Cümə axşamı günü, 12 noyabr 2026
     

Məğrur Əli Poladın döyüş yolu - Qarabağ Zəfərinin içində tarix... - MÜSAHİBƏ

Image


“Təsəvvür edə bilmirəm ki, müharibə olaydı və mən müharibədən kənarda qalaydım, bu mümkünsüz idi”

Vətən müharibəsində yeni tariximizi yaradan qəhrəmanların səfində Azərbaycan jurnalistikasının 30-a qədər nümayəndəsi də özlərinə məxsus yer tutub. Zəfər yürüşünün yolçularından biri olan tanınmış jurnalist Məğrur Əli Polad şərəfli bir döyüş yolu keçib.

44 günlük müharibə Seyidəhmədli balasının arzularını gerçəkləşdirib, əlində silah düşmənə qarşı döyüşüb, illərlə içində yaslanan öcünü alıb, şəhidlərimizin nigaran ruhunu sevindirib. “Bakı-Xəbər”in qazi jurnalsitlərlə bağlı layihəsinin budəfəki qonağı tanınmış jurnalist Məğrur Əli Poladdır.

- Məğrur bəy, 27 sentyabr 2020-ci il, bu tarix unudulmazdır. Bu gün xalqımızın 30 il gözlədiyi, harayladığı gün idi. Qismən səfərbərlik xəbərinə ilk reaksiyanız nə oldu?

- 2020-ci ilin 20 sentyabrı mənim bütün ömrüm boyu unutmayacağım bir gündür. Həmin gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng vuraraq səhərisi gün Füzuli rayon Hərbi Komissarlığında olmağımı istədilər. İlk olaraq iş yerimdə, daha sonra evdə məlumat verdim. Əlbəttə ki, narahat oldular. Buna baxmayaraq, mən çox sevincliydim. Sentyabrın 21-i Bakıdan rayona gedəcək avtobusu gözləmədim, çox tələsik şəkildə taksi ilə rayona gedirdim, yolda Feysbuk səhifəmdə bir status yazdım. Mənə elə gəlir ki, iki cümləlik o status mənim bütün hisslərimi ifadə edir. Orda qeyd edirdim ki, Vətən çağırdı gedirik, heç nəyə baxmadan, heç nə düşünmədən, təki qələbəmiz və bu qələbədə payımız olsun. Həmin günü illər boyu gözləmişdik. Xüsusi vurğulamaq istəyirəm ki, mənim anadan olduğum kənd 27 il ərzində işğal altında idi. Öz doğma kəndimi, ev-eşiyimi yuxularımda görürdüm, həsrətini çəkirdim. Həmin gün, həmin zəng, həmin çağırış məndə kəndimin geri qayıdacağına böyük ümid yaratdı. Belə demək mümkünsə, yolu uça-uça gedirdim.

- Qələmi silahla əvəzləmək, kompüter arxasındakı rahat yeri cəbhəyə, səngərə dəyişmək nə qədər asan oldu?

- Qələmi silaha dəyişmək əslində çox mürəkkəb prosesdir. Amma deyim ki, bu mənim üçün eyni zamanda həm çox asan, həm də çox çətin  oldu. Asan oldu o mənada ki, mənə illər uzunu gözlədiyim bir xəbər, illər ərzində iştirak etmək istədiyim bir prosesdə iştirakçı olmaq şansı verilmişdi. Yəni mən o qədər rahat idim, ona görə də o qədər asan alındı ki, bir də gözümü açdım ki, əlimdə silah, topumun arxasında düşmən mövqeləri ilə üzbəüz dayanmışam. Belə demək mümkünsə, bu, insanın sinəsini qürurla doldururdu. Eyni zamanda çətinliklər həddən artıq çox idi. Belə deyim ki, hərbi xidmətdə, xüsusilə də müharibə şəraitində həyatın hər bir sahəsində yalnız və yalnız çətinliklərlə üzləşirsən.

Müharibənin ilk günlərində mən öz şəxsi əşyalarımı itirdim. Təxminən iki həftə sonra yaxın bir dostum yanımıza gəlmək imkanı tapmışdı. O məndən nə istədiyimi soruşdu, ilk növbədə ondan diş firçası və diş məcunu istədim. Belə bir maraqlı hal baş verdi. İstər qidalanma, istər gigiyena, istərsə də yatmaqla və s. bağlı çətinliklər çox idi.  Deyə bilərəm ki, hərbi geyimdə, botinkada, gecələr yataq kisəsində quru torpağın, kötüklərin üzərində yatmaq, əlbəttə, çox narahat idi, amma insana o qədər xoş gəlirdi ki... Sən öz doğma torpağındasan və sən nə üçün gəlmisən, bu çətinliklərə nəyin naminə dözürsən, bunları düşünəndə heç bir çətinlik gözə görsənmirdi. Su ilə bağlı böyük çətinliklərimiz olurdu. Çox az miqdarda su ilə gündəlik tələbatımızı ödəməyə məcbur olurduq.

- Amma bu gün arxaya boylananda “qələbə naminə bütün bunlara dəyərmiş” deyirisiz yəqin ki?

- Belə düşünürəm, həmişə də belə fikirdə olmuşam ki, çətinliklər, çəkilən əziyyətlər müəyyən vaxtdan sonra unudulur, geridə qalan təəssüratlar olur. Müharibənin gedişatında bir çox hallarda elə kəskin situasiyalar yarandı ki, mən ölümə çox yaxın oldum. Hətta müharibənin son günlərində Şuşa yaxınlığında yaralandım da. Bütün bunlardan çıxış edərək demək istərdim ki, kimin sağ qalacağını, kimin şəhid olacağına əvvəlcədən demək mümkün deyil. Ümumiyyətlə, müharibənin gedişatında istər əsgər, zabit, istər yuxarı komandanlıq heç kəs sağ qalmaq haqqında düşünmürdü. Biz yalnız və yalnız verilmiş tapşırığı məsuliyyətlə axıra qədər yerinə yetirmək, ata-baba torpaqlarımızın azad olunması üçün yaranmış bu tarixi fürsətdən mümkün qədər çox bəhrələnmək haqda düşünürdük. Yalnız torpaqlarımızı azad etmək haqqında düşünürdük.

- Belə başa düşdüm ki, siz müharibəyə getməyə hazır vəziyyətdə olmusunuz həmişə, bir himə bənd imişsiniz...

- ...Ötən 30 ilə yaxın müddət ərzində xalqımızın içində bir qisas hissi alovlanırdı. Biz xalq olaraq ilk növbədə özümüzə, daha sonra isə bütün dünyaya sübut etməliydik ki, əslində bu cür məğlubiyyətə, bu cür vəhşiliklərə layiq bir xalq deyilik. Biz hər kəsə sübut etməliydik ki, Qarabağ və ətraf rayonlar Azərbaycanın qədim, əzəli torpaqlarıdır, Azərbaycanın tərkibində də olmalıdır. Eyni zamanda yüz minlərlə məcburi köçkünümüz öz doğma torpaqlarına qayıtmalıdır. Bütün bu amillər, eyni zamanda atəşkəsin sürdüyü uzun illər ərzində baş verən müxtəlif insidentlər, təmas xəttində baş verən lokal döyüşlər, xüsusilə də vurğulamaq istəyirəm ki, 2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri bir daha sübut edirdi ki, bizim düşmənimiz danışıqlar masasında hər hansı güzəştlərlə torpaqlarımızı geri qaytarmağa, hansısa razılaşmaya imza atmağa hazır deyil. Bütün bu səbəblər xalqımızda bir əminlik yaratmışdı ki, müharibə qaçılmazdır. Əgər torpaqlarımızı geri qaytarmaq istəyiriksə, müharibəyə gedəcəyik. Ona görə də, heç bir kəsdə tərəddüd yox idi. Atəşkəsin hökm sürdüyü 30 ilə yaxın dövrdə Azərbaycan təmkinlə istər dövlət, istərsə də cəmiyyət səviyyəsində sülhpərvər xalq olduğunu, məsələnin sülh yolu ilə həll olunmasına sadiqliyini göstərməyə çalışdı. Eyni zamanda biz müharibəyə də hər an hazırlaşırdıq, müharibənin qaçılmaz olduğunu dərk edirdik. Sadəcə olaraq bir sıra beynəlxalq güclər, bizim qarşımızda olan qüvvələr istədiyimiz addımları atmağa, müharibəni daha tez başlamağa, torpaqlarımızı azad etməyə imkan vermirdilər. Nə yaxşı ki, belə bir tarixi şərait yetişdi, bütün Azərbaycanın gözlədiyi gün gəldi, atəş əmri verildi. Əlbəttə, bu müharibədə iştirak etmək böyük bir şansdır, böyük bir xoşbəxtlikdir. Təsəvvür edə bilmirəm ki, müharibə olaydı və mən müharibədən kənarda qalaydım, bu mümkünsüz idi. Müharibə ilə bağlı tərəddüdlərimizin olmamasını müharibənin gedişatında da əyani şəkildə müşahidə etdim.

- Yəqin ki, maraqlı və yaddan çıxmaz anlar da yaşamısınız.

- Bir maraqlı detalı demək istərdim. Müharibənin ikinci-üçüncü həftəsi gedirdi, yağış yağmağa başladı. Mən hərbi maşınımızın kabinəsində oturub yağışın bitməsini gözləmək qərarına gəldim. Əlbəttə ki, atəşlər dayanmadan davam edirdi. Qapını bağlayarkən güzgü mənə tərəf fırlandı və mən təxminən 15 gündən sonra ilk dəfə özümü güzgüdə görüm, özümü tanımadım və diksindim. Yəni güzgüdən saç-saqqal basmış, kirli, arıq bir sifət mənə baxırdı. 

- Doğmalarınızla əlaqə saxlamaq sarıdan problem olmurdu ki?

- Təbii ki, problemlərdən biri arxamızda qoyub getdiyimiz doğmalarımızla əlaqə saxlamaq baxımından idi. Biz anlayırdıq ki, onlar sutkanın 24 saatı olduqca narahatdırlar, bütün fikirləri bizim yanımızdadır. Eyni zamanda əlaqə saxlayıb onları hər şeyin yaxşı olduğuna inandırmağa da müharibə şəraiti olduğu üçün elə də imkan olmurdu. 

Belə düşünürəm ki, “müharibədə yalnız hərbiçilər qalib gəldi” fikri yanlışdır, müharibəni udan, qalib gələn bütün Azərbaycan xalqı oldu. Hər bir kəsin bu qələbədə özünə məxsus payı var. Yəni biz müharibənin gedişatında əlimizdə silah birbaşa iştirak edirdiksə, eyni zamanda arxadan insanlarımız son tikələrinə qədər bizimlə bölüşürdülər, təqaüdçülər öz təqaüdünü hərbiyə verirdi. Ailəmizin, xalqımızın dəstəyi bizə mənəvi güc verirdi, istəyirdik ki, tezliklə torpaqlarımızı azad edək.

Bir-iki məqamı xatırlamaq istəyirəm. Evlə əlaqə saxlayarkən oğlum  məndən ilk olaraq soruşdu ki, ata, neçə erməni öldürmüsən? Başa düşürsüzmü, oğlum məndən hesabat istəyirdi. Demədi ki, necəsən, nə vaxt gəlirsən, niyə qayıtmırsan? Mən müharibədəydim deyə qardaşım oğlu, kiçik yaşlı uşaq olmasına baxmayaraq, nə qədər təkid etsələr də öz ad gününün keçirilməsinə imkan verməmişdi...

- Vətən müharibəsinin iki illiyidir. Əlbəttə, ağrı-acılarla yanaşı sinənizə sığmayan qürur daşıyırsız. Qazandığımız qələbənin bir parçası olmaq nə deməkdir Sizin üçün?

- İki il əvvəl müharibədə iştirak etmək, torpaqlarımızın azad olunmasında rol almaq doğrudan da qürurverici bir hadisə idi. Zaman ötdükcə, bunu daha aydın şəkildə təsəvvür edəcəyəm. Demək istəyirəm ki, 27 il ərzində öz torpaqlarının işğalını heç cür qəbul etməyən və öz doğma kəndi, ev-eşiyini yuxularında həsrətlə gözləyən bir insan kimi, müharibənin başlanması və atəş əmrinin verilməsi, çox qəribə də olsa, mənim üçün çox xoş xəbər idi.

- Təbii, ailəniz narahatlıq içində idi. Sizin içinizdə inam var idimi ki, müharibədən sağ-salamat zəfərlə dönəcəksiniz?

- Müharibədə iştirak etdiyimə görə, bütün müharibə iştirakçılarında olduğu kimi, ailə üzvlərim həddindən artıq narahat idilər. Həyat yoldaşım, övladlarım, gecə-gündüz yatmayıb Allaha dualar edən anam, qardaşlarım, dostlarım, iş yoldaşlarım, hər kəs narahatlıq içində idi. Mən isə müharibəyə könlümün istəyi ilə gəldiyimi, hər şeyin yaxşı olduğunu və metr-metr yalnız irəliyə getdiyimizi çatdıra bilmirdim... Özümə gəlincə, sağ qalıb, yoxsa şəhid olacağıma bir əminliyim olmasa da, qələbə çalacağımıza əmin idim. O proseslərin birbaşa iştirakçısı kimi, ətrafda baş verənləri, hərbiçilərimizin, əsgərlərimizin, gənclərimizin ruh yüksəkliyini, ürəkdən döyüşlərə atılmasını, çətinliklərə, ölümə-itimə baxmayaraq yalnız və yalnız irəli getmək, qisas almaq, torpaqlarımızı azad etmək haqqında düşüncəsini o dərəcədə aydın şəkildə hiss edirdim ki, bu qüvvənin, bu istəyin qalibiyyətlə nəticələnməməsi mümkünsüz idi.

- Müharibədən qayıtdıqdan sonra mülki həyata, mülki geyimə alışmaq çətin olmadı ki?

- Bu o qədər də asan olmadı. Mən müharibədə yaralanmışdım və bir neçə ay ərzində həkim nəzarətində oldum, müalicə aldım. Yalnız son dövrlər mülki həyata qayıda bilmişəm. Mülki həyata qayıtmaq asan olmasa da, eyni zamanda inandırıcı da deyildi. Daha doğrusu, insana inanılmaz gəlirdi. Tərxis olunmaq haqqında kağızı alıb 104 gündən sonra Bakıya qayıtdıqdan sonra Qarabağa, ötən günlərə doğru baxanda inana bilmirdim ki, belə bir hadisə baş verdi, Zəfər savaşında iştirakçı oldum və ailəmin də yanına döndüm...

- Sizə göstərilən münasibətdən razısınızmı?

- Bir qazi jurnalist olaraq, həm cəmiyyətin, ətrafımdakı insanların, eyni zamanda iş yerindəki dostlarımın, rəhbər şəxslərin və dövlətin diqqətindən, qayğısından tamamilə razıyam...

- Müharibədən kitab yazmaq istəyirsizmi?

- Müharibədən kitab yazmaq istəyərdim. Əvvəla, müharibədə bir qələm adamı kimi iştirak etməyin hardasa bir çətinliyi və bir üstünlüyü var. Sən ətrafında baş verənlərə bir yaradıcı, ziyalı gözü ilə yanaşırsan eyni zamanda. Bu səni müharibənin müəyyən yazılmış və yazılmamış normalarında müəyyən çətinliklərlə üz-üzə qoyur. Digər tərəfdən isə, bu sənin üzərində bir məsuliyyət də yaradır. Qələm adamı müharibə iştirakçısı olarkən bütün prosesləri bir xronologiyalaşdırmaq, sənədləşdirmə haqqında da düşünür. Açığı, o hadisələri qələmə almaq üçün çox fikirləşdim, bəlkə nə vaxtsa kitab yazacağam. Onu da deyim ki, müharibənin gedişatı ilə bağlı fikirlərim hələ də sahmanlı şəkildə deyil, digər tərəfdən, hardasa bir narahatlığım var ki, bəlkə də mən hər şeyi olduğu kimi qələmə ala bilmədim. Həmişə dediyim bir fikri təkrar etmək istəyirəm, müharibədə iştirak edən hər bir şəxs, tutduğu vəzifədən, yaşından, yaralanıb, sağ qalıb, şəhid olmasından asılı olmayaraq, hər biri qəhrəmandır. Hər bir müharibə iştirakçısı Azərbaycan dövlətinin, cəmiyyətinin xüsusi münasibətinə layiqdir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ