Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiyadan Ermənistana gələn Avropa İttifaqı missiyasına qəzəbli reaksiya...

Image


Bilindiyi kimi, ötən həftə baş tutan Praqa görüşündə daha çox diqqət mərkəzində olan məsələlərdən biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlar oldu. Praqada eyni gündə Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə görüş keçirilib.

Görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Bu arada o da bəlli olub ki, Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Ermənistana Azərbaycanla sərhəd boyunca yerləşdiriləcək mülki missiyanın göndərilməsi barədə razılığa gəliblər. “Azatutyun” radiosu diplomatik mənbələrə istinadən yazır ki, bu barədə qərar oktyabrın 11-də Avropa İttifaqının mülki işlər və təhlükəsizlik komitəsinin qapalı iclasında qəbul edilib. Bu missiya tərəflər arasında etimadın gücləndirilməsinə və sərhədin delimitasiyasına kömək etməlidir. Mənbələrin verdiyi məlumata görə, müşahidə missiyasına 50 nəfər daxil olacaq. Bunların hansı ölkələri təmsil edəcəkləri haqda məlumat verilmir. Xatırladaq ki, Ermənistan öz sərhədi boyunca Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsinə razılığını bildirib, Bakı isə bəyan edib ki, bu missiya ilə yalnız Azərbaycana aid məsələlərdə əməkdaşlıq edəcək. Bu da qeyd olunur ki, Avropa İttifaqının mülki missiyası Azərbaycan və Ermənistan arasındakı sərhədin delimitasiya və demarkasiyası ilə məşğul olan komissiya üçün hesabatlar hazırlayacaq.  Bu arada Moskva Brüsseli, nəyin bahasına olursa olsun, Azərbaycan-Ermənistan tənzimləməsinə “soxulmaq cəhdində” ittiham edib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova missiya məsələsini sərt tənqid edib: “Avropa İttifaqının mülki missiyasının Azərbaycan-Ermənistan sərhədi boyu yerləşməsi iki ölkə arasında münasibətlərin nizamlanması, bizim vasitəçilik səylərimizə təzyiq cəhdidir”. O qeyd edib ki, missiyanın yerləşdirilməsi suveren dövlətin qərarıdır. Avropa İttifaqının real imkanlarından danışan Zaxarova qeyd edib ki, 8 il ərzində Berlin və Paris Ukrayna ətrafındakı vəziyyətin qaynar mərhələyə keçməsinin qarşısını ala bilməyib. Mətbuat katibi qeyd edib ki, Rusiya regionda davamlı sülh və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarını Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsində görür: “Biz bu məsələ ilə bağlı Ermənistan və Azərbaycandan olan həmkarlarımızla müntəzəm əlaqə saxlayırıq”. Beləliklə, bu açıqlamadan görünür ki, Rusiya Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin müli missiya üçün Ermənistana gəlişindən narazıdır. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunu təbii sayır və Ermənistanın Rusuyanın mövqeyinə zərbə vurduğunu hesab edir: “Burada Ermənistan köhnə taktikasından istifadə edir. Sözügedən taktikanın məqsədi isə şərti sərhəddə təxribatlar törətməklə gərginlik mövzusunu gündəmə gətirmək və buraya beynəlxalq aləmin diqqətini çəkmək yolu ilə xarici qüvvələri bölgəyə cəlb etməkdir. Bəhs etdiyimiz xarici qüvvələr sərhədlərin delimitasiya və demarkasiyasına kömək, atəşkəs rejiminə nəzarət edəcək missiya adı altında ola bilər. İndi də rəsmi İrəvanın böyük dövlətlərin arxasında gizlənib öz siyasətini davam etdirməyə ümidi var. Qərbin bölgəmizdə Rusiyaya qarşı ikinci cəbhə açma planı da baş verən hadisələrin əsas səbəblərindən biridir. Bölgədə kimin hegemonluğunun təmin olunacağı məsələsi böyük dövlətləri narahat edən məsələdir. Rusiya və onun rəqibi olan Qərb münaqişəni nəzarət altında saxlamaqla regionu idarə etmək istəyir”. Məsələ ilə bağlı rus ekspert Sergey Markedonov bildirir ki, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında əsas moderator olmağa çalışır: “Oxşar hallara baxsaq, bu mənə ən çox Avropa müşahidə missiyasının Gürcüstana göndərilməsini xatırladır. O, 2008-ci ilin payızında, 5 günlük müharibədən sonra yarana biləcək hadisələrin müşahidəsi ilə məşğul olub. Onun Cənubi Osetiyada da olması planlaşdırılırdı, lakin Rusiya buna icazə vermədi”. Onun sözlərinə görə, sülhməramlıların yarışının başladığı göz qabağındadır. Əgər bu ilə qədər Rusiya sülh yolu ilə nizamlanma prosesində lider və hətta eksklüziv moderator kimi qəbul edilirdisə, bu gün Aİ-nin aktivləşməsi müşahidə edilir. O xatırladıb ki, artıq Şarl Mişelin iştirakı ilə Nikol Paşinyanla İlham Əliyev arasında 4 raund danışıqlar olub. Ən geniş formatda həm Fransa, həm də Avropa diplomatiyasında çox fəal olan prezident Emmanuel Makron iştirak edir: “Sonra sərhəddəki müşahidəçilər missiyası ilə Qarabağdakı Rusiya sülhməramlıları arasında qaçılmaz müqayisə olacaq. Aİ Rusiyanın Ukrayna ilə məşğul olduğu, Qafqazın isə sadəcə olaraq öz növbəsini almadığı məqamdan istifadə edərək əsas moderatorun yerini tutmağa çalışır”. Onun sözlərinə görə, bütün bunlar həm də Amerika diplomatiyasının aktivləşməsi fonunda baş verir: “Spiker Nensi Pelosinin Ermənistana səfərindən sonra son iki həftə ərzində bir çox hadisələr baş verdi: ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Nyu-Yorkda görüş, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə görüş. Avropa missiyasının funksiyası yekunlaşdırılmayıb. Demarkasiya və delimitasiyaya da kömək ediləcəyi bildirilir. Uzun müddətdir deyirəm ki, bunu Qarabağ münaqişəsi adlandırmaq olmaz. Qarabağ cəbhələrdən biridir, ikinci cəbhə sərhəddir. Əgər Qarabağ Rusiyanın məsuliyyət zonasındadırsa, o zaman sərhəd zonası (demarkasiya və delimitasiya) Aİ üçün ən prioritet hissəyə çevrilir”. Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan bu problemi həll etmək çox çətindir. Politoloqun fikrincə, Aİ Rusiyanı proseslərdən ciddi şəkildə sıxışdırmağa çalışır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ