Martın 1-də Türkiyə Prezidenti Ərdoğan Kosovo Prezidenti Vjosa Osmani - Sadriu ilə görüşüb. Ərdoğan görüşdən sonra birgə mətbuat konfransında maraqlı açıqlamalar verib.
Ukraynanın Avropa İttifaqına üzvlüyə qəbul edilməsi səylərini yüksək qiymətləndirdiyini deyən Ərdoğan haqlı olaraq "niyə Türkiyəni Aİ-yə qəbul etməkdən çəkinirsiniz?" deyə sual edib
"Biz heç kimi Aİ-yə daxil etməyin demirik. Biz özümüzə cavabdehik. Onların Ukraynanı Aİ-yə daxil etmək səylərini yüksək qiymətləndiririk. Amma Aİ-dən soruşuram, niyə Türkiyəni Aİ-yə qəbul etməkdən çəkinirsiniz? NATO-da mövqeyimiz aydındır. NATO-nun genişlənməsi istiqamətində də müsbət addımlar atırıq. AB məsələsində üzv ölkələrə səslənirəm, Ukraynaya göstərdiyiniz münasibəti Türkiyəyə də göstərin. Yeni bir müharibənin başlamasınımı gözləyirlər? Sadəcə söz deyirlər, səmimi deyillər" - Ərdoğan deyib.
TAHİR