Azərbaycan Rusiya və Ukraynanı təxirəsalınmaz dialoqa çağırır. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan Haqları Şurasının iclasında deyib.
Nazir Azərbaycanın Ukraynadakı vəziyyətin insan itkilərinə səbəb olması ilə bağlı təəssüfləndiyini bildirib.
O əlavə edib ki, davam edən humanitar böhran zərərçəkənlərə kömək üçün təcili tədbirlərin görülməsini tələb edir.
"Bununla əlaqədar olaraq Azərbaycan humanitar yardım göstərib və tərəfləri təxirəsalınmaz dialoqa çağırır", - deyə nazir qeyd edib.