Cümə günü, 13 noyabr 2026
     

Azərbaycançılıq ideyası Qarabağda erməniəsilli vətəndaşların cəmiyyətimizə inteqrasiyasının uğurlu təminatıdır

Image


Bu gün Azərbaycan üçün postmühribə dövründə əsas prioritetlərdən biri də Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasında qalan ermənilərin ölkə cəmiyyətinə inteqrasiya edilməsidir. Təbii ki, Qarabağ münaiqşsinin 30 illik tarixini nəzər aldıqda bunun o qədər də asn proses olmayacağını bəri başdan demək olar.

Məsələnin siyasi, hüquqi, sosial-iqtisadi və digər çoxtərfli əsaslara ilə yanaşı, ideoloji kökü də mövcuddur. Yəni Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün ideolojo müstəvidə də iş aparılmalıdır. Bunun üçün azərbaycançılıq ideyasının onlar arasında təbliği artıq zəruri şərt kimi çıxış edir.

  • Azərbaycanın sülh, əməkdaşlıq üçün mövcud yanaşmasına heç bir alternativ mövcud deyil

Məlumdur ki, azərbaycançılıq ölkəmizdə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət quruculuğunu da özündə ehtiva edir. Bu ideyanın kökündə həm də Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Bunu Qarabağ ermənilərinə də aşılamaq zəruri şərt kimi çıxış edir.

İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra Azərbaycanın xarici siyasətində regionda sülhün, sabitliyin bəqərar olması, Ermənistanla münasibətlərin normallaşdırılması prioritetlər sırasında yer alır. Bu kontekstdə Azərbaycanın postmünaqişə dövründə səyləri regionda istənilən yeni müharibə risklərinin minimuma endirilməsinə, qarşılıqlı əlaqələrin qurulmasına, möhkəm özülə əsaslanan sülhün əldə olunmasına yönəlib. Azərbaycanın sülh, əməkdaşlıq üçün mövcud yanaşmasına heç bir alternativ mövcud deyil. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması, dialoq və sülh naminə atdığı addımları, konkret nəticəyə hesablanan fəaliyyətini təqdir edir. Dünya qəbul edir ki, Azərbaycanın fəaliyyəti Ermənistanı regionda dinc, yanaşı yaşamaq və əməkdaşlıq qurmaq üçün konstruktiv addımlar atmağa təşviq etməyə hesablanıb. Sülh, əmin-amanlıq üçün Azərbaycan postmünaqişə dövründə əməli addımlar atıb, konkret təşəbbüslər irəli sürüb. Bununla Azərbaycan təkcə sözdə yox, əməldə də sülh tərəfdarı olduğunu Ermənistan daxil olmaqla bütün dünyaya sübut edib. Artıq Ermənistanda, eləcə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalan ermənilərin də ölkəmizin sülh niyyətinə inam və əminlik var. Elə bundan irəli gəlir ki, Ermənistan sülh üçün Azərbaycanın təklif etdiyi beş prinsipi qəbul etdiyini bildirib. Həmin prinsiplər üzrə sülh müqaviləsinin əldə edilməsi istiqamətində konkret fəaliyyətə start verilib. Bu məsələ brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüşdə yenə diqqət mərkəzində yer alıb. Məsələ ilə bağlı Şarl Mişel qeyd edib: “Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, sərhəd regionuna əsas diqqəti yönəltdik. Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik...Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər... Sülh sazişinə gəlincə, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər”. Bütün bunlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyinin yaxın tezlikdə baş tutacağını istisna etmir. Məhz həmin vaxt Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası daha da aktuallaşacaq.  

  • Qarabağ erməniləri də azərbaycançılıq ideyasının daşıyıcıları olacaqlar

Qeyd edək ki, son dövrlərdə Rusiya sülhməramlıları qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı maraqlı proseslər baş verir. Onlar tərəfindən də Azərbaycana müsbət siqnallar daxil olmaqdadır. Xatırladaq ki, prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bununla bağlı çox mühüm açıqlamalar verib: “Qarabağda yaşayan ermənilərdən müsbət ismarışlar gəlməkdədir və ilkin kontaktlar da başlayıb. Bu, bir daha bizim niyyətimizin təzahürüdür. Onlar vahid Azərbaycan dövlətində iqtisadi inkişafda iştirak edə, özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər”.

İstər Ermənistan cəmiyyəti, istərsə də Qarabağda yaşayan ermənilər Azərbaycan əhalisinin həyat səviyyəsinin onlarla, eləcə də dünyanın bir çox ölkələri ilə müqayisədə kifayət qədər yüksək olduğunu, sabitlik içində, təhlükəsiz şəraitdə yaşadığını yaxşı görürlər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində həyata keçirdiyi abadlıq-quruculuq işlərinə, bu yerləri gülüstana çevirməsinə Qarabağda yaşayan ermənilər bilavasitə şahidlik edirlər və bu da onların hadisələrə baxışlarının dəyişməsində az rol oynamır. Bundan başqa, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə, sosial rifah halının yüksək səviyyədə olmasına təminat verə bilən yeganə ölkə də məhz Azərbaycandır. Bu fonda Qarabağda qalan ermənilərə xitabən prezident İlham Əliyevin səsləndirdiyi aşağıdakı fikirlər həmin ermənilər üçün xüsusi aktuallıq kəsb edir: “Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar. Düşmənçiliyə son qoymalı, separatçıları təcrid etməlidirlər. Bunun da faydasını görəcəklər”. Hazırda Qarabağdakı ermənilər sırf xaricdən yardımlar hesabına yaşayırlar və  layiqli həyat tərzindən məhrumdurlar. Onlar  işğal dönəmində zəbt edilmiş Azərbaycan ərazilərində həyata keçirdikləri genişmiqyaslı iqtisadi fəaliyyətdən məhrumdurlar. Məhz bu şəraitdə Qarabağdakı ermənilər burada qala bilmək, layiqli həyat tərzi sürmək üçün Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bununla onlar rifah və təhlükəsiz halda yaşamaq imkanı əldə edəcəklər. Əks halda buranı tərk edib səfalətin hökm sürdüyü Ermənistana və ya digər ölkələrə getməli olacaqlar. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə Qarabağda qalan erməniləri öz vətəndaşı olaraq qəbul etdiyini bəyan edib. Eyni zamanda o da diqqətə çatdırılıb ki,  ölkənin digər sakinləri kimi Qarabağda yaşayan ermənilər  üçün də laqyiqli yaşam üçün bütün zəruri şərait yaradılacaq. Qarabağdakı ermənilər onu da nəzərə alırlar ki, monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir. Ən əsası, Azərbaycanda bütün etnik qruplar, o cümlədən etnik ermənilər sülh və ləyaqət içində yaşayırlar. İndi ermənilər qəbul edir ki, Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkədir. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilir. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycançılığın mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Bu vəhdət sırasında ermənilər də yer ala bilərlər. Milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu sırada tezliklə Qarabağ ermənilərini də görmək ehtimalı artır. Bunu Azərbaycan dövlətinin fəaliyyəti də şərtləndirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ