Cümə axşamı günü, 12 noyabr 2026
     

Qərbdə hazırlandığı iddia edilən sülh müqaviləsi Ermənistanda yeni çaxnaşmaya yol açdı

Image


Son günlərdə Ermənistanda geniş müzakirə predmeti olan məsələlərdən biri də Bakı, Ankara, İrəvan və Vaşinqtonun müzakirə predemeti olduğu  iddia edilən sənədlə bağlıdır.

Xatırladaq ki, sosial şəbəkələrdə bu sənədin surəti yayılıb. Belə ki, “Siloviki” teleqram kanalı 27 sentyabr 2022-ci ildə Vaşinqtonda müzakirə edilən sənədi dərc edib. Ehtimallara görə, sənəd Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və milli təhlükəsizlik müşaviri Cek Sallivanın görüşü zamanı müzakirə olunub. Kanalın məlumatına görə, bu sənəd həm də Praqada əsas söhbət mövzusuna çevrilib. Sənəddə xüsusilə iddia olunur ki, tərəflər aşağıdakı addımları atmağı öhdələrinə götürüblər: 1.İki ölkənin xarici işlər nazirləri təqvim ilinin sonuna kimi sülh müqaviləsinin mətnini hazırlamaq və yekunlaşdırmaq üçün danışıqlara başlayacaqlar; 2.Bu ilin sonuna kimi sülh müqaviləsi üzrə danışıqlara paralel olaraq delimitasiya komitəsinin nümayəndələri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını başa çatdırmalıdırlar; 3.Azərbaycan hökuməti “Dağlıq Qarabağ”ın erməni etnik icmasının nümayəndəsi ilə işləmək üçün nümayəndə təyin edəcək və “Dağlıq Qarabağ” əhalisinin hüquq və təhlükəsizliyini müzakirə edəcək. Nümayəndələr müzakirələrin beynəlxalq ictimaiyyət üçün şəffaf olmasını təmin edəcəklər. Tərəflər, həmçinin, Azərbaycanın suverenliyinə xələl gətirmədən beynəlxalq müşahidəçilərin rolunu, eləcə də “Dağlıq Qarabağ”da azlıq qrupunun müdafiəsini təmin etmək məsələsini birgə müzakirə edəcəklər; 4.Tərəflər Azərbaycan və Naxçıvan arasında yerüstü əlaqənin, o cümlədən Ermənistanın Azərbaycan ərazisindən qarşılıqlı çıxışının təmin edilməsi marşrutunun yaradılması üzrə müzakirələrdə iştirakı davam etdirməyi öhdələrinə götürürlər; 5.2022-ci ilin sentyabrında qarşıdurma zamanı saxlanılanların hamısı yaxın günlərdə heç bir şərt qoyulmadan azad edilməlidir (Bu öhdəlik artıq yerinə yetirilib).

Tərəflər arasında müzakirələrin vasitəçisi kimi ABŞ-ın öhdəlikləri: 1.Yeni qarşıdurmaların olmamasını təmin etmək məsələsində tərəflərə etibar etmək; 2.Tərəflərin bu ilin sonuna qədər prosesi başa çatdırmaq üçün danışıqlarda irəliləyişə nail olmasını gözləmək; 3.Nəqliyyat əlaqələrinin blokdan çıxarılması, sərhədlərin delimitasiyası və ərazilərin minalardan təmizlənməsi üçün operativ texniki yardım təklif etmək; 4.Sülh müqaviləsi prosesi və əlaqədar müzakirələrlə bağlı fikir mübadiləsi aparmaq və mümkün maneələri aradan qaldırmaq üçün ilin sonuna qədər bu formatda yenidən görüşməyi təklif etmək”. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Amma erməni tərəfi iddia edir ki, sənəd həqiqidir. Erməni ekspert, “yerevan today” saytının baş redaktoru Sevak Akopyan qeyd edir ki, rəsmi İrəvan tərəfindən sükut dərc olunmuş sənədin həqiqiliyini təsdiqləyir: “Sənədin sızması nəticəsində geniş yayıldığına və heç bir təkzibin olmadığına baxsaq, bu kağızın etibarlı olduğu ortaya çıxır. Bu nə səssizlikdir? Dostlar, sentyabrın 27-də Vaşinqtonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İlham Əliyevin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib. Nəticədə sənəd qəbul edilib, daha sonra Praqada Paşinyan-Əliyev arasında danışıqlar masasına qoyulub. Əgər görməmisinizsə, baxın. Bir sızma nəticəsində bu sənəd ictimaiyyətə açıqlandı. Sənədin çox tirajlanmasına və heç bir təkzibin olmamasına baxsaq, onun son dərəcə etibarlı olduğu ortaya çıxır. Ən məqbul məqamlardan yalnız biri: “Azərbaycan hökuməti Qarabağ xalqının hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmaq üçün erməni etnik icma tərəfindən təyin edilmiş oxşar nümayəndə ilə işləyəcək bir nümayəndə təyin edəcək. Tərəflər Qarabağda yaşayan milli azlıq qruplarının təhlükəsizliyinin qorunmasında etimadın təmin edilməsi məqsədilə Azərbaycanın suverenliyinə müdaxilə etmədən mümkün beynəlxalq müşahidəçi statusunu nəzərdən keçirməkdə davam edəcəklər”. Paşinyan gedib Əliyevlə aktiv görüşlər keçirir ki, Azərbaycanın regionlarından birində Qarabağ xalqı milli azlığa çevrilsin və başında Əliyevin təyin etdiyi nümayəndə ilə müzakirələr aparsın? Nikol müsahibəsində “Qoy Qarabağ Azərbaycanla danışıqlar aparsın, Qarabağın yüksək rütbəli rəsmiləri birbaşa danışıqlara hazır olduqlarını deyirlər” deyir. Siz isə bunu Qarabağın sahibləri kimi yox, Azərbaycanda yaşayan milli azlıq kimi müzakirə edəcəksiniz, təki müəyyən hüquqlarınız olsun. Və başqa bir sual: bu hüquqları əldə edəcəksiniz, ya yox? Etməyəcəyinizə əmin ola bilərsiniz, yalnız sizin hüquqlarınızı müzakirə edəcək bir nümayəndəniz olacaq. Hansı statusdan, təhlükəsizlikdən, hüquqlardan danışırıq, heç nəyə razı olmadılar, heç nəyə nail ola bilmədilər. Bəlkə də danışıqlar aparmasaydıq, daha yaxşı variant ola bilərdi”.  “Ermənistanın səsi” qəzeti də yazır ki, əslində, Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi hələ də mətnlərin hazırlanması və əlaqələndirilməsi mərhələsindədir: “Paşinyan Azərbaycanla müqavilə imzalamaq niyyətini bütün tribunalardan bildirməkdə davam edir. Onun məqsədi Bakının “Dağlıq Qarabağ Respublikası” üzərində suverenliyini tanıyaraq Artsax məsələsini bağlamaqdır. Odur ki, belə bir sual yaranır: Paşinyanın əvvəllər özündə və ümumiyyətlə idarəçilik tərzində müşahidə olunmayan bu qədər piar həvəsi haradan yaranır? Nə üçün o, təslim olma şərtlərini qəbul etməyə hazır olduğunu Ermənistan Respublikasının vətəndaşlarına çatdırmağa tələsir, baxmayaraq ki, bu cür açıqlıq onun xarici siyasət işlərini xalqdan gizli aparma tərzinə əsaslı şəkildə ziddir? Axı xarici siyasət proseslərində keçmiş məxfilik prinsipinin məntiqinə görə, Bakıya və Ankaraya gözlənilən biabırçı güzəştlər barədə ictimaiyyəti vaxtından əvvəl məlumatlandırmaq hakimiyyətin maraqlarına uyğun deyil. Üstəlik, Nikolun hakimiyyətinin bütün 4 il yarımı ərzində erməni cəmiyyəti, müxalifəti və bütövlükdə ölkənin ictimai-siyasi elitası düşmənə ekzistensial güzəştlərdən yalnız faktdan sonra xəbər tutdu. Fikrimizcə, hakimiyyət taktikasının dəyişməsinin iki əsas səbəbi var. Birincisi, niyyətlər haqqında məlumatın açıqlanması Ermənistan cəmiyyətinin və elitasının Bakının şərtləri ilə sülh müqaviləsinin imzalanması nəticəsində ortaya çıxacaq yeni reallığı qəbul etməyə hazır olması üçün zəminləri araşdırmaq məqsədi daşıyır. Paşinyan ictimai reaksiyadan asılı olaraq Əliyev və Ərdoğanla növbəti davranış xəttini quracaq. İkincisi, 10 noyabr tarixli biabırçı sənəd xəbərindən ehtiyatlanan qəzəbli vətəndaşların gecə saatlarında İrəvan küçələrinə axışaraq bir neçə dövlət qurumunu ələ keçirib fiziki zorakılığa əl atdıqları 2 il öncəki təcrübəni yadda saxlayan Paşinyan indi analoji situasiyada tamam başqa cür hərəkət etmək məcburiyyətində qalıb. Kütlələrin narazılığını idarə etmək, etiraz əhval-ruhiyyəsini zaman və uyğun şəraitdə dağıtmaq mövzusunda xarici qüvvələr ona hərtərəfli məsləhətlər verir. Son aylarda Nikol açıq şəkildə “Overton pəncərəsi” prinsipini qəbul etdi və ardıcıl olaraq Artsaxın təslim olması ilə bağlı diskussiyaları cəmiyyətdə irəli sürür, ilk növbədə bu ideyanı “epoxaya” nail olmaq üçün mümkün güzəşt kimi təqdim edir. İndi o, nəyin bahasına olursa olsun, “Artsax” məsələsinin tarixi irsindən qurtulmağın ekzistensial ehtiyacına qəti şəkildə əmindir”. O da qeyd edilir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üşün Vaşinqton da Paşinyana təzyiqləri artırırb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqlaması bu fonda xüsusi diqqət cəlb edir. O qeyd edir ki, ötən ay Nyu-Yorkda ABŞ Dövlət katibinin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü keçirilib. Bu, son toqquşmalardan sonra nazirlərin şəxsən bir araya gəlməsi idi: “Dövlət katibi Blinken eyni zamanda Ermənistan və Azərbaycan liderləri ilə təmasdadır. ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker də hər iki ölkədəki maraqlı tərəflərlə gündəlik əlaqə saxlayır. Ona görə də biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Mən konkret nəticə vəd edə bilmərəm, amma söz verə bilərəm ki, bu bizim üçün prioritet olaraq qalacaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ