Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi jurnalist İsmayıl Hüseynov... - MÜSAHİBƏ

Image


“Deyirdik ki, ya bu bayrağı sancıb qayıdacağıq, ya da ki, bizi bu bayrağa büküb gətirəcəklər”

Azərbaycan mətbuatının 30-a qədər təmsilçisinin Vətən müharibəsində iştirakı onu göstərdi ki, mediamız bütün parametrləri ilə dövlətə, dövlətçiliyə xidmət edir. Zəfər savaşının salnaməsini yaradanların sırasında həmkarlarımızın da olması, söz səngərində mətin dayananların müharibə cəbhəsində də öndə getməsi qürurvericidir.

Vətən çağırdı, onlar da qələmlərini süngüyə çevirib düşmən üstünə vardılar, cəbhələr yardılar, düşmənin başına od ələdilər, onu diz çökdürüb başı uca evlərinə qayıtdılar...

”Bakı-Xəbər”in qazi jurnalistlərlə bağlı layihəsinin budəfəki qonağı “Real” TV-nin əməkdaşı İsmayıl Hüseynovdur.

- İsmayıl bəy, bir jurnalistin döyüşçüyə çevrilməsi çətin olmadı ki?

- Qətiyyən. Çünki jurnalist elə döyüşçü deməkdir. Mütləq deyil ki, əynində əsgər forması, əlində silah səngərdə dayanıb düşmənə güllə atsın. Harda, necə, nə vaxt, hansı formada olmağımızdan asılı olmayaraq biz hər zaman döyüşmüşük, olduğumuz yeri səngər bilmişik və həmişə bayrağımıza xidmət etmişik. İstər 44 günlük Vətən müharibəsindən əvvəl, istər Vətən müharibəsi dövründə, istərsə də postmüharibə dövründə biz yenə də döyüşürük, öz səngərimizi qoruyuruq. Bəli, bu gün şərti olaraq bizim səngərimiz orturduğumuz masa, qarşımızdakı kömpüter, yaxud da ki əlimizdəki smartfondur. Amma biz döyüşürük. İndi informasiya müharibəsindəyik. Bizim amalımız dezinformasiyaların qarşısının alınması, “erməni təbliğatı” ilə mübarizə aparmaq, Azərbaycan dövlətçiliyinə xidmət etməkdir.

- Demək, hər zaman müharibəyə hazır olmusunuz.

- Müharibə başlayan ilk gündən artıq qarşıma məqsəd qoydum ki, müharibəyə getməliyəm və Vətəni müdafiə etməliyəm. Çünki gözümü açıb forma görmüşəm, gözümü açıb bayraq görmüşəm.  Dayım Birinci Qarabağ müharibəsində şəhid olub, atam döyüşüb, qazidir. Mən də onların yolunu davam etdirməli və qisas almalı idim. Müharibənin ilk günündə “Real” TV-nin xəbər qərargahında mütəmadi çalışırdıq və 24 saat fasiləsiz xəbər çatdırırdıq. Bu minvalla Bakıda iki həftə fəaliyyət göstərəndən sonra Gəncəyə ezam olundum. Gəncə hadisələri zamanı baş verənlərlə ölkə ictimiayyətini və dünyanı tanış edirdik. Sonra Tərtərə, Goranboya, Ağdama ezam olunduq, ən qaynar nöqtələrdən məlumatlar çatdırırdıq, öz xidmətimizi məhz o sahədə edirdik. Ancaq bəlli bir məqam artıq insanın qərarlarının dəyişməsinə səbəb olur. O məqam gəldi. Mən Bakıya qayıdandan sonra Səfərbərlik Xidmətinə getdim. Çox böyük təkidlərdən, tələblərdən sonra çox çətinliklə də olsa, Səfərbərlik Xidmətinin məni könüllü kimi müharibəyə göndərməsinə nail oldum. İlk olaraq tamamlanma mərkəzinə, N saylı hərbi hissəyə getdik, orada təlim keçdik, bizi hazırladılar, daha sonra bizim qrupu, yəni Binəqədi Hərbi Komissarlığından yola düşən qrupu yarımqruplara böldülər və biz müxtəlif istiqamətlərdə döyüşlərə cəlb  olunduq. Artıq noyabr ayının 5-də cəbhə bölgəsində idik. Bir qrupumuz Qubadlı, bir qrupumuz Laçın, bir qrupumuz Şuşa, bir qrupumuz Xocavənd və digər istiqamətlərə bölündü.

- Döyüş yolunuz haralardan keçdi?

- Mən və mənim döyüş yoldaşlarımın döyüş yolu Xocavənddən keçdi. Düzdür, təmaslı, yaxın döyüşlərdə iştirak etmədik, əsasən müdafiədə dayandıq. Bizim müharibədə iştirakımız müdafiə xarakterli idi. Çünki xüsusi təyinatlı qüvvələr və ön cəbhənin yarılmasında iştirak edən qüvvələr öndə döyüşürdülər. Biz isə alınan yüksəkliklərin qorunmasında, onların müdafiəsində iştirak edirdik. Təbii ki, hər an təhlükə idi, minomyot, artilleriya atəşi məsafəyə baxmır. Birinci, ikinci, üçüncü cərgədə olan səni bu mərmidən qorumur. Elə oldu ki, 2020-ci ilin 10 noyabrında müharibənin bitdiyini elan etdilər, ancaq xidmət davam edirdi. Çünki əldə olunan yüksəklikləri qoruyub saxlamaq, oradan müdafiəni təşkil etmək artıq bizim üzərimizə düşən ən birinci və vacib öhdəlik idi. Xocavənddən Qubadlının Xanlıq kəndinə, Şuşaətrafı mövqelərə, Laçının Güləbird, Səfiyan ərazilərinə, postlara müdafiəyə göndərildik. Bir müddətdən sonra biz Ağdama bölündük. Yanvar ayının 9-da, müharibənin bitməsindən iki ay sonra tərxis olunub Bakıya qayıtdım.

- Müharibə qan-qada, faciə deməkdir, hər şəhid bir qəhrəmandır, hər qazi bir tarixdir. Siz də qəhrəmanlarımızdan birisiniz və cəmiyyətin, dövlətin münasibətindən razısızmı?

- Özümüzü qəhrəman hesab etmirik. Çünki qəhrəman hesab etsək, artıq potensialımızı və mövcud gücümüzü itirmiş olacağıq. İnsan gərək eyforiyaya qapılmasın. Biz sadəcə borcumuzu yerinə yetirdik. Heç nə güdmədən, heç nə ummadan on dəfə də gedərik. Vətən, dövlət, millət, bayraq anlayışı bəzən ummadan, gözləmədən, qarşı tərəfdən imtiyaz istəmədən insanın qəlbindən, ruhundan, qanından, ideologiyasından, əqidəsindən və təfəkküründən doğan şərtlərdir. Ona görə də, razı, ya narazı olmaq kimi bir haqqımız yoxdur. Çünki biz əsgərik, biz xidmət edirik. Fərqi yoxdur, formanı geyinmişik, yoxsa çıxarmışıq. Xidmət davam edir. Bu bizim bayraq qarışındakı borcumuz idi. Bu borcu yerinə yetirdik. Mən müharibəyə gedərkən hətta anam xəstə idi. Qohumlar mənə deyirdi ki, anan xəstədir, müharibəyə getmə, pis olar peşman olarsan, hər kəsə deyirdim ki, bütün valideynlərə can sağlığı arzulayıram, bütün valideynlər 5, 10, 30 ildən sonra olmayacaq, amma bu torpaq, bu Vətən, bu bayraq olacaq. Hələ də o düşüncədəyəm və bu gün özümü Azərbaycan Silahlı qüvvələrinin əsgəri, bayrağın bir fərdi hiss edirəm. Bu məsuliyyət necə ki, əsgərlikdə günün nizam qaydasında formalaşırdı, gündəlik həyatımızda da bəlli bir nizam-intizamı formalaşdırdıq ki, bu da bizim əqidəmizdən doğan məsələdir.

-  Məktəb vaxtı əllərini ürəklərinin üstünə qoyub "Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu" deyə himnimizi oxuyan uşaqlar böyüyüb qəhrəman oldular. O əsgərlərimizin qəhrəmanlığını ifadə etmək üçün bəlkə də kitablar bəs etməz, elə döyüş  yoldaşlarınız oldumu ki, gözlərinizin önündə şəhidlik zirvəsinə ucaldı? Onlar haqda nə deyərdiniz?

- “Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu” dedikdə təkcə vətəndaş hüququ nəzərdə tutulmur. Ümumiyyətlə, yaradışın bəlli bir hüquqları var və lazım gələndə insan hüquqlarından keçməyi bacarmalıdır. Bu yalnız bir halda baş verir, məqsəd bayraq, torpaq, vətən olanda başqa hüquqlar ikinci plana keçir. Oradakı o qəhrəmanlar düşünmədən, gözlərini qırpmadan öz canlarından keçdilər. Biz bunun şahidi olduq. İnsanlar nəinki öz canlarından keçməyə, özlərini bu Vətın yolunda fəda etməyə razı idilər. Canından keçmək və fəda olmaq fərqli anlayışlardır, çünki insan canından keçə bilər, amma fəda olarkən bütün varlığını, əlində olan və olmayan, sahib olduğu və olmadığı hər bir şeyini fəda edir. Azərbaycanın dörd bir yanından gələn müxtəlif milli mənsubiyyətin nümayəndələri bir bayraq üçün vuruşurdu. Orada heç kəsi qan bağı bağlamırdı, amma tanımadığın, yad bir insan sənə görə öz sinəsini mərmi qarşısına verirsə, deyək ki, bəzən qan bağından da ötə bağlar, hisslər var. Hissə ad qoymaq düzgün deyil. Çünki bəzi hisslər var ki, onların adı sadəcə bayraqdır, Polad Həşimovdur, Çingiz Mustafayevdir, Yaxud Şuşadır. O hiss təfəkkürdən, əqidədən, ruhdan, beyindən, damarlarında axan qandan doğur. Yaradılışdan gəlir.

- Vətən müharibəsinin iki illiyidir. Əlbəttə, ağrı-acılarla yanaşı sinənizə sığmayan qürur daşıyırsız. Qazandığımız qələbənin bir parçası olmaq nə deməkdir Sizin üçün?

- Müharibəyə könüllü yollananda hər zaman deyirdim ki, döyüşə də buraxmasalar, birinci, ikinci cəbhədə olmasam, üçüncü səviyyəli arxa cəbhədə belə əsgərin corabını, paltarını yumaq, onun silahını təmizləmək, ona yemək belə bişirmək bir xidmətdir, yəni ona belə razı idim. Hətta Səfərbərlik Xidmətində deyirdim ki, göndərin orada istənilən işi görüm. Düzdür, burada jurnalist kimi də əsgər rolunda idik, döyüşürdük. İnsanın bu qələbədə payı olur, amma sırf o formanı geyinib ön cəbhədə olmaq, Azərbaycanın simvollarını, emblemlərini, Azərbaycan bayrağını çiynində daşımaq, məsuliyyəti ikiqat hiss etmək başqa bir hiss idi. Ona görə də düşünürəm ki, bu qələbədə bir faiz, yarım faiz payımız varsa nə xoş bizə, borcumuzdur. Biz bunu etməliydik. Elə məsələlər var ki, o barədə götür-qoy, tərəddüd etmək olmaz, qəti qərar verməlidir. Qərar qəti olmalıdır ki, məqsədə nail olunsun. Hamımızın belə bir amalı var idi və biz ona nail olduq. 

- Yenə müharibə olarsa getməyə hazırsınızmı?

- Yenə müharibə olacaqsa gedəcəyəcəm və müharibə olmasa belə, bir əsgər kimi bu bayrağa, bu dövlətə xidmət edəcəyəm. “Ölsək şəhidik, qalsaq qaziyik” – bu bizim şüarımız idi. Deyirdik ki, ya bu bayrağı sancıb qayıdacağıq, ya da ki, bizi bu bayrağa büküb gətirəcəklər. Bizim amalımız o bayrağın dalğalanmasıdır.

- Heç zaman unuda bilmədikləriniz çoxdurmu?

- Cəbhədəki o birliyi, o vəhdəti heç zaman unutmayacağam. Bakıdan cəbhə bölgəsinə çatana qədər yol boyu bizim nəqliyyat vasitəsinə əl edən uşaqları, qadınları, qocaları, əlində olan son tikəsini bizimlə bölüşən qardaş-bacılarımızı heç zaman  unutmayacağıq. Əlində olan bir stəkan suyu, bir parça çörəyi, bir peçenyeni on yerə bölməyi bacaran qardaşları unutmaq mümkünsüzdür. Bu gün hər hər biri ilə əlaqəmiz var, görüşürük, dostluğumuzu davam etdiririk, bu dostluq heç bir dostluğa bənzəmir. Çətin günlərdə canı canından, qanı qanından olmayan, həyatda birinici dəfə gördüyün insanın sənə görə canını təhlükəyə atmaq risqini heç zaman unutmayacağam. Bu kimi amillər insan həyatında həm də onun formalaşması, insanın insan kimi yaşaması üçün çox vacibdir.

- Hansı təltiflərə layiq görülmüsüz?

- “Vətən müharibəsi iştirakçısı” medalı təqdim olunmalıdır, təltif olunmalıyam. Amma hələ ki, siyahı tam hazır deyil, tam olaraq hamıya təqdim olunmayıb. Onu təqdim etməlidirlər. Etsələr də, etməsələr də önəmli deyil, çünki bizim vicdanımız, əqiqəmiz təmizdir, hər kəs öz daxilində bilir ki, öz borcunu yerinə yetirib. Bu gün biz rahatıqsa, bu istənilən təltifdən daha böyükdür, bundan böyük nəticə, bundan böyük uğur ola bilməz...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ