Cümə günü, 02 oktyabr 2026
     

Yeni erməni versiyasına görə, Azərbaycan dövləti erməni dövlətindən guya cəmi 2 il gənc imiş...

Image


Son günlərin hadisələri ermənilərin kürkünə əməlli-başlı birə salıb. Qaragöl məsələsinin gündəmə gəlməsi, Azərbaycan əsgərlərinin tarixi ərazilərimizdə görünməsi nəinki erməni siyasətçiləri, eləcə də bizim kəndlərdə yaşayan sadə erməniləri də qıcıqlandırır.

Həm Gorusda yaşayan ermənilər, həm də erməni siyasətçiləri sosial şəbəkələrdə və KİV-də Azərbaycan dövlətçiliyinə qarşı şər-böhtan kampaniyası aparırlar, xüsusən də xarici KİV-in oradan hazırladıqları reportajlarda danışan ermənilər Azərbaycanla bağlı təxribatçı, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər.

Ermənilər iddia edirlər ki, guya “erməni dövlətçiliyinin tarixi qədim”, Azərbaycan dövlətçiliyinin tarixi isə “1920-ci ildə başlayıb”. Bir sözlə, ermənilər sosial şəbəkələrdə və KİV-də Azərbaycanın 1920-ci ildə Bolşevik Rusiyası tərəfindən “yaradıldığı” barədə cəfəngiyyatlar danışmaqdadırlar.

Zəngəzur məsələsində Azərbaycanla bağlı təxribatlar yayan ermənilər yalandan iddia edirlər ki, guya Ermənistan 1918-ci, Azərbaycan isə 1920-ci ildə “qurulub”.

  • Qasım Hacıyev: “Erməni tarixçiləri həmişə bu cəfəng fikri yazıblar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, nəinki erməni siyasətçiləri, hətta erməni tarixçiləri belə keçən əsrin ortalarından, xüsusən də 80-ci illərin sonlarından bu cəfəng fikri yazıblar, hətta o vaxt bunu Mərkəzi Komitəyə də təqdim ediblər.

Q.Hacıyev qeyd etdi ki, keçən əsrin 80-ci illərinin sonlarına yaxın bir sıra şovinist erməni tarixçiləri Azərbaycan dövlətçiliyinin tarixi ilə bağlı cəfəngiyyatlar, heç bir əsası olmayan fikirlər tirajlamağa başlayıblar, bu isə Qorbaçov tərəfindən dəstəklənib. “Bu cəfəngiyyat yeni uydurulmayıb, erməni tarixçiləri bu çürük fikirləri çoxdan yaymağa başlayıblar, bu barədə məqalələr, kitablar yazıblar.

Azərbaycanlıların, türklərin Cənubi Qafqaza “gəlmə olduğu” iddiası ilə erməni tarixçiləri uzun illərdir cəfəngiyyatlar ixrac edirlər. Özləri Cənubi Qafqaza gəlmə olan və burada tarixən heç bir dövləti olmayan, yalnız 1918-ci ildə Azərbaycan ərazilərində özlərinə dövlət quran ermənilər öz adlarını bizə qoymaq istəyirlər. Bununla da özlərinin bu torpaqlara gəlmə olduqlarını gizlətməyə çalışırlar. O vaxt, yaxşı yadımdadır, azərbaycanlılar və ermənilərlə bağlı Moskva tarixi arayış istəmişdi. Azərbaycandan o arayışı Tarix İnstitutunun direktoru hazırlamışdı. Ermənistan tərəfindən isə tarixçi Muradyan 60 səhifəlik tarixi arayış hazırlayıb Qorbaçova təqdim etmişdi. Qorbaçov da Mərkəzi Komitədə Arakelyanın, Ambarsumyanın və başqa ermənilərin iştirakı ilə Muradyanın 60 səhifəlik “tarixi arayış”ını müzakirə edib. Yəni demək istəyirəm ki, Azərbaycan dövləti, Azərbaycan xalqı barədə həqiqətə uyğun olmayan məsələlərin dövriyyəyə buraxılmasına hələ Sovet dövründən başlanmışdı, təbii ki, rəsmi Moskvanın, Qorbaçovun dəstəyilə.

Hətta akademik Babkin Arutunyan elə cəfənglər yazmışdı ki, adam məəttəl qalırdı. O yazırdı ki, “nə Albaniya olub, nə də Azərbaycan”. Əlbəttə, bu, cavabsız qalmazdı və mən ona cavab olaraq kitab yazdım, onun iddialarını alt-üst etdim.

Erməni tarixçiləri həmişə bu cəfəng fikri yazıblar, o vaxt erməni dilində yazdıqları üçün çoxlarının bundan xəbəri yox idi. Amma o mətnlər rus dilinə çevrildikdən sonra onların yazdıqları hər kəsə məlum olur” - deyə Q.Hacıyev qeyd etdi.

  • Aynur Əzimzadə: “Zəngəzur dəhlizinin açılması məsələsinin gündəmdə olduğu bir vaxtda bu cəfəngiyyatın ortaya atılması təsadüfi deyil”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi, ermənişünas Aynur Əzimzadə məsələni daha çox başqa amillərlə bağlayır. A.Əzimzadə hesab edir ki, ermənilərin “Azərbaycan 1920-ci ildə yaranıb” təxribatının arxasında daha təhlükəli məqamlar durur. “Zəngəzur dəhlizinin açılması məsələsinin gündəmdə olduğu bir vaxtda bu cəfəngiyyatın ortaya atılması təsadüfi deyil. Bu təxribat məqsədli şəkildə yayılır. Burada söhbət ondan gedir ki, Azərbaycan öz torpaqlarını geri tələb edə bilər. İrəvan ermənilərə müvəqqəti paytaxt kimi 1918-ci ilin 29 may tarixində verilib. Artıq mayın 29-u yaxınlaşır. Ermənistan belə rəy yaratmaq istəyir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti “yox imiş”. Bu da səbəbsiz deyil. Bütün beynəlxalq müqavilələrin öz bitmə müddəti var. Bizim ermənilərə İrəvanı verməyimizdən artıq bir əsr keçib. Beynəlxalq müqavilələrə görə isə biz İrəvanı da, başqa torpaqlarımızı da tələb edə bilərik. Düzdür, artıq dünya xəritəsi qurulub və s. Amma bu ərazilər dünyada Azərbaycanın tarixi ərazisi kimi bilinir. Ermənilər isə bunu gözardı etmək istəyirlər ki, guya “AXC 1920-ci ildə yaranıb” və onlar İrəvanın onlara paytaxt kimi verilməsi üçün Xalq Cümhuriyyətinin Milli Şurası ilə müqavilə bağlamayıblar, bu ərazilər “elə onların olub”. Bu isə absurddur. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə heç Ermənistan yox idi, bu ölkə bizim ərazidə qurulub. Onlar 1918-ci ildə İrəvanın ermənilərə verilməsi ilə bağlı beynəlxalq müqaviləni ört-basdır etmək istəyirlər. Yəni guya bu ərazilər parçalanmış ərazilər olub onlar da burada özlərinə “dövlət” qurublar. Əlbəttə, bütün bunlar kökündən yanlış məsələdir. Zaqafqaziya Seymi 1918-ci ilin mayında dağıldı və ondan sonra Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Azərbaycan ərazilərində isə Ararat Respublikası yarandı. Yəni ermənilər bu həqiqəti inkar etmək istəyiblər, amma bu alınmayacaq” - deyə A.Əzimzadə qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ