Cümə günü, 13 noyabr 2026
     

44 günlük müharibədə Rusiya da qazanmışdı, Ukraynada itirdi... Aydın Quliyev yazır…

Image


Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra ötən hər günün ortaya çıxardığı iki mühüm həqiqət var. Biri odur ki, Ukraynanın müqaviməti gedərək daha mütəşəkkil hal alır, əksinə, Rusiya silahlı qüvvələrinin daha xaotik və ziddiyyətli addimlarını goruruk.

Bu təzahürlərə uygun olaraq Ukraynanın müttəfiqləri coxalır, əksinə, Rusiya isə daha çox təklənməyə baslayır. Rusiyanın təklənməsi hətta bəzən o həddə çatır ki, "Putin kimi stajlı bir dövlət xadimi niyə bu səhvi buraxdi" deyə soruşmaq istəyirsən. Əcəba, Qərbin bu qədər təsirli və çoxsaylı təzyiq üsullarına malik olduğunu Putin niyə öncədən hesablaya bilmədi? O dogrudanmı səhvə yol verdi, ya dəhşətli dərəcədə qisas hissinə qapıldı?

Açıq hərbi təcavüz və müharibənin olub-olmayacağı ən qızğın dartışmalardan biri idi. Mütləq əksəriyyət müharibənin olacağına inanmırdı. Maksimum halda separatçı Donetsk və Luqansk bölgələrinin Jirinovskinin təfəkkür və düşüncə tərzinə uygun tanınacağı, ardınca isə uzun sürən gərgin diplomatik çəkişmə dövrünün başlanacağı deyilirdi. Gözlənilənlərin ən pisi oldu və Ukrayna hərbi-siyasi komandanlığı idarə olunan bir zəifliklə qabarıb-çəkilən müqaviməti elə təşkil etdi ki, Rusiyanı ölkənin içərilərinə doğru çəkə bildi. Ruslar elə bir həddə gətirildi ki, irəli getmək mümkünsüz, geri qayıtmaq isə izahı mümkün olmayan çətin bir işə çevrildi. Indiyə qədər Rus ordusu "Ukraynaya niyə girmisiniz" sualı qarşısında aydın cavab mövqeyinə malik deyildisə, bu gün geri çəkilmək zorunda qalacağı təqdirdə bu hərəkətə dəqiq cavab vermək halında deyil. Odur ki, Ukrayna tərəfi ilə danışıqlara başlamaqla özü üçün nisbətən ən uyğun çıxış yolu tapdi. Çox çalışır və çalışacaq ki, Ukrayna ilə razılaşsın və geriçəkilmənin guya bu görüşlərin nəticəsi olduğu barədə aldadıcı rəy yaratsın.

Rusiyanın Ukraynaya girişinə hərəkat, ya əməliyyat deməsi mahiyyəti dəyişmir və artıq sivil dünya bunun bir hərbi təcavüz olduğunu birmənalı söyləyir. Muasir dünyada görünməmiş sanksiyalar tətbiq edilir, bir-iki kiçik dövləti nəzərə almasaq, dünya bu təcavüzə qarşı barışmaz mövqe tutur.

XXI əsrin əvvəlində suveren dövlətin ərazisinin ilhaq edilməsinə sonradan necə haqq qazandırıla biləcəyinə Rusiya rəsmilərinin inanması doğrudan təəccüblüdür. Yəqin daha çox adamlar anlayır ki, idarə olunan zəif müqavimətlə Rusiyanı Ukraynanın içərilərinə çəkmək onu tələyə salmaq üçün düşünülmüş plan imiş.

Rusiya üçün gözləmədiyi təzahürlərdən biri daxildə cəmiyyətin etiraz və müqavimət hərəkətləridir. Əslində bu da o qədər gözlənilməz deyildi və olmamalı idi. Rus cəmiyyətini və Rus dövlətçiliyinin son 150 ildəki tarixini bilənlər üçün indiki daxili etiraz hərəkətləri inanılmaz deyildi. Məsələ belədir ki, tarixin bir neçə anında sadə rus cəmiyyəti dövlətin apardığı müharibəni haqsız, ədalətsiz və təcavüz saydıqda izafi dözüm göstərmir və etirazlarını inqilaba qədər davam etdirir. Məsələn.1905-ci ilin rus-yapon müharibəsini rusların başlatdiği sirr deyil, odur ki, sadə ruslar buna dözmədi, hətta nəhəng Lev Tolstoy "Rusiya xristianlığın düşmənidir" deyərək Rusiyanın məğlubiyyətini istədi. Sonda xalqın etirazları 1905-07-ci illər inqilabına və mütləqiyyətin çöküşünə gətirib çıxardi. Sonra Birinci Dunya müharibəsinin müqəssirləri sırasında çar ikinci Nikolay da "fəxri" yer tutdu. Rus xalqı ona da bu ədalətsiz və ambisioz müharibəni bağışlamadı. Yenə inqilab və əvvəlcə burjuaziya, ardınca bolşeviklər qalib gəldi. Təcavüzkar müharibə tərəfdarları və təşəbbüskarları yenə ayaqlar altında qaldılar.

Bu silsilədə sadə rus cəmiyyəti SSRI-nin İkinci Dunya müharibəsində iştirakına dözümlü yanaşaraq, müharibənin bütün ağırlıqlarını beş il çiynində daşıdı. Çünki bu müharibəni birbaşa Stalinin yox, Hitlerin baslatdığını yaxşı bilirdi.

Bəs sadə rus cəmiyyəti indiki Ukrayna müharibəsini ədalətli sayaraq ona dözümlü ola biləcəkmi? Müharibənin cəmi ikinci gunundən Rusiya şəhərlərində başlanmış etirazlar 1905 və 1917-ci il davranışlarının daha real olmasını söyləməyə əsas verir... Ukrayna müharibəsinin nə ilə bitəcəyini dəqiq demək hələlik mümkün deyil. Birmənalı bəlli olan odur ki, Rusiya müharibədən əvvəl malik olduğu güc və xarizmatik təsirini olduğu kimi saxlaya bilməyəcək. XXI əsrin əvvəlində suveren bir ölkənin paytaxtına qədər hərblə yürüş edəndən sonra bu mümkün də deyil. Rusiya Azərbaycanın haqq müharibəsi sayılan 44 günlük savaşa dəstək verməklə dünyada qazandığı yeni reytinq şkalasını Ukraynada itirməkdədir. 44 günlük müharibəyə qədər Rusiya dünyadakı mövqe və təsirini əsasən malik olduğu böyük nüvə potensialı sayəsində saxlaya bildiyi halda, Ukrayna savaşından sonra onun, hətta suverenliyini belə saxlamaq zorunda qalacağı bir güclü ehtimaldır. Ən yaxşı halda Rusiyanın öz suverenliyini avtoritarizmdən sivil dövlətçilik sisteminə keçidlə saxlaya biləcəyi ehtimal olunur. Yalnız bu halda Rusiyanın dünyada indiki imicini 180 dərəcə əksinə dəyişə biləcəyi ehtimal olunur. İndi bu şəkildə islaholunmaya Rusiyanın özünün daha böyük ehtiyacı var, nəinki dünynın qalan kəsiminin.

Azərbaycanla imzalanmış strateji müttəfiqlik Bəyannaməsinin timsalında bu prosesi daha sadə izah etmək mümkündür. Məzmun etibarilə bu sənəd normaldır, lakin Azərbaycanda ona ziddiyyətli münasibət var. Bəyannamə mətnində “Rusiya Federasiyası” sözlərinin yerinə Ermənistandan başqa istənilən dövlətin adı yazılsa, Azərbaycanda indiki ictimai qıcıqlanma və ictimai ziddiyyət mütləq şəkildə aşağı düşəcək. Azərbaycan cəmiyyətində Rusiyaya birmənalı olmayan münasibət sirr deyil. Azərbaycanla Rusiya arasında dövlətlərarası səviyyədə strateji müttəfiqlik olsa da, ictimai səviyyədə bütöv strateji müttəfiqlikdən danışmaq, təəssüf ki, mümkün deyil. Konkret desək, Rusiya və Azərbaycan dövlətləri strateji müttəfiq olsalar da, Azərbaycan cəmiyyəti Rus dövləti ilə strateji müttəfiq ola bilmir. Bunun tək Rusiyanın özündən asılı tutarlı səbəbləri var. Çünki Azərbaycan hakimiyyəti və dövlət xalqı “Rusiyanı sevməlisiniz” kimi mövqeyə heç cür təşviq edə bilməz. Bu yalnız Rusiya dövlətinin, onun liderinin etməli olduğu və edə biləcəkləri bir işdir.

Gəlin, dağılmış imperiyaların yerində mitropoliyalarla müstəmləkələrin münasibətlərinə baxaq.

Osmanlı imperiyasının 1918-ci ildə dağılmasından sonra onun yerində yaranmış milli dövlətlərlə bugünkü Türkiyənin münasibətlərini bir-bir təhlil etmək olar. Düşmənçilik, barışmazlıq, antipatiya görməzsiniz. Səbəb Osmanlı dövlətçiliyinin mahiyyətindədir ki, onu müasir Türkiyə də davam etdirir. Yaxın və Orta Şərq dövlətləri, Ərəb ölkələri, Balkan dövlətləri Türkiyə ilə ədavət aparmırlar, buna əsaslar görünmür. Çünki Osmanlı hakimiyyəti millətlərə istismar obyekti kimi baxmırdı və onların milli xüsusiyyətlərini məhv etmək yolu tutmadı.

Keçmiş mitropoliyalarla müstəmləkələr arasında dərin ədavət, təəssüf ki, qismən müasir Britaniyanın, daha çox isə Rusiyanın timsalında özünü göstərir. Əslində, Avstraliya, Kanada, Hindistan, Pakistan kimi ölkələrin müasir Britaniya ilə anlayışlı münasibətləri var. Bir çox hallarda bu münasibətləri keçmiş müstəmləkə ilə imperiyanın münasibətlərinə bənzətmək olmur. Təəssüf ki, bu sözləri çar və bolşevik Rusiyasının öz keçmiş müstəmləkələri ilə aralarındakı münasibətlə müqayisə etmək olmur. Bolşevik Rusiyası çar Rusiyasının, müasir Rusiya isə SSRİ-nin varisidir. Bolşevik Rusiyası çar Nikolaydan, muasir Rusiya isə SSRI-dən pis miras kimi qalmış imici dəyişə bilmədilər. Əslində buna cəhd etmədilər, çünki bunun nə qədər vacib olduğunun fərqinə varmadılar. Azərbaycan cəmiyyəti heç müasir Qərbi və onun dəyərlərini də idealizə etmir, hətta "onların ikisi də bir bezin qırağıdır" kimi çox yerinə düşən qiyməti verir. Ancaq ən sonda yenə də nisbi üstünlüyü Qərbə verməyə məcbur olur. Halbuki, çar Rusiyasından bolşevizmə, oradan da müstəqil milli dövlətçiliyə keçid edən ölkələrin bu gün 200 il birgə yol gəldiyi Rusiyanı niyə belə sürətlə Qərbə dəyişməsi ilk əvvəl Rusiyanin özünü, Putini ciddi narahat etməlidir. Ancaq bu narahatlığın ifadə forması qoşunları çəkərək Ukraynanı düzləmek kimi formada, yəni qisas motivi ilə olmamalıdır. Və ya Ermənistanı qızışdırıb Azərbaycanın üstünə salmaq da uyğun yol deyil.

Bir sözlə, müasir Rusiya və Putin rus dövlətçiliyini keçmişdə bir yolda yürüdüyü xalqların könlünü həqiqətən almaqla qoruya və xilas edə bilər. Bunun üçün bütün qonşulara, ilk növbədə postsovet ölkələrinə münasibət dəyişməli, Moskvanı onların gözündə cəlbedici etmək üçün daxili idarəçilikdən tutmuş xarici siyasətin prinsip və dəyərlərinə qədər köklü dəyişikliklərə gedilməlidir. Başa düşürük ki, bu çox çətindir. Lakin bu çətinlikdən qorxan rus strateqləri qarşıdakı daha böyük çətinlikləri bu başdan gözə almalıdır. Nə kimi çətinliklər nəzərdə tutulur? Ukrayna müharibəsindən sonra dünyanın, ilk növbədə Avropanın sülh və təhlükəsizlik sisteminin dəyişəcəyi barədə real proqnozlar var, əlamətlər də görünür. Avropa Birliyi hərbiləşir, Gürcüstan və Ukraynanı “yarıcan vəziyyətində” NATO-ya üzv qəbul etmədiklərinə görə səhvə yol vermiş Qərb öz səhvini düzəldərək təşkilatın nizamnamə normalarını dəyişəcək, BMT Təhlükəsizlik Şurasının işinin beş dövlətin inhisarında saxlanması kimi prinsipə son veriləcək və sair. Avropanın yeni sülh və təhlükəsizlik sistemində köhnə Rusiya üçün yer etmək asan olmayacaq. Odur ki, Rusiyanı yeniləşdirmək Avropanın yeni təhlükəsizlik sistemində yer tutmağın həlledici şərtidir.

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ