Cümə günü, 02 oktyabr 2026
     

Prezidentin Qəbələyə ən yeni səfərinə qədər alban dili və əlifbasının öyrənilməsi sahəsində nə iş görülüb... - II yazı

Image


Alban irsinin, dilinin, əlifbasının öyrənilməsi, tədrisi və təbliği bu gün ən aktual məsələlərdən biridir. Bu həm də çağdaş Azərbaycan tarixşünaslığının, dilçiliyinin, aidiyyəti elm sahələrinin qarşısında duran əsas vəzifələrdən biri olaraq diqqəti çəkməkdədir.

Azərbaycanın dövlətçilik, mədəniyyət, elm tarixində xüsusi əhəmiyyət daşıyan alban irsinin hazırda yenidən öyrənilməsinə, tədqiqinə ciddi zərurət var. Sovet dövründə alban irsi bir başqa cür təqdim edilirdisə, alban abidələri bizdən uzaqlaşdırılırdısa, alban yazıları, alban mədəniyyətinə aid nümunələr itirilib batırılırdısa, indi bütün bunlara ən üst səviyyədə böyük dəyər verilir. Biz alban tarixini, Qafqaz Albaniyasının bütün qatlarını, o dövrün mədəniyyətini, əlifbasını, dilini diriltməli və ayağa qaldırmalıyıq.

Dəfələrlə qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Qəbələyə səfəri bu məsələnin bir daha aktual olduğunu elmi ictimaiyyətin qarşısına bir məqsəd olaraq qoydu. Müsbət haldır ki, Azərbaycan Milli Elmlər Akademiyasının aidiyyəti elmi-tədqiqat institutlarında Qafqaz Albaniyası tarixi yenidən öyrənilməyə başlanıb, artıq bu istiqamətdə tədqiqatlar başlayıb. Bu məsələni növbəti yazılarımızda daha ətraflı işıqlandıracağıq.

İndi isə ötən yazımızın ikinci hissəsinə, alban dilinin, əlifbasının öyrənilməsi, tədrisi və təbliği istiqamətində görülən işlərə nəzər salaq.

  • “Albanlar 26 müxtəlif dildə danışırdılar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, albanşünas Ellada Bəkirova “Bakı-Xəbər”ə bildirdi ki, indiyə qədər bu sahədə işlər görülüb, amma bu məsələyə daha dərindən yanaşılmalıdır. “Albanlar vahid etnos olmayıb. Bizim eradan əvvəl I əsrdə yaşamış Strabon da qeyd edir ki, albanlar 26 müxtəlif dildə danışırdılar. Yəni müasir Azərbaycan etnik cəhətdən nə qədər rəngarəngdirsə, bura ərazi olaraq yenə də etnik albanların ərazisidir. Müasir Azərbaycanın xəritəsi ilə antik Qafqaz Albaniyasının xəritəsi demək olar ki, üst-üstə düşür. Bu gün bizim coğrafiyada nə qədər fərqli etnoslar hazırda da yaşayırlarsa, antik Qafqaz Albaniyasının ərazisi də o şəkildə olub. Bu çox təbiidir ki, o etnosların, ola bilsin, hər birinin öz fərqli yazısı, əlifbası olub. Heç istisna deyil ki, udilərin də öz əlifbası olub, qarqarların və başqa  etnosların əlifbası var idi. Bu etnosların hər birinin öz əlifbasının olması variantları vardı. Amma biz o əlifbaların hansı şəkildə olduğunu, bizə məlum olan 52 hərfli alban əlifbasına hansı formada, hansı vəziyyətdə çevrildiyini dəqiq bilmirik”.

  • Çar Rusiyasının yoxa çıxardığı alban yazıları...

E.Bəkirovanın sözlərinə görə, 52 hərfdən ibarət olan əlifbadan başqa, Qafqaz Albaniyasının digər əlifbaları, yazı formaları əlimizə gəlib çatmayıb. Alban irsindən miras qalan yazılara gəlincə, E.Bəkirovanın sözlərinə görə, Mingəçevirdən tapılan yazı bu əlifba haqda məlumat verir: “Bizim əlimizdə olan  ən son variant bu əlifbadır. Mingəçevir ərazisindən tapılan məbədin, kilsənin altarında, giriş hissəsində yazılmış olan həmin işarələrdir. Bundan başqa tapılmayıb. Əvvəllər çarlıq dövründə üzərində alban işarəsi olan başqa  yazılar da tapılıb, amma o yazılar yoxa çıxarılıb. Məsələn, mənim bildiyim qədər, Albaniyanın qərb ərazilərində, Alazan vadisində üzərində alban yazıları olan kərpiclər tapılıb. Bu, XIX əsrin sonlarında olub. Amma yoxa çıxarılıb. O yazılı kərpiclər Tiflis muzeyinə aparılıb. Çünki o vaxt əsas mərkəz Tiflis olduğu üçün tapılan bütün maddi mədəniyyət nümunələri əsasən Tiflisə aparılırdı.

  • “Mən oradakı alban irsi nümunələrinin...”

Nadir əlyazmalar fondunun da Gürcüstanda olduğunu və vaxtilə alban irsinin Gürcüstana daşındığını nəzərə alaraq, yeni tədqiqatların bu ölkənin ərazisində aparılmasına zərurət qaçılmazdır. Sovet dövründə alban irsini bizdən qoparmaq üçün hər bir vasitəyə əl atıldı, Qafqaz Albaniyası irsinin bir hissəsi Mingəçevir Su Elektrik Stansiyasının tikintisi zamanı batırıldı”.

Bu məsələlərə gəlincə, E.Bəkirovanın sözlərinə görə, biz əgər ən qədim qatları, məsələn, bizim eradan əvvəl I əsrə, bizim eranın VIII əsrinə qədər olan alban yazılarını axtarsaq, nələrisə tapa bilərik. E.Bəkirova qeyd etdi ki, o, Gürcüstanın muzeylərində olub, həm Albaniyanın sərhədlərində olan muzeylərə gedib, həm də digərlərinə: “Mən hətta Kaxetiya ərazisində olan muzeylərdə də olmuşam. Amma, sözün düzü, orada hər hansı bir yazılı abidə görməmişəm. Amma gürcü muzeylərində olanda orada alban irsi nümunələrinə rast gəldik. Mən Siqnaxi muzeyində alban irsi nümunələrinin şəkillərini də çəkmişəm. Orada olanda baxırdım ki, üçayaqlı vazalardır, bu da tipik alban saxsı məmulatıdır. Gürcüstanın Msixeti ərazisində də nümunələr var. Mənim tədqiqat işim birbaşa Gürcüstanla bağlı idi, Qafqaz Albaniyasının qərb əraziləri idi. Mən daha çox şimal-qərbdən yazdım, çünki qərb ərazilərimiz həmin dövrdə işğalda idi. Keçmişdə işğalda olan ərazilərimizlə bağlı Sovet dövründə yazılan bir-iki nümunə var, başqa heç nə yoxdur. Ona görə də tədqiqat işimdə daha çox şimal-qərb ərazilərimizin arxeologiyasına kökləndim. Gürcüstanda olanda sümuk materialları, abidələrlə tanış olanda bir çox məsələlərlə qarşılaşdım. Məsələn, görürsən ki, gürcülər yastıbaş olublar. Amma Xəzər-Kaspi tipi deyilən arxeoloji tip Kür-Araz mədəniyyəti dövründən bizimkilər uzunbaş olublar. Albanlar da uzunbaş olublar. Gürcüstanın Siqnaxi ətrafındakı qədim məzarlıqların əksəriyyətinin arxeologiyasını oxuyursan, görürsən ki, dəfn edilənlər uzunbaşdılar. Amma gürcülər uzunbaş deyillər. Xristianlıq burada əsas amildir. Məsələn, albanların özlərinin də bir hissəsi qriqoryanlaşdı, sonrakı dövrdə erməniləşdilər” .

  • “Bu gün alban yazıları daha çox Ermənistan muzeylərində ola bilər”

“Bu gün alban yazıları daha çox Ermənistan muzeylərində ola bilər. Çünki bizim irsimizi ermənilər oğurlayıb, saxtalaşdırmaya məruz qoyublar. Moyisey Kalankatlının “Albaniya tarixi” əsərinin bir neçə variantı var, amma onların heç biri bizim əlimizdə deyil. Biz ancaq onların tərcümələrindən istifadə edirik, tərcümələrin də varinatları çoxdur. Mənə elə gəlir ki, biz M.Kalankatlının “Albaniya tarixi” əsərinin müxtəlif variantlarının oxunub müqayisə olunmasından başlamalıyıq. Çünki onu fərqli adamlar tərcümə ediblər. Bizim əlimizdə “Albaniya tarixi”nin orijinal mətni yoxdur. “Orijinal” dediyimiz də qrabardadır. M.Kalankatlının alban əlifbası ilə yazılmış “Albaniya tarixi” əsəri əlimizdə yoxdur, bizdə olan, sadəcə, qrabardadır. Onun da səbəbi var. Səbəb ondan ibarət idi ki, Albaniya ərazisində əvvəllər yerli dinlər olub, Tanrıçılıq olub, xristianlıq nüfuz edəndən sonra böyük bir xristian mədəniyyəti yaranıb. Amma Albaniya ərazisində ərəb işğallarından sonra bura xilafətə daxil edilir və yavaş-yavaş Albaniyanın xristian mədəniyyəti, xristian irsi unudulmağa başlayır. Bundan sonra kilsə yavaş-yavaş öz əhəmiyyətini itirir”.

  • “Bundan sonra daha çox şansımız olacaq”

E.Bəkirovanın sözlərinə görə, XIX əsrdə alban kilsəsi tamamilə ləğv edilərək erməni qriqoryan kilsəsinə tabe edilir. Bundan sonra ermənilərin alban irsinə divan tutduğunu deyən alim hesab edir ki, alban kilsəsi erməni kilsəsinə tabe edilənə qədər kilsələrdə alban yazıları, alban irsi nümunələri yetərincə var idi, amma onlar erməni saxtakarlığına məruz qalıblar: “Bu kilsələrdə qədim əlyazmalar, yazı nümunələri var idi. Amma indi onlar hamısı ermənilər tərəfindən mənimsənilib. Alban kilsəsi erməni kilsəsinə tabe edildikdən sonra, təbii ki, burada tələblər və digər məsələlər dəyişikliyə məruz qalıb. Dəyişikliklərlə yanaşı, alban yazıları da aradan çıxarıla bilərdi. Ermənilərdən hər cür saxtakarlıqlar gözləniləndir. Ona görə də alban irsinin araşdırılmasında ciddi problemlər olub. Bu, Sovet dövründə də olub, indi də qalmaqdadır. Amma ümid edirik ki, bundan sonra daha çox şansımız olacaq”.

  • “Ümid edirik ki, işğaldan azad edilən ərazilərimizin alban irsinə...”

Tarix elmini tamamlayan bir sıra elmlərin olduğunu vurğulayan E.Bəkirovanın sözlərinə görə, arxeologiya tarix elminin bir hissəsidir. “Məsələn, biz deyirik ki, Albaniya ilə İberiyanın sərhədi filan zonadan keçmişdi, amma arxeologiyadan hansısa bir sübutu tapanda o artıq onun təsdiqi olur. Biz görürük ki, həmin ərazidə hər hansı bir alban abidəsi varsa, o ərazidən hansısa bir alban əşyası tapıldısa, bir daha əminliklər yaranır. Ümid edirik ki, işğaldan azad edilən ərazilərimizin alban irsinə biz çox yaxın zamanda yiyələnəcəyik. Oradakı abidələrimiz, maddi mədəniyyət nümunələrimiz daha geniş  şəkildə araşdırılacaq. Bəlkə də o ərazilərdə indiyə qədər aşkarlanmamış hansısa bir alban yazısını tapacağıq. O da ola bilər”.

  • “Bizim alimlər arasında alban dilini bilən yoxdur”

Alban dilinin, əlifbasının öyrənilməsinə, tədrisinə necə hazırlaşmalıyıq, bunun üçün konkret strategiyamız varmı?

E.Bəkirova hesab edir ki, əlifba və dil üzərində araşdırmalara başlıca olaraq udi əlifbasından və udilərin hazırda danışdığı dildən başlamalıyıq: “Bu dil alban dilidirmi, 52 hərfdən ibarət əlifba sırf onlaramı məxsusdur, yoxsa alban tayfa ittifaqına daxil olan başqa bir etnosamı aiddir? İlk növbədə, bu sualdan başlamaq lazımdır. Çünki mənbə fərqli bir şey deyir. Mənbə deyir ki, 52 hərfli əlifba qarqar dili əsasında hazırlanıb, amma araşdırmalar udi dili əsasındadır. Məncə, əvvəlcə bu məsələdən başlamaq lazımdır. Bundan sonra, dediyim kimi, əsasən M.Kalankatlının “Albaniya tarixi”nin müxtəlif tərcümələri ilə məşğul olunmalıdır. Tərcümələrin müqayisələri aparılmalı, fikirlərin nə dərəcədə üst-üstə düşdüyünü, yaxud fərqliliyi öyrənilməlidir. Bu gün bizim alimlər arasında alban dilini bilən yoxdur. Yenə də deyirəm, albanların özlərinin antik dövrünə aid şamdanların üzərində hərflər, işarələr qalıb. Getsəniz muzeylərdə görərsiniz” - deyə alim bildirdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ