu kontekstdə bizim təkliflərimiz və Azərbaycanın təklifləri də müzakirə olunur”. “Azatutyun” radiosu yazır ki, erməni tərəfi öz təkliflərinin nədən ibarət olduğunu bildirməsə də, Azərbaycan İrəvana sülh müqaviləsinin genişləndirilmiş elementlərinin təqdim olunduğunu bildirib. Bakının məhz bu təkliflər əsasında müzakirələrdə israr edəcəyi şübhə doğurmur. Sərhədlərin delimitasiyası məsələsinə gəlincə, burada təbii ki, təkcə 1929-cu il xəritəsindən istifadə olunmayacaq. Bilindiyi kimi, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan rəhbəri olduğu “Aykakan Jamanak” qəzetində Azərbaycanın Ermənistan qarşısında qoyduğu 5 tələbi açıqlayıb. Həmin tələblər bunlardır: Qarabağdakı separatçıların silahlı dəstələri (“müdafiə ordusu”) buraxılır;  Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır; heç bir status olmur, hətta muxtariyyət belə. Ermənistan ərazisindən keçən dəhliz verir (Zəngəzur dəhlizi); Sərhədin delimitasiya və demarkasiyası 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilir; İtkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilir. Deməli, sərhədlərin müəyyən edilməsində 1919-1920-ci illərin və ondan sonrakı dövrün də xəritələrindən istifadə olunacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ