Suriya prezidenti Bəşər Əsəd rejiminin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərilib.
"HaberGlobal" kəşfiyyat mənbələrinə istinadən Bəşər Əsəd tərəfindən Rusiyaya göndərilən muzdluların Ukraynaya gediş marşrutunu da açıqlayıb.
Bildirilir ki, Suriyadan çıxan muzdlular Ermənistana aparılır. Ermənistandakı Erebuni aviabazasında toplanan bu əsgərlər Rusiyanın nəzarətində olan Şimali Osetiyadakı Mozdok şəhərinə, oradan da Rusiya heyəti ilə birlikdə Ukraynaya göndərilir.
Bildirilir ki, Rusiya Bəşər Əsədin Ermənistan vasitəsilə göndərdiyi bu muzdlularla Suriyada olduğu kimi Ukraynada da qeyri-sabitlik yaratmağı hədəfləyir.
TAHİR