Cümə günü, 13 noyabr 2026
     

34 ildir axtarılan Sumqayıt erməni canisi Stavropolda gizlənir - Rusiya bizə müttəfiq kimi davranacaqmı?

Image


34 il əvvəl törədilən Sumqayıt qırğınlarının təşkilatçısı Eduard Qriqoryan özünü uzun illər gizlətməyə müvəffəq olsa da, nəhayət yeri bilinib. Sumqayıt qırğınların təşkilatçısı olan Eduard Qriqoryanın hazırda Rusiyanın Stavrapol diyarı, Koçubeyovka rayonunda yaşadığı bildirilir.

Mətbuatın “İTV Xəbər”ə istinadən yazdığına görə, himayədarlarının köməyi ilə Sumqayıtda törətdiyi ağır cinayətlərə görə cəzadan yayına bilən E.Qriqoryanın Rusiyanın Moskva vilayətinin Sergeyev Pasat şəhərində yaşadığı barədə illər öncə məlumat yayılıb. 2014-cü ildə isə onun sosial şəbəkələrdə fotoları yayılır.

Bundan sonra Azərbaycanın Baş Prokurorluğu tərəfindən 2015-ci ildə onun Cinayət Məcəlləsinin milli və irqi hüquq bərabərliyinin pozulması, kütləvi iğtişaş, xüsusi amansızlıq və zorlamaqla əlaqədar qəsdən adamöldürmə, bir qrup şəxs tərəfindən zorlama maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək “İnterpol” xətti ilə axtarışı elan edilib. Azərbaycanda onun barəsində cinayət işi açıldığından xəbər tutan Qriqoryan yaşadığı şəhəri ailəsi ilə birgə tərk edir. Qeyd edilidiyi kimi, hazırda isə Qriqoryanın Rusiyanın Stavrapol diyarında yaşadığı haqda məlumat yayılıb. 

  • “Rusiya Qriqoryanın tutularaq Azərbaycana verilməsində maraqlı olmalıdır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bizimlə söbətində bildirdi ki, indiyə qədər Qriqoryan haqqında çox məlumatlar yayılıb, amma hələ də onun həbs olunaraq məhkəmə qarşısına çıxarılması mümkün olmayıb: “Sumqayıt hadisələrində əsas müqəssirlərdən biri olan Eduard Qriqiryanla bağlı həmişə müəyyən söhbətlər olub. Onun barəsində vaxtaşırı məlumatlar ortaya çıxıb. Həmin hadisələrlə bağlı eyni dərəcədə Əhməd Əhmədov adlı şəxs də ittiham olunurdu. Sonda Əhməd Əhmədova ağır cəza verildi, ölüm hökmü çıxarıldı, amma ondan daha artıq cinayət törədən Qriqoryan məsuliyyətdən kənarda qaldı. Baxmayaraq ki, bu cinayətin, təxribatın aparıcı qüvvəsi idi. O vaxt həm Rusiya hakimiyyətindəki müəyyən dairələrin, həm də ermənilərin təsiri ilə Qriqoryan barədə obyektiv qərar çıxarılmadı. Halbuki, bu məsələdə Əhməd Əhmədovun elə bir günahı da yox idi. O prosesdə iştirak edənlər də, şahidlər də bilirdilər ki, Əhməd Əhmədova qarşı sübut bazası yox dərəcəsində idi. Amma görünür, SSRİ rəhbərləyi hansısa səbəbdən Əhmədov barədə siyasi qərar qəbul etdi, ona güllələnmə cəzası kəsdilər, amma günahları sübut olunan Qriqoryanla bağlı yüngül cəza verildi. Onun işinə Azərbaycan məhkəməsində baxılmadı, onu Rusiya Federasiyasına göndərdilər. Tambovda işinə baxıldı və ona 12 il iş verildi. Bəzi məlumatlara görə, Rusiyada bir neçə ildən sonra Qriqoryan azadlığa buraxılıb. O sərbəst gəzir və layiq olduğu cəzanı tam almayıb. Artıq Qriqoryanın yeri məlumdur və onun məsələsi yenidən qaldırılmalı, bu barədə Rusiyanın müvafiq qurumlarına müraciət edilməlidir. Bilirik ki, barəsində Nəsimi rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib. Müvafiq orqanlarımız Qriqoryanın yaşayış yeri ilə bağlı yayılan məlumatı dərindən araşdırmalı, bu məsələnin üzərinə getməli və onu Azərbaycana gətirməlidir”.

A.Nağı hesab edir ki, E.Qriqoryanın Azərbaycana təhvil verilməsi mümkün olmalıdır, çünki Azərbaycanla Rusiya arasında cinayətkarların, barəsində həbs qətimkan tədbir seçilənlərin və sairin mübadiləsi, ekstradisiyası barədə razılaşma da var, müqavilə də imzalanıb. “Bu sahədə  Azərbaycanla Rusiya arasında müqavilə imzalanıb və Azərbaycan çalışmalıdır ki, Qriqoryanı Azərbaycana gətirsin. Rusiya Qriqoryanın tutularaq Azərbaycana verilməsində maraqlı olmalıdır. Sumqayıt hadisələri ilə bağlı Rusiyada versiyalar səsləndirilir. Bu hadisələrin arxasında kimlər dayanırdı? Qriqoryan kimin sifarişlərini yerinə yetirirdi? Bu məsələlərə aydınlıq gətirilməlidir. Sumqayıt hadisələrinə tam təfərrüatı ilə aydınlıq gətirilməsi Rusiya üçün də maraqlı olmalıdır. Rusiya bu məsələlərdə öz xüsusi xidmət orqanlarının əli olmadığını göstərməlidir. Çox böyük ehtimalla, Qriqoryan Ermənistanın xüsusi xidmət orqanlarının və xaricdə olan müəyyən məkrli qüvvələrin sifarşi ilə hərəkət edir. Ona görə də, Rusiya da bu məsələdə maraqlı olmalıdır ki, Qriqoryan tutulsun və Sumqayıt hadisələri ilə bağlı aydınlaşma getsin. Azərbaycan bu məsələnin üzərində təkidlə dayanmalıdır, bu istiqamətdə yenidən istintaq aparılmalıdır, məhkəmə qurulmalıdır”.

A.Nağı hesab edir ki, Qriqoryanın tutulub Azərbaycana gətirilməsi çox mühüm işdir. Onun sözlərinə görə, Sumqayıt hadisələrinə birdəfəlik aydınlıq gətirilməlidir ki, ermənilər uydurma təbliğatlarla insanların beynini zəhərləməkdə davam etməsinlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:16
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi – indi də Minsk onun məxfi sənədlərə çıxışını əngəlləmək istəyir

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ