Cümə günü, 13 noyabr 2026
     

Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi dəhşətli cinayətlərin üstü bir-bir açılır

Image


Birinci və İkinci Qarabağ müharibələrində Ermənistan tərəfindən törədilən dəhşətli müharibə cinayətləri ilə bağlı getdikcə daha çox real faktlar üzə çıxmaqdadır.

Azərbaycanın ərazilərini işğaldan azad etməsilə ermənilər tərəfindən bir vaxtlar törədilmiş cinayətlərin qanlı izləri də, belə demək olarsa, gün işığına çıxır. Bu, xüsusən də Birinci Qarabağ müharibəsində törədilmiş cinayətlərlə bağlı özünü qabarıq büruzə verir.

  • Ermənistan yenə beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozur

Çoxsaylı faktlar və sübutlar göstərir ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə dəhşətli dağntılarla yanaşı, əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb. Elə bu günlərdə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib. Burada Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilən 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Adıçəkilən kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxs kimi qeydiyyata alınan azərbaycanlıların sayı 3890 nəfərdir. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadındır. İtkin düşmüş şəxs kimi qeydiyyata alınan azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürüldüyü də faktlarla sübutunu tapıb. Bundan əlavə, əsir və girov götürülmüş şəxslərin böyük əksəriyyətinin erməni əsirliyində qətlə yetirilməsi, işgəncə və xəstəliklərdən vəfat etməsi, bir hissəsinin isə gizlədilərək Ermənistanda və işğal dövründə Qarabağda ermənilər tərəfindən ağır fiziki işlərdə qul kimi istifadə olunması sübuta yetirilib. İşğal altındakı ərazilər azad edildikdən sonra bu yerlərdə tapılan kütləvi məzarlıqlar əsir və girov götürülmüş şəxslərin yenə beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə işgəncələr tətbiq edilməklə öldürüldüyünü təsdiqləyir. Belə kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli kəndi yaxınlığında, Füzulidə tapılıb və onların sayının artması gözlənilir

Edilli kəndində kütləvi dəfn edilmiş meyitlərin bir hissəsi məhz Birinci Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılan, ağır işgəncələr verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir. Bu fonda kütləvi məzarlıqlar ermənilər tərəfindən törədilən müharibə cinayətlərinin real sübutudur. Belə kütləvi məzarlıqlar, əsir və girov götürülmüş şəxslərin hamısı barəsində Ermənistan müvafiq məlumatları Azərbaycana təqdim etməyə borcludur. Amma beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulması halları indi də davam etdiyindən belə məlumatlar ölkəmizə təqdim edilmir. Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslər barəsində məlumatların hələ də Ermənistan tərəfindən Azərbaycana təqdim edilməməsi bunun faktiki təsdiqidir. Onu da qeyd edək ki, Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı istintaq aparılır. Belə  ki, faktla bağlı hazırda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsi tərəfindən mövcud cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

  • Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün yeni mühüm faktlar üzə çıxır

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərlə bütün hərbi fəaliyyətlərin dayandırılması, üçtərəfli bəyanatların imzalanması fonunda da itkin düşmüş 3890 Azərbaycan vətəndaşının yerinin beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq dəqiqləşdirilməsi zəruri şərtdir. Hətta Ermənistan bununla bağlı üzərinə müvafiq öhdəliklər də götürüb. Ötən il dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla birgə görüşündə əsas diqqət mərkəzinə gətirilən məsələlərdən biri məhz Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı olub. Həmin görüşdən sonra Şarl Mişelin adından yayılan bəyanatda ilk dəfə olaraq Avropa İttifaqı  gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.

Cari il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə də bu məsələ dövlət başçımız tərəfindən diqqət mərkəzinə gətirlib. Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi kimi məsələləri xüsusi olaraq qabardıb. Lakin Ermənistan tərəfi itkin düşmüş şəxslərlə bağlı müvafiq məlumatların təqdim ediləcəyi öhdəliyini götürsə də buna əməl etmir. İtkin düşmüş şəxslər barədə məlumatların gizlədilməsi Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasının faktiki təzahürüdür. “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, münaqişə tərəfləri qarşı tərəfin itkin elan etdiyi şəxsləri axtarmağa yardım etmək öhdəliyini daşıyır. Bundan əlavə, 2002-ci ildə BMT İnsan Hüquqları Komissiyasının qəbul etdiyi müvafiq qətnamədə silahlı münaqişə zamanı qarşı tərəfin itkin düşmüş şəxslərinin axtarışında iştirak etməsi öhdəlik olaraq qeyd olunur. Ermənistan isə hələ də bu öhdəliklərindən imtina edir. 1949-cu il IV Cenevrə Konvensiyası bəyan edir ki, münaqişənin qarşı tərəfi silahlı münaqişə zəminində şəxslərin öz ailə üzvlərini axtarması barəsindəki sorğusu cavablandırmalıdır. Bununla də sözügedən  Konvensiya ailə üzvlərinin öz yaxınlarının taleyi barəsində məlumat almaq hüququnu bilavasitə tanıyır. Bu hüquq, eyni zamanda, Avropa Şurasının Parlament Assambleyasının bir sıra tövsiyələrində də öz əksini tapır. Lakin bütün bunlar da Ermənistan tərəfindən görməzdən gəlinir. BMT Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barəsində məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə olunub. Eləcə də yenə BMT Baş Assambleyasının 2006-cı ildə qəbul etdiyi “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi haqqında” Beynəlxalq Konvensiyada istər mülki, istərsə də hərbi mükəlləfiyyətli şəxslərin zorla yoxa çıxarılması beynəlxalq humanitar hüququn kobud pozuntularından biri kimi təsbit edilib. Ermənistan bu normaları da kobud şəkildə pozub və pozmaqda davam edir. Ermənitandan fərqli olaraq, Azərbaycan beynəlxalq humanitar hüququn tələblərinə riayət edir. Elə bundan irəli gəlir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan azad etdiyi ərazilərində 1711 erməni əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin edib. Ermənitanın da beynəlxalq humanitar hüququn tələblərinə riayət etməsi üçün dünya ictimaiyyəti, o cümlədən beynəlxalq təşkilatların bu ölkəyə təzyiq və təsir mexanizmlərindən istifadə etməsi zəruri şərtdir. Hər halda bu, həm də beynəlxalq hüququn tələbidir. Yuxarıda qeyd edildiyi kimi, işğaldan azad edilmiş ərazilərdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var. Bu ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün bütün əsasları yaradır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:16
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi – indi də Minsk onun məxfi sənədlərə çıxışını əngəlləmək istəyir

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ