şənbə günü, 26 sentyabr 2026
     

Ermənistandan bu dəfə Türkiyəyə miqrant axını gözlənilir

Image


Getdikcə daha da şiddətlənməkdə olan Rusiya-Ukrayna savaşından Ermənistanın daha böyük zərər görəcəyi artıq bu ölkənin özündə belə etiraf edilir. Hesab edilir ki, bu fonda Ermənistandan yeni köç dalğası başlanacaq. Amma bu dəfə köçün istiqaməti Rusiyaya yox, daha çox Avropa, eləcə də Türkiyə istiqamətində olacaq.

Ermənistan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müəllimi Tatev Vardanyan indiki halda ölkəsinin durumunun ağır olacağını etiraf edir: “Rusiya-Ukrayna müharibəsi səbəbindən bir sıra ölkələr Rusiyaya qarşı kifayət qədər ciddi sanksiyalar paketi tətbiq edib ki, bu da təbii olaraq həm Rusiya, həm də Ermənistan iqtisadiyyatına təsir edəcək”. Onun sözlərinə görə, Qərb ölkələrinin tətbiq etdiyi yeni sanksiyalar paketi Rusiya şirkətləri, maliyyə sektoru təşkilatları və fiziki şəxslərə qarşı yönəlib: “Hazırda vəziyyət hələ də gərgindir və Qərb durmadan Rusiyaya qarşı yeni, daha sərt sanksiyaların tətbiqinin mümkünlüyündən danışır. Sanksiyalar artıq həll olunub və Rusiyanın maliyyə bazarına zərbə vurmaqda davam edir. Qərb ölkələrinin sanksiyaları nəticəsində Rusiya rublunun dəyərdən düşməsi və investisiya sektorundakı “çaxnaşma” Rusiyanın maliyyə bazarına elə ziyan vurub ki, həmin itkiləri neytrallaşdırmaq uzun zaman və səy tələb edəcək. Bu səbəbdən Ermənistan sanksiyalardan zərər çəkəcək, ölkədə qiymət artımları, idxal qiymətlərində artım olacaq, investisiyalar azalacaq”. Xatırladaq ki, Rusiya həm ixrac, həm də idxal baxımından Ermənistanın əsas ticarət tərəfdaşıdır. Rublun devalvasiyası Ermənistan mallarının Rusiya bazarında ixracı və satışına problemlər yaradacaq və istehlakçı tələbi azalacaq ki, bu da Ermənistan iqtisadiyyatına birbaşa zərbədir. İtkilər və təsirlər həm iqtisadiyyatda, həm də maliyyə sektorunda həm birbaşa, həm də dolayı olacaq. Rublun devalvasiyası artıq Ermənistan bazarında da özünü göstərməyə başlayıb. Rusiya valyutasının qiymətinin 5,5 dramdan aşağı düşməsi bir çox Ermənistan vətəndaşlarının sosial vəziyyətinə təsir edib. Məlum olduğu kimi, Ermənistanda çoxlu sayda vətəndaş var ki, gəlirləri Rusiyada işləmək nəticəsində əldə olunur. Rublun devalvasiyası onların gəlirlərini də dəyərdən salır. Ermənistana pul köçürmələrinin 40%-dən çoxu Rusiyadan gəlir. Ötən il bu, 865 milyon dollar təşkil edib. Cari ildə bu göstəricinin yarıya kimi azalması istisna edilmir. Rusiya iqtisadiyyatında və maliyyə bazarlarında yaranan problemlər həmin ölkədən Ermənistanın iqtisadiyyatına yatırılan investisiyalara da mənfi təsir göstərəcək. Ermənistan iqtisadiyyatında Rusiya kapitalının payı kifayət qədər böyükdür, üstəlik də Ermənistanın ən böyük müəssisələrindən biri olan Zəngəzur Mis-Molibden Kombinatının paketini əldə etməsi nəticəsində o daha da artıb. İndi Rusiya iqtisadiyyatında yaşanan problemlər fonunda bu şirkətlərin qeyri-işlək vəziyyətdə qalması gözlənilir. Maliyyə sektorundan risqlər daha böyükdür, çünki Ermənistan bankları Rusiya bankları vasitəsilə əməliyyatlar həyata keçirir və həmin banklara müəyyən məhdudiyyətlərin qoyulması Ermənistana da təsir edəcək.

Elə erməni iqtisadçı Meri Hovsepyan da durumun ağır olacağını vurğulayır: “Rusiyanın Avrasiya İqtisadi Birliyi ölkələri arasında əsas rolunu və əhəmiyyətini nəzərə alaraq ehtimal etmək olar ki, münaqişənin gərginləşməsi və sanksiyaların təsiri Rusiyaya qarşı ilk sanksiyalar zamanı müşahidə olunan AİB-in iqtisadi vəziyyətinə ciddi təsir göstərəcək”. Onun sözlərinə görə, ancaq hazırda dəqiq qiymətləndirmələr etmək mümkün deyil, çünki proses davam edir və Qərbin tətbiq etdiyi sanksiyaların məzmunundan çox şey asılıdır: “Qısa müddətdə stabilləşmə mümkündür, lakin sanksiyalar bəyanatlar səviyyəsində göründüyü qədər sərt olsa, Rusiya iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər ki, bu da öz növbəsində Ermənistan və AİB-in digər üzvlərinin iqtisadi inkişafına təsir göstərəcək. Ayıq olmalıyıq, qarşıda bizi kifayət qədər çətin və qeyri-müəyyən vaxtlar gözləyir”. Digər erməni iqtisadçı Karen Adonts isə bildirir ki, sərt sanksiyalar və Ukrayna ilə münasibətlərin gərginləşməsi fonunda Qərbdə ticarət və sərmayə sahəsində Rusiyaya qarşı əlavə məhdudiyyətlər gözləmək olar. Onun sözlərinə görə, hamı iqtisadi və nəqliyyat layihələri ilə məşğul olacaq, Türkiyə və Azərbaycan Rusiyanın varlığı ilə bağlı ehtiyatlı olacaq: “Təhlükəsizliyin gücləndirilməsi baxımından bu, yaxşı imkanlar yaradır, lakin bunun üçün rasional yanaşma nümayiş etdirmək və hər şeyi düzgün hesablamaq lazımdır. Yeni vəziyyət fərqli, daha aktiv və konsolidasiya edilmiş iqtisadi siyasəti nəzərdə tutur. Amma hələlik erməni tərəfində zəiflikdən başqa heç nə görmürük”. Belə vəziyyətdə Ermənistandan yeni köç dalğası qaçılmaz hesab edilir. Bundan əvvəl isə Türkiyədə İqtisadiyyat və Xarici Siyasət İnstitutunun araşdırmaçısı Oğul Tuna belə bir maraqlı açıqlma ilə çıxış edib ki, bu vəziyyətdə Türkiyə və Ermənistan arasında sərhədlər açılarsa, bu, miqtrasiyaya da təsir edəcək: “Türkiyə ilə sərhədin açılması Ermənistanın Türkiyə üzərindən dünyaya açılması demək olacaq. Bu, Ermənistan iqtisadiyyatını canlandıracaq. İkincisi, Ermənistan vətəndaşları üçün səyahət azadlığı yaranacaq. Böyük ehtimalla, Türkiyəyə çoxlu sayda erməni miqrant axışacaq. Eyni zamanda Türkiyə də, yəqin ki, inşaat layihələri ilə, öz məhsullarını ora ixrac etməklə Ermənistan bazarına hakim olacaq. Onsuz da Türkiyə malları Ermənistan bazarına daxil olurdu, amma indi boykotsuz, dövlətin müdaxiləsi olmadan bunu edə biləcək”. Avropa istiqamətində də axın olması istisna deyil.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ