Cümə günü, 13 noyabr 2026
     

Bu da “Azadlıq radiosu” - səsgücləndirici, azan səsi ermənilərin hüququnu pozur?

Image


Qərbin bəzi kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qərəzli informasiyalar tirajlanmaqdadır. “Azadlıq radiosu” yenə də Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatını davam etdirir. Növbəti reportajlarından birində “Azadlıq radiosu” Azərbaycana qarşı növbəti qərəzə yol verib. 

Radionun erməni xidməti növbəti dəfə Azərbaycanın ərazi suverenliyinin əleyhinə qərəzli reportaj hazırlayıb. Reportajda bildirilir ki, ermənilərin Qarabağda səngər qazmasının, hərbi obyektlər salmasının qarşısını almaq məqsədilə Azərbaycan səsgücləndiricilər vasitəsilə onlara müraciət edib və bu, onlarda qorxu yaradıb. Eyni zamanda, Azərbaycan torpaqlarında azan oxunması ermənilərdə narahatlıq yaradıb.

  • “Ermənilər azan səsindən narahat olmamalıdır, separatçıların cinayət əməllərindən narahat olmalıdırlar”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, “Azadlıq radiosu” öz əzəli anti-Azərbaycan mövqeyindən əl çəkmək istəmir. “Qərb mətbuatında bu kimi qərəzlərdən, ikili standartlardan çıxış edən yazıları görərkən onlardan təəccüblənməyə dəyməz. Çünki biz dəfələrlə Azərbaycana qarşı qərəzli münasibətin şahidi olmuşuq. Yəni bu ilk hal deyil. Nəinki Qərb mətbuatı, eləcə də bir sıra Qərb təşkilatları, onların tabeliyində olan qurumlar Azərbaycana qarşı hədsiz dərəcədə qərəzlər nümayiş etdiriblər. Təbii ki, bu yolverilməzdir. Lakin bu gün "Azadlıq Radiosu" nun faktiki olaraq Azərbaycanın əleyhinə, separatçıların xeyrinə olan bir reportaj hazırlaması, qərəzli şərhlər verməsi bir daha sübut edir ki, Azərbaycan tərəfi bu kimi məsələlərdə qəti şəkildə birmənalı olaraq əks fikirlərini çatdırmalıdır. Eyni zamanda, bu gün "Azadlıq radiosu" separatçı ermənilərin, quldurların Azərbaycanın azan səsindən narahat olduqlarını yazırsa, bu zaman 30 il işğal altında qalmış ərazilərimizdə dağıdılmış məscidlərimiz, dini ocaqlarımız haqqında niyə bir kəlmə də olsun fikirlər bildirmir? Ermənilər azan səsindən narahat olmamalıdır, separatçıların cinayət əməllərindən narahat olmalıdırlar. Bu radio separatizmi təbliğ etməkdən çəkinməlidir.

O da məlumdur ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra kifayət qədər xarici mətbuat nümayəndələri Azərbaycana gəliblər. Elə mətbuat  nümayəndələri olub ki, onlar zamanda Azərbaycana qarşı qərəzli mövqe göstəriblər və gəlib hər şeyi gözləri ilə gördükdən sonra nə qədər yanıldıqlarının fərqinə varıblar. Ağdamda, Füzulidə, Xocavənddə, Zəngilanda və digər ərazilərdə dağıdılan məscidlərimizi, pirlərimizi, qəbiristanlıqlarımızı və s gördükdən sonra anlayıblar ki, əsl vandal kimdi, hansı xalqdı, hansı dövlətdir. Bu gün "Azadlıq radiosu" özündən siyasi şəbihlər çıxarmaq əvəzinə obyektiv yanaşma ortaya qoysun, yaxşı olardı təmsilçilərini xarici media nümayəndələrinin tərkibində Azərbaycana göndərsin. "Azadlıq radiosu" gəlib görsün ki, ermənilər bizim abidələrimizi, məscidlərimizi nə günə qoyublar. Azan səsindən narahat olmağa dəyməz. Çünki bu torpaqlar Azərbaycanındır və Azərbaycan torpağında azan səsinin yüksəlməsi təbiidir. Ümid edirik ki, hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimiz də separatçılardan təmizlənəcək və azan səsi orada bərpa ediləcək məscidlərimizdən yayılacaq. Oradakı ermənilər isə narahat olmasınlar. Əgər onlar Azərbaycan vətəndaşları olmaq istəyirlərsə, rəsmi Bakının buna heç bir tərəddüdü, etirazı yoxdur. Onlar istədikləri vaxt Azərbaycan vətəndaşlığını qəbul edib bu ölkədə yaşaya bilərlər. Düzdür, bu indiki zamanda elə də inandırıcı görünmür, amma zaman keçdikcə onlar anlayacaqlar ki, hansı siyasi dairələrin, hansı siyasi manqurtların qurbanına çeviriliblər”.

R.Rəsulov bildirdi ki, “Azadlıq radiosu” gəlib Bakının mərkəzindəki erməni kilsəsindən yazsın, Azərbaycanda fəaliyyət göstərən onlarla kilsəni, sinaqoqu təbliğ etsin, Azərbaycanın necə tolerant, multikultural dövlət olduğunu göstərsin. “O ki qaldı Azərbaycanın separatçılara xəbərdarlıq etməsinə, əlbəttə, bizim suveren ərazilərimizdə kimlərsə müharibəyə hazırlaşır, səngərlər, dayaq nöqtələri qazırlarsa, buna qarşı layqli cavablarını alacaqlar. Bu, Azərbaycanın suveren hüquqlarıdır. Əslində “Azadlıq radiosu” həmin torpaqlara qayıdacaqları günü gözləyən azərbaycanlıların azad hüquqları haqqında yazmalıdır, onların hüquqlarından bəhs etməlidir. 5-10 nəfər separatçının işğalçı mövqeyini “ədalətli” mövqe kimi təqdim etməməlidir. “Azadlıq radiosu”nun bugünə qədər Azərbaycan haqqında bir dəfə də olsun müsbət fikir səsləndirməməsi artıq mətbu orqanın hansı məzhəbə qulluq etdiyini açıq şəkildə göstərir. Ona görə də, bu radionun hər hansı bir qərəzli fikir səsləndirməsindən təəccüblənməyə dəyməz”-deyə R.Rəsulov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ