Cümə günü, 13 noyabr 2026
     

Bakı və Ankara Qafqazın yeni arxitekturasını cızır, İrəvan sülh şərtini qəbul edir

Image


Məlumdur ki, İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra Azərbaycan regionda sülh və əməkdaşlıq mühitinin bərqərar olması üçün bir çox mühüm təşəbbüslər irəli sürüb. Bu fonda Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması şərtilə  yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistana konkret təkliflər ünvanlayıb.

Ermənistan daxilində fəaliyyət göstərən və revanşist mövqe sərgiləyən qüvvələr də hər vəchlə sülh prosesinə əngəl olmağa çalışırlar. Erməni kilsəsi də eyni prizmadan çıxış edir. Bu qüvvələr Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində normallaşma, sərhədlərin açılması, iqtisadi əlaqələrin bərpasına qarşı çıxaraq düşmənçiliyi davam etdirməkdə israrlıdırlar. Halbuki, həm erməni diasporu, həm də revanşist qüvvələr sülhə qarşı antoqonist mövqedən çıxış etməklə ən böyük zərbəni Ermənistanın özünə vurmuş olurlar. Proseslərin gedişi göstərir ki, revanşistlərdən fərqli olaraq, Ermənistan hakimiyyəti proseslərə daha ayıq başla yanaşmağa çalışır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi fikirlər də təsdiq edir. Bu haqda danışmazdan öncə qeyd edək ki, Ermənistan parlamentində “hökumət saatı” zamanı çıxış edən Nikol Paşinyan müxalifət deputatlarının ittihamları ilə üzləşib. Paşinyan müxalifətin “Dağlıq Qarabağ ərazisinin 75%-ni Azərbaycana təhvil verdiniz” ittihamlarını rədd edib. O deyib ki, bu rəvayət 44 günlük müharibədən sonra hakimiyyətin əleyhdarlarının çıxışlarında daim səsləndirilir. Müxalifət deputatları “ərazilərin 75%-i” dedikdə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafını təşkil edən və 30 ilədək işğalda saxlanılan 7 rayonu nəzərdə tutublar. Həmçinin bura Şuşa və Hadrutu da daxil ediblər. Paşinyan parlamentdə “Hayastan” blokunun deputatı Ripsime Stambulyanın iradına cavab olaraq, müxalifət qruplarından Qubadlı şəhərinin onlar üçün Qubadlı və ya “Sanasar” olduğunu açıqlamağı tələb edib: "Əgər bu Qubadlı yox, Sanasardırsa, bəs niyə sizin liderləriniz olan Robert Köçəryan və Serj Sarkisyan  20 il ərzində bu ərazilərin təhvil verilməsi ilə bağlı danışıqlar aparıblar? Və bunu açıq şəkildə ediblər. Bu proses gizli olmayıb. Sizin qəbul etdiyiniz “Madrid prinsipləri”nin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın. İndi mənə deyin, satqınlar, niyə öz vətəninizlə “bazarlıq” edirdiniz?! Orada taxıl əkmək üçün? Yaxşı, rəsmi şəkildə deyin". Ermənistanın baş naziri hesab edir ki, müxalifət qrupları Qubadlını "Sanasar" olaraq rəsmən erməni torpağı kimi tanıyırsa, o zaman onların liderləri dövlətə xəyanətdə mühakimə edilməlidir. Baş nazir rəqiblərini “timsah göz yaşları” tökməyi dayandırmağa çağırıb. Stambulyan cavab olaraq Paşinyanı deputatlarla söhbətində tonu dəyişməyə çağırıb, daha sonra “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan işə qarışıb. Amma Paşinyan ittihamlarını davam etdirib. Bunun ardınca Nikol Paşinyan  Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib: “Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”.

Ekspertlər hesab edir ki, Ermənistan hakimiyyətinin sülh məsələsi ilə bağlı mövqeyi təsadüf deyil. Məsələ burasındadır ki, Ukraynada müharibə fonunda Cənubi Qafqazda postmünaqişə dövrünün siyasi arxitekturasının tamamlanması prosesinin sürətlənməsi Ermənistanın özü üçün də olduqca vacib hesab edilir. Hazırda burada geosiyasi durum Ermənistanda ciddi əndişə yaradır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, parlamentin “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan bunu  belə  izah edir: “Bu gün bizim ən ciddi təhlükəsizlik problemlərimiz, Qarabağ məsələsi, sərhəddə uzun müddətdir mövcud olan rəqib qüvvələri, aydın olmayan sərhədlər, əsas müttəfiqlərimizlə anlaşılmaz münasibətlər var. Bunların hamısı həll yollarını tələb edir, bunlara qlobal təhlükəsizlik mühitində baxmalıyıq, təəssüf ki, bu gün bu mühit yoxdur”. Erməni hüquq müdafiəçisi Larisa Alaverdyan indiki durumda Azərbaycanın mövqelərinin daha güclü hala gəldiyini xatırladır: “Bakının tələbləri və təkəbbürlü münasibəti ilk növbədə onunla bağlıdır ki, 44 günlük müharibədən sonra İlham Əliyev qalib tərəf kimi Ermənistanın qeyd-şərtsiz kapitulyasiya siyasətini davam etdirir, bizə təzyiq etmək vasitəsilə bütün tələblərini irəli çəkir”.
Onun sözlərinə görə, Azərbaycan səhvlərdən ən yaxşı şəkildə istifadə edərək həmişə Ermənistanın işğalçı olduğunu sübut etməyə çalışıb. Ermənistanın “1in.am” nəşri isə məsələnin başqa tərəfinə nəzər salır: “Türkiyə Ukraynadakı müharibədən yararlana bilər və Cənubi Qafqazda Rusiyanın zəifləməsi anından istifadə etməyə çalışacaq. Bu narahatlıqlar Ermənistan cəmiyyətində də tez-tez müşahidə olunur ki, onlar da müxalifət tərəfindən “təbliğ olunur”. Üstəlik, müxalifət nümayəndələrinin özləri belə fikirlər səsləndirirlər. Və təbii ki, məntiqlidirlər. Heç nə birmənalı deyil, amma bu o deməkdir ki, Ukrayna istiqamətində vəziyyəti tam nəzarətdə saxlamaq imkanları çətindir. Belə bir vəziyyət yarananda isə Moskvaya zərbə endirmək üçün yaxşı platforma olan, Rusiyanın arxası olan Qafqazın, xüsusilə Ermənistan baxımından hansı əhəmiyyət kəsb edəcəyini söyləmək çox çətindir. Hadisələrin gözlənilməz məcrası ola bilər, xüsusən də onların başında Putindən heç də az çılğın olmayan Ərdoğan dura bilər. Yeri gəlmişkən, Ərdoğan bildirir ki, NATO Ukrayna məsələsində qətiyyətli olmalı, məsləhətlərlə kifayətlənməməlidir. İstisna etmək olmaz ki, Ərdoğan sadəcə olaraq NATO hesabına xal toplamağa çalışır, sonra isə ya Ukraynaya, ya da Rusiyaya həmin xalları “baha qiymət”ə satır. Gözlənilməz bir vəziyyətdə Ərdoğan Rusiyanı Qafqazda ticarətə cəlb etmək üçün hərəkətə keçə, xüsusən də bunun ətrafında Qərblə əməkdaşlıq edə bilər. İstənilən halda isə Ermənistan bu halda daha zəif duruma düşür”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ