Cümə günü, 13 noyabr 2026
     

Vahid Ələkbərov Kremlin müharibə siyasətinə qarşı çıxdı: hələlik digər milyarderlərin səsi çıxmır...

Image


Rusiyanın neft nəhənglərindən olan “LUKoil” şirkəti ilə Kreml arasında münasibətlərin olduqca gərgin bir mərhələyə keçməsi gözlənilir. Buna əsas səbəb Azərbaycan əsilli iş adamı, şirkətin prezidenti Vahid Ələkbərovun Ukraynada gedən savaşa Rusiyanın rəsmi dairələrindən, o cümlədən prezident Valdimir Putindən fərqli münasibət bəsləməsidir.  

Məsələ burasındadır ki, “LUKoil” şirkətinin Direktorlar Şurası Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağırıb. Direktorlar Şurasının şirkətin sərmayədarlarına, əməkdaşlarına və müştərilərinə ünvanladığı müraciətdə Ukraynada baş verən faciəvi hadisələrdən narahatlıq ifadə olunur, silahlı qarşıdurmaya tezliklə son qoyulmasına və münaqişənin danışıqlar yolu ilə həllinə çağırış edilir. Qeyd olunur ki, şirkət bütün ölkələrdə və regionlarda fəaliyyətini sabit davam etdirməyə, dünyanın hər yerində istehlakçılarının enerji ilə etibarlı təminatına çalışır: “LUKoil” öz fəaliyyətində sülhün, beynəlxalq münasibətlərin və humanitar əlaqələrin möhkəmlənməsinə səy göstərir”. Xatırladaq ki, Rusiyanın ikinci böyük neft şirkəti olan “LUKoil”un Direktorlar Şurasına 11 nəfər, o cümlədən şirkətin prezidenti Vahid Ələkbərov daxildir. Müraciətdə “LUKoil”un Ukraynada hərbi əməliyyatların dayandırılmaına çağırış etməsi Kremlin mövqeyindən fərqlənir. Belə ki, Vladimir Putin istənilən halda hərbi əməliyyatların davam etdiriləcəyini bildirib. Bu, Rusiya prezidenti ilə Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığında bir daha öz təsdiqini tapıb. Rəsmi məlumatlara əsasən, Putin fransalı həmkarını xarici vətəndaşların Ukrayna ərazisindən təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb. O, xüsusilə Xarkovda Ukrayna güclərinin girovluğunda olan hindistanlı böyük bir tələbə qrupunu xatırladıb. Makron Kiyev rəhbərliyi ilə müvafiq iş aparacağına söz verib. Putin isə Rusiyanın Ukraynadakı humanitar problemlərin həlli üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu təsdiqləyib. Bununla belə, Rusiya prezidenti ölkəsinin hərbi əməliyyat öhdəliklərini istənilən halda yerinə yetirəcəyini bildirib. O qeyd edib ki, danışıqlar prosesinin uzanması Moskvanın Kiyev qarşısında əlavə tələblərinə yol açacaq. Putin deyib ki, Qərb ölkələri, o cümlədən Fransa Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etmək üçün heç bir iş görməyib.

Putinlə yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukraynada hərbi əməliyyatların dayandırılmayacağını bəyan edib: “Rusiya danışıqlara hazırdır, amma Ukraynadakı hərbi əməliyyatı davam etdirmək niyyətindədir. Hazırda hərbi əməliyyat aparılır. Əməliyyatın məqsədləri dəqiq müəyyən edilib. Bunlar Ukraynanın demilitarizasiyası, denasifikasiyası və Ukraynanın NATO-ya qoşulmayacağı ilə bağlı zəmanətin verilməsidir. Biz danışıqlar aparmağa hazırıq. Ukraynalı həmkarlarımıza bizim mövqeyimiz bəllidir. Bizə söz veriblər ki, danışıqların növbəti mərhələsində öz mövqelərini təqdim edəcəklər. Biz danışmağa hazırıq, amma əməliyyatımızı davam etdirəcəyik, çünki Ukrayna ərazisində Rusiyanın təhlükəsizliyinə təhdid törədən infrastrukturun qalmasına imkan verə bilmərik”. Həm Putinin, həm də Lavrovun açıqlamaları göstərir ki, Rusiya Ukraynada hərbi əməliyyatları davam etdirməkdə israrlıdır. Belə bir vaxtda Vahid Ələkbərovun əks mövqe sərgiləməsi, hərbi əməliyyatların dayandırılmasına çağırış etməsi onun Putinə qarşı çıxması deməkdir. Belə halları isə Putin heç bir oliqarxa bağışlamır. Ekspertlər qeyd edir ki, Vahid Ələkbərovun Putinə qarşı çıxması sərvətini sürətlə itirməsi ilə bilavasitə bağlıdır. Qeyd edək ki, Vladimir Putinin Ukraynaya hücum qərarından sonra rusiyalı milyarderlərin sərvəti azalıb. Belə ki, Rusiyanın 21 ən varlı şəxsi bu il ümumi olaraq 84 milyard dollar itirib və bu proses davam edir. Milyarderlər hücumdan sonra cəmi bir gündə 39 milyard dollar itirib. Bu, ötən həftə ölkənin birja bazarında 50% ucuzlaşmaya gətirib çıxarıb. Bu həftə ərzində də itkilər davam edib. Rusiya milyarderləri arasında ən çox itki verən Vahid Ələkbərovdur. O, bu il 14 milyard dollar, yəni öz sərvətinin 60 faizini itirib. “Bloomberg”ə görə, onun indi sərvəti 8,8 milyard dollardır. Rusiyanın ən zəngin adamı Vladimir Potanin 6,2 milyard dollar itirib və hazırda sərvəti 24,7 milyard dollara düşüb. Onun prezidenti olduğu “Norilsk Nikel”in səhmlərinin qiyməti London birjasında 56 faiz ucuzlaşıb. Ural Mədən-Metallurgiya Şirkətinin prezidenti İskəndər Mahmudov milyarderlər siyahısından tamamilə çıxıb. Andrey Melniçenko bu il qazanc əldə edən yeganə rusiyalı milyarderdir. “Bloomberg”ə görə, onun sərvəti əsasən şəxsi gübrə şirkəti “EuroChem” və termal kömür firması SUEK-dən əldə edilir. Hələ Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl ABŞ və Böyük Britaniya artıq rus oliqarxlarına və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etmişdi. “Reuters”in məlumatına görə, Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən şəxslər arasında Putinlə yaxın əlaqələri olan oliqarx Gennadi Timçenko da var. Onun sərvəti bu il 11,3 milyard dollar azaldıqdan sonra indi 11,1 milyard dollar təşkil edir. Lakin indiyə kimi, Vahid Ələkbərov istisna olmaqla, digər oliqarxlar Putinin müharibə siyasətinə qarşı çıxış etməyib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ