Cümə günü, 13 noyabr 2026
     

“Cəhənnəm sanksiyaları” Rusiya və Qərb arasında daha qorxulu soyuq müharibə başladır...

Image


Qərb ölkələri və bir sıra digər dövlətlər tərəfindən tətbiq edilən sanksiyalar hələ də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dayandırmağa kifayət etməyib. Amma belə görünür ki, sanksiyaların uzun müddət davam etməsi halında Rusiyanı da ciddi problemlər gözləyir. Hər halda, budəfəki sanksiyalar əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir.

Qeyd edək ki, sanksiyalar və məhdudiyyətlər Rusiya iqtisadiyyatını çökdürmək və hökumətini hərbi əməliyyatlara görə cəzalandırmaq üçün nəzərdə tutulub. Rusiyaya tətbiq olunan sanksiyalar sırasında siyasi, maliyyə, hərbi, idman, aviasiya, nəqliyyat kimi ən müxtəlif sahələri əhatə edən məhdudiyyətlər var. İş o yerə çatıb ki, şimal qonşumuza qarşı maliyyə sankisyalarına münaqişələrdə neytral olan İsveçrə də qoşulacaq. Bu ölkənin banklarında Rusiyanın milyardlarla dollar sərvəti var. Konkret sanksiyalara gəlincə, artıq Avropa İttifaqı hava məkanını bütün Rusiya təyyarələri üçün tamamilə bağlamaq qərarına gəlib. Avropa Komissiyasının sədri Ursula von der Leyen deyib ki, Rusiya tərəfindən qeydiyyata alınan və ya nəzarət edilən bütün təyyarələrə məhdudiyyət tətbiq edilir:  "Onlar Avropa İttifaqının ərazisi üzərindən havaya qalxa, enə və uça bilməyəcəklər. Xüsusilə də oliqarxların şəxsi təyyarələri". O bildirib ki, Avropa İttifaqı Rusiyaya məxsus dövlət medialarının, "Russia Today" və "Sputnik"in yayımını dayandıracaq: “Onlar artıq Putinin müharibəsinə haqq qazandırmaq üçün yalan yaya bilməyəcəklər".  Bundan əlavə məlumdur ki, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və müttəfiqlər bir sıra Rusiya banklarını minlərlə maliyyə qurumunun istifadə etdiyi beynəlxalq ödəniş sistemi olan SWİFT-dən xaric etmək barədə razılığa gəliblər. Eləcə də Almaniya bildirib ki, "Şimal axını-2" qaz kəmərinin yekun təsdiqi Rusiyanın Ukraynadakı hərəkətləri səbəbindən dayandırılıb. Rusiya ilə Almaniya arasında boru kəməri ötən ilin sentyabrında tamamlanıb, lakin hələ işləmir. "Şimal axını-2" Baltik dənizinin altından keçən 1200 km-lik boru kəməridir və qazı Sankt-Peterburq yaxınlığındakı Rusiya sahillərindən Almaniyanın Lubmin şəhərinə aparacaq. Bu, 10 milyard avroya başa gəlib və ötən ilin payızında tamamlanıb. Qaz kəmərinin yarı xərcini Rusiyanın dövlət enerji nəhəngi “Qazprom”, qalanını isə Fransanın “Shell” və ENGIE kimi Qərb enerji şirkətləri ödəyib. İndi bu kəmərin dayandırılması fonunda Avropa, Azərbaycan da daxil olmaqla, bir sıra digər mənbələrdən daha çox qaz almağa çalışır.

Enerji sektorunda Qərb digər istiqamətlər üzrə də Rusiyaya təqzyiq edir. Məsələn, BP şirkəti Rusiyanın Ukraynaya təcavüz aktından sonra "Rosneft"dəki 19,75 faizlik payını geri verir. Neft nəhəngi Rusiyanın işğaldan sonra Böyük Britaniya hökuməti tərəfindən payını satması üçün təzyiqə məruz qalmışdı. BP 2013-cü ildən Rusiya şirkətinin səhmlərinə sahib olub. Həmçinin Norveçin enerji nəhəngi “Equinor” Rusiyadakı birgə müəssisələrindən imtina prosesinə başlayacağını bildirib. "Rosneft" otuz illik uğurlu əməkdaşlığın məhv edildiyini bildirib və BP-nin qərarını görünməmiş siyasi təzyiq adlandırıb. "Rosneft"in sədri İqor Seçin prezident Vladimir Putinin yaxın müttəfiqidir və "Rosneft" Rusiya ordusunu yanacaqla təmin edir. BP-nin iki həftə əvvəl dərc edilmiş son illik nəticələrinə görə, onun “Rosneft”dən mənfəəti 2,7 milyard dollar təşkil edib ki, bu da ümumi mənfəətin təxminən beşdə birini təşkil edir. İngiltərənin “Shell” şirkəti isə, “Saxalin-2” layihəsi də daxil olmaqla, “Qazprom” və “Qazprom Neft” ilə birgə müəssisələrdən çıxmaq, həmçinin “Şimal axını-2”də iştirakını dayandırmaq qərarına gəlib. Şirkət qərarını Ukraynada baş verən hadisələrlə əsaslandırıb. Dünyanın ən böyük ehtiyata malik olan 1.3 trlyon dollarlıq Norveç suveren sərvət fondu da Rusiya aktivlərini donduracağını və satışdan çıxaracağını elan edib. Norveç suveren fondunun Rusiya aktivləri 2021-ci ilin sonunda 2,83 milyard dollar dəyərində olub. Fond Rusiyanın “Sberbank” bankının dördüncü ən böyük səhmdarıdır və “Qazprom” və “LUKoil “enerji şirkətlərində paylara malikdir. Bunlara paralel olaraq “Google” və “Facebook”un məxsus olduğu “Meta” texnologiya nəhəngləri Rusiya dövlət medialarına qadağalar tətbiq edib. Şirkətlər açıqlayıb ki, dövlətə məxsus medialara reklam yerləşdirmək və reklam gəlirlərini əldə etmək qadağan edilib. Amerikanın aparıcı loqistika şirkətləri “FedEx” və UPS daşıma şirkətləri də Rusiya daxilində və xaricində bütün xidmətlərini dayandırıb. Avropa İttifaqı, Britaniya və ABŞ Rusiyaya aviasiya və kosmik sənaye təyinatlı mal və texnologiyaların ixracını qadağan edib. Müstəqil şərhçilər hesab edirlər ki, bu sanksiyalar uzun müddət davam etsə, Rusiya havaya qaldırmağa təyyarə tapmaqda çətnlik çəkəcək. VTB, “Sovcombank”, “Novikombank”, “Promzvyazbank” və “Otkrıtie” banklarının kartları artıq “Apple Pay” və “Google Pay” ilə işləməyəcək. Bu bankların kartları sankiya tətbiq olunan ölkələrdə onlayn ödənişlər üçün qəbul edilməyəcək. Eləcə də Rusiyaya tətbiq olunan məhdudiyyətlər çərçivəsində ölkənin 2022-ci il “Eurovision” musiqi yarışmasında iştirakı qadağan olunub. Bəzi rus mədəniyyət xadimlərinin Qərb ölkələrində çıxışları ləğv olunub. Beynəlxalq sanksiyalara Avropa və Amerikanın avtomobil nəhəngləri də qoşulub. “Audi”, BMW, “Mercedes-Benz”, “Citroen”, “General Motors”, “Volkswagen” və “Skoda” Rusiyaya avtomobillərin göndərilməsini dayandırıb.

Beynəlxalq Cüdo Federasiyası Vladimir Putinin səlahiyyətlərini dayandırıb və o, artıq Federasiyanın fəxri Prezidenti deyil. Sankt-Peterburqda keçirilməsi planlanmış UEFA Çempionlar Liqasının final matçı ləğv edilib, oyunun keçirilməsi Parisdə təşkil olunacaq. Bundan başqa, Rusiyada rəsmi beynəlxalq futbol oyunları da qadağan edilib. UEFA ilə yanaşı FİFA da Rusiyaya qadağalar tətbiq edəcəyini deyib. Beynəlxalq yarışlarda Rusiya bayrağı qaldırılmayacaq və ev oyunları 3-cü ölkələrdə azarkeşsiz oynanılacaq. Komanda Rusiya adından çıxış edə bilməyəcək. Rusiyada keçiriləcək Şahmat üzrə olimpiada və “Formula 1” Gran-Pri də təxirə salınıb. Həmçinin bu mövsümün sonuna kimi Beynəlxalq Xizək Federasiyasının beynəlxalq yarışları, güllə və stend atıcılığı üzrə beynəlxalq yarışlar Rusiyada keçirilə bilməyəcək. Avropa Reqbi Federasiyasının himayəsi altında keçirilən bütün yarışlar da məhdudiyyətlər sırasındadır. Bir çox Qərb ölkələri Rusiyanın fiziki şəxsləri üçün viza və ya yaşayış icazəsi verilməsini dayandırıb. Sanksiyalar siyahısının perspektivdə daha da genişləndirilməsi gözlənilir. Ekspertlər bildirir ki, “cəhənnəm sanksiyaları” Rusiya və Qərb arasında daha qorxulu soyuq müharibə başladır. Bu sanksiyalara cavab olaraq Vladimir Putin ABŞ və müttəfiqlərinə qarşı xüsusi sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ