Cümə günü, 13 noyabr 2026
     

Dünyanı alt-üst edəcək nüvə silahları işə salınır?

Image


Bilindiyi kimi, bir neçə gün əvvəl Rusiya özünün nüvə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirib. Bununla bağlı prezident Vladimir Putin əmr verib. Müdafiə naziri, ordu generalı Sergey Şoyqu artıq Rusiyanın nüvə qüvvələri də daxil olmaqla, strateji təyinatlı raket qüvvələri, Şimal və Sakit Okean donanmaları, uzaq məsafə aviasiyasının xüsusi döyüş növbətçiliyi rejiminə keçdiyini vurğulayıb: “Strateji qüvvələrin komandanlıq məntəqələrində növbələr keçirilir. Raket Qoşunları, Şimal və Sakit Okean donanmaları və Uzaqmənzilli Raketli Aviasiya Komandanlığı gücləndirilmiş heyətin döyüş növbətçiliyinə başlayıb”.

Bütün bunlardan sonra indi dünyanı narahat edən məqam Rusiyanın üvə silahından istifadı edib-etməyəcəyi ilə bağlıdır. Qeyd edək ki, nüvə silahını məhdud ərazidə düşmən qüvvələrini məhv etmək üçün də tətbiq etmək olar. Bu zaman əsasən top mərmilərindən istifadə edilir. Eləcə də bu prosesdə az zənginləşdirilmiş uran istifadə edilir. O üzdən, belə silahların Rusiya tərəfindən Ukraynada tətbiq ehtimalı yüksək dəyərləndirilir. Dağıdıcı gücü böyük olan nüvə silahlarından istifadə edilməsi isə bütün dünyanın sonu deməkdir. Xatırladaq ki, Rusiya bir qədər əvvəl qurudan atılan  9M729 qanadlı mərmini sınaqdan çıxarıb. 2500 kilometr məsafə qət edə bilən bu mərmi dünyanın ən uzun mənzilli, tam zərbə vurmaq tutumuna sahib ikili istifadə mərmisi olaraq tanınır. Bu cür mərmilərin nüvə müharibəsi təhlükəsini artıracağına dair artıq çoxsaylı xəbərdarlıqlar edilir. Ümumiyyətlə isə, nüvə sursatı aşağıdakı siniflərə bölünür: aviasiya bombaları; müxtəlif məsafəli taktiki, operativ taktiki, ballistik və qanadlı raketlərinin döyüş blokları; dərinlik bombaları, lövbər və alt minaları; artilleriya mərmiləri; torpedolar (dəniz torpedalarının başlıqları); mühəndis minaları, fuqaslar. Texniki daşıyıcılar tərəfindən çatdırılan nüvə yüklərinə əlavə olaraq, insan tərəfindən daşınan və diversiya qruplarının istifadəsi üçün nəzərdə tutulan kiçik gücə malik sursatlar da mövcuddur. Məhz belə silahların müasir döyüşlərdə istifadə ehtimalı yüksək dəyərləndirilir. Belə silahlar cəbhədə və düşmən müdafiəsinin yaxın dərinliyində onun canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün hazırlanır. Bunlar fonunda BMT Baş katibi Antoniu Quterreş Rusiyanın nüvə qüvvələrini həyəcan vəziyyətinə gətirməsini, nüvə müharibəsi fikrinin ağlasığmaz olduğunu vurğulayıb: “Biz Ukraynada faciə ilə üzləşirik. Bu, böyük regional böhrandır və potensial olaraq bizim hamımız üçün fəlakətli nəticələri ola bilər. Rusiyanın nüvə qüvvələri yüksək həyəcan vəziyyətinə gətirildi. Bu, dəhşətli inkişafdır. Nüvə müharibəsi fikri sadəcə olaraq ağlasığmazdır. Nüvə silahının istifadəsinin heç bir bəraəti ola bilməz”.

Düzdür, Rusiya belə silahdan istifadə olunmayacağını bildirir. Amma bəzi şərtlərinin olmasını da bəyan edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Əl-Cəzirə” telekanalına müsahibəsində bu xüsusda vurğulayır: “Üçüncü Dünya müharibəsi baş versə, nüvə silahı ilə və dağıdıcı olacaq... Amma özünün nüvə silahını əldə etmək planlarına başlayan Kiyev hakimiyyəti beynəlxalq təhlükəsizliyi təhdid edir. Rusiya Federasiyası Ukraynanın nüvə silahı əldə etmək istəyi ilə bağlı real təhlükəyə reaksiya verməyə bilməz və bunun qarşısını almaq üçün bütün tədbirləri görür”. Sergey Lavrov onu da bildirib ki, ABŞ-ın nüvə silahlarının Avropada olması Rusiya üçün qəbuledilməzdir: “Onları evə qaytarmağın vaxtıdır!”. Qeyd edək ki, hazırda Rusiya dünyada ən çox nüvə başlıqlarına sahib olan ölkədir. Belə ki, Rusiya 6257 nüvə başlığına sahib olmaqla dünyada liderdir. Amerika 5550 nüvə başlığı ilə ikinci yerdə qərarlaşıb. Fransa 300, Çin 250, İngiltərə 215, Pakistan 140, Hindistan 130, İsrail 80, Şimali Koreya isə 60 nüvə başlığına malikdir. Xatırladaq ki, 1991-ci ilə qədər Sovet İttifaqının 10200 nüvə başlığı olub. Fövqəldövlətin süqutundan sonra bu silahların əhəmiyyətli hissəsi Rusiya ilə yanaşı, yeni yaranan üç respublikada cəmləşdi: Ukraynada (1700), Qazaxıstanda (1216) və Belarusda (1120). Amma sonradan Ukrayna, Belarus və Qazaxıstanın tərksilah edilməsi ABŞ-ın vasitəçiliyi ilə baş tutdu. Məhz Vaşinqton gənc respublikaları strateji silahlardan əl çəkməyə sövq edən əsas gücə çevrildi. Amerika siyasətçiləri ukraynalıların nüvə silahlarına nəzarət etmək qabiliyyətinə şübhə ilə yanaşırdılar və onun Şərqi Avropada yayılmasına qəti şəkildə qarşı idilər. Üç ölkənin birdən-birə “nüvə klubu”na daxil olması nə Rusiyaya, nə ABŞ-a, nə də başqa ölkələrə lazım idi. Yenidənqurma dövrünün total korrupsiyası şəraitində amerikalılar həm də adıçəkilən üç ölkənin bu raketləri başqalarına satacağından qorxurdular. 1994-cü ildə imzalanan  Budapeşt Memorandumu da bu səbəbədən ərsəyə gəldi. Nüvə silahlarından imtinaya görə Ukrayna Budapeşt Memorandumunda təsbit olunmuş yaxşı iqtisadi imtiyazlar, eləcə də təhlükəsizlik zəmanətləri əldə etdi. Əsas müddəalara görə, üç böyük dövlət - ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın mövcud sərhədlərinə hörmətlə yanaşmağa, BMT-yə qoşulmasına və böhran zamanı kömək etməyə, nüvə hücumundan qorumağa, həmçinin Kiyevə qarşı hər hansı güc tətbiq etməməyə və iqtisadi təzyiq göstərməyəcəklərinə söz verdilər. Oxşar zəmanətləri bir müddət sonra Fransa və Çin də verdi. Beləliklə, aparıcı dünya dövlətləri Ukraynanın tərksilah olmasını alqışladılar. Ancaq Kiyevin başqa seçimi yox idi. Atom silahlarını verməkdən imtina edəcəyi halda, ölkə siyasi baxımdan Qərbdən təcrid vəziyyətinə düşəcəkdi. Fevralın 21-də Rusiya hökuməti “DXR” və “LXR”-i rəsmən tanıdıqdan sonra Ukrayna prezidenti Volodimir  Zelenski Budapeşt Memorandumunun müddəalarına yenidən baxmaq niyyətində olduğunu açıqladı. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamalarına görə, Ukrayna həqiqətən də strateji silahlar yarada bilər. Lazımi sənədlər, təlim məktəbləri, uran mədənləri və hazır daşıyıcılar şəklində qalmış sovet mirasını nəzərə alsaq, ukraynalılar üçün bunu etmək İran və ya Şimali Koreyadan xeyli asandır. Rusiya Ukraynaya hücumunu həm də bununla əsaslandırır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ