Cümə günü, 13 noyabr 2026
     

Ukraynadan Polşaya keçid etmiş QHT rəhbəri hansı müsibətlərdən qurtardı?

Image


“Qışın soyuğunda, gərginlik içində Polşa sərhədində qaldığımız 15 saat müddətində bizimlə heç kəs maraqlanmadı”

“Fevral ayının 12-dən rəhbərlik etdiyim İSBAM-ın üç nəfərlik nümayəndə heyəti Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən “Xocalı-30” layihəsi çərçivəsində Ukrayna Respublikasında səfərdədir. Biz Kiyevdə, Nikoloyev və Xarkov şəhərlərində Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlər keçirdik. Sonuncu tədbirimiz fevralın 25-i və 26-da Dnepropetrovsk şəhərində olmalı idi. Amma çox təəssüflər olsun ki, müharibə başladı və müharibə dönəmində mən və əməkdaşlarımız Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunda qaldıq və fəaliyyətimizi konsulluqda davam etdirdik. Azərbaycan vətəndaşlarına, insanlarımıza həm təxliyə olunmaqları, həm onların düzgün informasiyalarla təmin olunmaqları, həm də Azərbaycana düzgün məlumatların çatdırılması, tələbələrimizin hadisələrlə bağlı məlumatlandırılması, maarifləndirilməsi sahəsində dəstək göstərdik. Biz Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanovla çiyin-çiyinə faəliyyət göstərdik, əlimizdən gələni etdik. Şiddətli döyüşlər zamanı biz 5 gün Fəxri Konsulluqda qaldıq. Amma sonra Xarkovda vəziyyət nəzarətdən çıxdığı üçün oranı tərk etdik. Çox təəssüflər olsun ki, Xarkov kimi gözəl şəhəri rus qoşunları darmadağın edib. Biz Xarkovdan çıxdıq və özümüzlə xeyli sayda azərbaycanlı tələbəni də çıxardıq. Hazırda da Xarkovdan Moldova və Lvov istiqamətinə qatarla təxliyə davam edir. Təəssüflər olsun ki, Polşa sərhədində 15 saata yaxın qaldıq. Dünən səhər saat 7-də Polşa sərhədçiləri qapıları açdılar, bizi içəri buraxdılar. Amma qışın soyuğunda, gərginlik içində Polşa sərhədində qaldığımız 15 saat müddətində bizimlə heç kəs maraqlanmadı”.

Bunu “Bakı-Xəbər”ə Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının Polşada yaşadığı problemlər barədə danışarkən İSBAM sədri Samir Adıgözəlli bildirib. S.Adıgözəlli deyir ki, Polşa dövləti açıq qapı elan edibsə, gərək insanların bu qədər incidilməsinə yol verməsin: “Orada Azərbaycandan başqa ölkələrin də vətəndaşları vardı. Ukraynadan təxliyə olunan insanlara normal insani  münasibətlə yanaşılmalı olduğu halda biz onu görmədik. Şərt təxliyə olunanlara qapıları açmaq deyil, həm də əziyyət çəkmiş insanları normal qarşılamaqdır. Təəəsüflər olsun ki, normal münasibət görə bilmədik. Sərhəd qapılarını açdılar, pasportlarımıza möhür vurdular və sərhəd idarəsindən ayrılan kimi üzərimizə avtomatı dirəyib düz qapıda dayanan avtobusa minməyə məcbur etdilər. Dedilər ki, mütləq bu avtobusa minin, amma bizi hara apardıqlarını demirdilər. Ukraynadan çıxanda bizə başqa cür deyilmişdi. Biz oradan çıxanda bizim dispor təşkilatına, sonra səfirliyimizə gəlməli idik. Onlar bizi orada yerləşdirməli idilər və bizi təşkil olunan çarter reysi ilə ölkəmizə göndərməli idilər. Təəssüflər olsun ki, bizi Azərbaycanın Polşadakı səfirliyindən bir adam qarşılamadı. Halbuki, vətəndaşlarımızı orada qarşılamaq üçün səfirliyin bir nümayəndəsi olmalı idi. Bu insanların hamısı ora hansısa iş üçün gedən insanlardır, yəni gəzməyə, istirahətə gedən insanlar deyildilər. Elə biri mən. Şəxsi işim üçün Ukraynaya gəlməmişdim və ölkəmiz üçün əhəmiyyətli olan bir beynəlxalq layihənin həyata keçirilməsi üçün orada idim. Kimin hansı məqsədlə bura gəlməsindən asılı olmayaraq insanlarımızı səfirlik əməkdaşları qarşılamalı idi. Ukraynadakı səfirimizin fəaliyyəti yartmaz olduğu kimi, digər ölkələrdəki səfirliklərimizin fəaliyyətindən də indiki halda razı qalmaq mümkün deyil...

Bizi 5 saat avtobusda ac-sussuz saxladılar. Ondan sonra 10 saat da Polşa ilə Almaniyanın sərhəd şəhərinə yol gəldik. Həmin müddət ərzində də bizə avtobusda yalnız su verdilər. Polşa polisi özü də bizimlə çox kobud rəftar edirdi, heç bir suala cavab vermirdi. Polşa polisinin rəftarını öz ölkəmə hörmətsizlik hesab edirəm. Məsələ ilə bağlı müraciət etdim. Heç bir nəticə olmadı. Hazırda Almaniya ilə sərhəddəyik. Vəziyyət çox acınacaqlıdır. Camaatı buz kimi bir stadiona salıblar. Bizə bir parça çörək, bir stəkan çay, bir ədəd də sosis veriblər. Bu, insanlara qarşı nə münasibətdir? Türkiyə də qaçqınları qəbul etmişdi. Görün Türkiyə Suriyadan gələn qaçqınları necə qarşılamışdı. Yaxud da Azərbaycana gələn bir qaçqın, bir qonaq heç vaxt belə qarşılana bilməz. Polşa höküməti bizimlə sanki bir əsir kimi davranırdı. Elə bil ki, Ukraynaya o raketləri biz atmışıq, sanki raketlərin altından gələn biz deyilmişik. İndi gözləyirik, görək Almaniya ilə sərhəddə taleymiz necə olacaq, vətənə necə gələcəyik”.

S.Adıgözəlli onu da əlavə etdi ki, Azərbaycanın Polşadakı səfirliyində olan konsulumuz Kamran müəllimlə iki-üç dəfə danışıb: “Kamran müəllimin  son sözü belə oldu ki, Polşa hökuməti bu cür qəbul edib. Amma bu söz deyil ki? Heç kəs yerindən durub vətəndaşın qabağına gəlmək istəmir. Belə olmaz. Biz gələndə gördük ki, hansısa bir kiçik ölkənin səfirliyinin əməkdaşları yolda avtobusu saxladılar, onlar öz vətəndaşlarını götürüb apardılar. Heç kəs bizimlə maraqlanmaq istəmir. Bu məsələlər ümumi görüntü yaratmaqla olmaz”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ