BMT-nin Yaşayış Məskənləri Proqramının (UN-HABITAT) icraçı direktoru (BMT Baş katibin müavini statusunda) xanım Maimunah Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdam şəhərinə səfər edib.
Trendin Qarabağ bürosunun məlumatına görə, qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Nümayəndə heyəti Ağdam Şəhidlər Xiyabanını və Dram Teatrını ziyarət ediblər, Ağdam Şəhərində İlk yaşayış binasının tikintisi ilə yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycana 3 günlük səfər çərçivəsində UN-HABITAT proqramının icraçı direktoru ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.