çərşənbə günü, 16 sentyabr 2026
     

Babəki xəlifəyə satan Sumbat erməni idimi? IX əsrdə burada erməni?

Image


IX əsrdə yaşamış tarixi Azərbaycan qəhrəmanı, Xürrəmilər Hərəkatının başçısı, 20 ildən artıq ərəb xilafətinə, ərəb işğalına qarşı mübarizə aparan Babək Xürrəmini ərəblərə satan Səhl İbn Sumbatın etnik mənşəyi barədə müzakirələr davam edir. Sovet tarixşünaslığında Səhl İbn Sumbat erməni kimi təqdim edilir, ermənilər də bundan öz xeyirlərinə istifadə edərək bu coğrafiyada “qədim dövrdən” yaşadıqlarını iddia edirlər.

Ərəb və fars mənbələrində Səhl İbn Sumbatın erməni olduğuna dair fikirlər olmasa da, sonradan quraşdırılan erməni mənbələrində onun etnik mənşəyi erməniləşdirilib. Çox təəssüf ki, bəzən Azərbaycan tarixçiləri arasında da bu fikri təbliğ edənlər olub.

Əgər Səhl İbn Sumbat erməni idisə,  onda o, IX  əsrdə bizim coğrafiyada nə edirdi? Babəkin dövründə Azərbaycan ərazisində erməni yaşayırdı ki, Səhl İbn Sumbat da erməni olsun? 

Qeyd edək ki, Səhl ibn Sumbatın milli-etnik kimliyi ilə bağlı ən maraqlı məqamlardan birinə Moisey Kalankaytuklunun "Alban tarixi"ndə rast gəlmək olur. Belə ki, sözügedən tarixi mənbə müəllifi həmin adamı "Çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat" adlandırır. Bir yerdə də onu vəsf edərək "Arranşah" kimi təqdim edir. Akademik Z.Bünyadov isə apardığı araşdırma nəticəsində "Səhl ibn Sumbatın Alban şahlarının nəsli hesab olunan Zermirxakanlar nəslindən olduğunu" bildirir. Daha bir yerdə də onu "alban knyazı Səhl ibn Sumbat" adlandırır. Tədqiqatçı-alimimiz N.Vəlixanlı Səhl ibn Sumbatın alban (alpan) nəslindən olması haqda akademikin söylədiyi fikri həqiqətəuyğun hesab edərək dəstəkləyir, sadəcə Səhlin nəslinin adını "Zermirh" şəklində qeyd edir. Digər tarixçi-alim S.Əliyarlı da eyni mənbəyə istinad edərək, "Səhl ibn Sumbatın alban padşah sülaləsindən olan Zarmirxin nəslindən olmasını" söyləyir. Biz də həqiqətə yaxın olması səbəbindən bu versiyanı dəstəkləyirik. Z.Bünyadov Zermirh deyilən adamı Mehranilər sülaləsinin banisi Mehranın nəvəsi igid Vardanın qızlarından birinin əri kimi qeyd edir. Tədiqatçılar qeyd edir ki, Səhl İbn Sumbat erməni deyil, o, xristian alban nəslindəndir.

  • “Dəqiqi odur ki, satqın olsa da, Babəki ələ versə də, Səhl İbn Sumbat alban nəslindən idi”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbə müdiri, professor Qasım Hacıyev bildirdi ki, “Bakı-Xəbər”ə şərhində bildirdi ki, onun erməni kimi qələmə verilməsi səhv yanaşmadır. “IX-X əsrlərə aid olan mənbələrdə, xüsusən də ərəb və fars mənbələrində çoxlu dolaşıq məqamlar var. O cümlədən də, Azərbaycanla bağlı əksər məsələlər ciddi təhriflərlə, yanlışlıqlara təqdim olunur. Xüsusən də Azərbaycanın bir hissəsinin “Arran”, “Ərməniyyə”  adlandırılması yanlışdır. Ermənilər sonradan bunu mənbə kimi istifadə edib bu ərazinin "Ərməniyyə", "Ərməniyyə"nin də ermənilərə aid olmasını iddia edirlər, hətta bu barədə kitablar da yazıblar. Ter-Avetsyanın "Ərəb xilafəti və Ermənistan" adlı kitabı var. Bunların hamısı dolaşıqlıqlar yaradan məsələlərdir. Sovet dövründə bu yanlış mənbələr əsasında tamamilə bizə əks olan məsələlər yazılıb, təbliğ edilib. Bu gün də mövcud olan bir sıra yanlışlıqlar sovet dövründə ortaya atılan "faktlar"dır. Amma sovetlərdən sonra müstəqillik dövründə aparılan yeni araşdırmalar nəticəsində üzə bir sıra gerçəkliklər çıxdı. Aparılan tədqiqatlar saxtakarlıqların üzünü tam dəqiqliyi ilə açır və ərəb, fars dilini bilənlər tədqiqat apararaq o dövrdə bizə öyrədilən məsələlərin səhv olduğunu üzə çıxarırlar. Eyni zamanda, Səhl İbn Sumbatın etnik mənşəyi barədə faktlar aşkarlanıb. Səhl İbn Sumbat barədə ərəb mənbələrində məlumat var. Onun milliyyəti barədə ərəb mənbələrində məlumat olmasa da, fəaliyyəti haqqında informasiyalar mövcuddur. Səhl İbn Sumbatın Babəkə qarşı çıxması, onu ərəb xilafətinə satması ilə bağlı məlumatlar var. Amma həmin dövrdə heç bir mənbə, eləcə də əvvəlki tarixçilər Səhl İbn Sumbatı erməni adlandırmırdılar. Çünki onlar bilirdilər ki, bizim ərazilərdə o dövrdə erməni olmayıb. Təsəvvür edin ki, ermənilər Baqratiləri və Sumbatyanları da erməniləşdirirlər”. Q.Hacıyevin sözlərinə görə, bunları ermənilər "erməni" hesab edir, amma Baqratilərin də, o birilərin də ermənilərə aidiyyəti yoxdur. “Baqati-Baqratuni yəhudi mənşəli bir tayfanın tayfa başçısı idi. Sərkərdə idi. Səhl Sumbat da erməni deyildi, heç bu ərazilərdə etməni də yox idi. Amma bilirsiz ki, xristian albanlar vardı. Sonradan ermənilər xristian albanların adlarını özlərinə götürdülər. O adların indiki ermənilərin adlarına bənzərliyi olduğu üçün onlar elə bir fikir yaradır ki, guya həmin tayfalar  o vaxtda, bu vaxt da “ermənidirlər”. Erməni alimlərinin bu yanlış təbliğatının təsirinə düşən bəzi azərbaycanlılar, xüsusilə də tarixçi olmayanlar belə cəfəngiyatlar səsləndirir. Tarixçilərin çoxu bu yalanı yazmır. Bir-iki dəfə sovetlər dövründə məliklər, Səhl İbn Sumbat barədə səhv fikirlər gedib. Amma onlar erməni deyildilər. Dəqiqi odur ki, satqın olsa da, Babəki ələ versə də, Səhl İbn Sumbat alban nəslindən idi. Amma o satqın olub, satqın da həmişə olur. O, Babəki nəyinsə xatirinə ələ verib. Əlbəttə, bəzən qısqanclıqdan, xainlikdən, xeyir götürməkdən, hakimiyyətdə qalmaqdan dolayı belə hallar baş verə bilir”- deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO

16.09.2026 / 06:55
ABŞ qüvvələri narkokartelin üzən yanacaqdoldurma stansiyasını okeanın dibinə gömdü

16.09.2026 / 06:32
Tramp üçün impiçment istəyi demokratları ikiyə böldü

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ