Rusiya və Ukrayna qüvvələri arasında şiddətli toqquşmaların baş verdiyi Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verib.
Dünyanın 10 ən böyük atom elektrik stansiyasından biri kimi tanınan Zaporojye Atom Elektrik Stansiyasının yerləşdiyi Ukraynanın Enerhodar bölgəsində Rusiyanın hücumları davam edir.
Az əvvəl isə şəhərin meri Dmitri Orlov Rusiya qüvvələrinin bölgəyə hücumu zamanı stansiyanın vurulduğunu və yanğının başladığını bildirib.
Ukrayna yanğını söndürmək üçün əraziyə daxil ola bilmədiklərini, Rusiyanı hücumları dərhal dayandırmağa və yanğınsöndürənləri əraziyə buraxmağa çağırıb.
Stansiyada hazırda partlayışların baş verdiyi bildirilir.
Qeyd edək ki, bir neçə saat əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Rusiya tanklarının Zaporojye nüvə stansiyasının yanındakı qəsəbəyə daxil olduğunu bildirmişdi.
Ukraynanın xarici işlər naziri Kuleba, Rusiya ordusunun Zaporojye atom elektrik stansiyasını hər tərəfdən atəşə tutduğunu deyib.
"Rusiya ordusu Zaporojye atom elektrik stansiyasını hər tərəfdən atəşə tutur. Partlayış olarsa, ölçüsü Çernobıldan 10 dəfə böyük olacaq" - Kuleba deyib.
Adı açıqlanmayan Ukrayna hökumət rəsmisi isə "Associated Press" agentliyinə atom elektrik stansiyasının yaxınlığında radiasiya səviyyəsinin artdığının qeydə alındığını deyib.
Zaporojye Atom Elektrik Stansiyasının sözçüsü Andriy Tuz, toqqu.ma zamanı obyektdəki 6 reaktordan birinin vurulduğunu və yanğının baş verdiyini bildirib: “Həmin reaktor təmirdədir və işləmir, amma içərisində nüvə yanacağı var".
Son məlumatlara görə, ukraynalı yanğınsöndürənlərin əraziyə daxil olmasına icazə verilib.
Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyası və dünyanın 10 ən böyük atom elektrik stansiyasından biri kimi tanınır.
Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ölkənin şimalındakı rus qoşunları Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ələ keçiriblər.
4 obyektdə 15 aktiv nüvə reaktoru olan Ukrayna elektrik enerjisinin təxminən yarısını bu elektrik stansiyalarından təmin edir.
Stansiya rəhbərliyi
TAHİR